Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı istintaq təcridxanasında qeydə alınan intihar hadisəsi ilə əlaqədar ilginc məqamlar ortaya çıxıb.
hadisə baş verən zaman damarlarını kəsərək intihar etdiyi bildirlən Elnur Xəlilov tək olmayıb.
Onun yanında təcridxanda saxlanan daha bir neçə nəfər olub. Bu isə hadisənin intihar olmasına şübhə yaradaraq E.Xəlilovun öldürülməsi ehtimalını qüvvətləndirir.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı istintaq təcridxanasında intihar faktı qeydə alınıb.
intihar edən şəxs təcridxanada saxlanlan Elnur Xəlilovdur.
Həkimlərin müdaxiləsinə baxmayaraq E.Xəlilovun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə o, damarlarını kəsərək intihar edib.
Qeyd edək ki, intihar edən şəxsin Xəzər rayonunda həbs edildiyi bildirilir.
aznews.az