
Bir neçə dəqiqəlik müşahidə kifayət edir ki, yollarda avtobusların hansı oyunlarından çıxdığını görmək olsun. Sürətlə bir-birini ötmək istəyən avtobus sürücüləri sükan arxasında telfonla da danışırlar.
Bu ilin əvvəlindən mayin 1-dək respublikada avtobusların iştirakı ilə 42 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən hadisələr zamanı 20 nəfər ölüb, 56 nəfər xəsarət alıb. Son olaraq dünən ayağının üstündən avtobus keçən Rəmziyyə Məmmədova isə həkimlərin səyi nəticəsində azazd olub. Onun kəsilən ayağı yerinə tikilib
Statistikaya görə, avtobus qəzalarının 80 %-i sürücünün günahı ucbatından baş verir. Sürücülər isə hər bir halda özlərinə haqq qazandırmağa çalışırlar.
Nəqliyyat Nazirliyi qəzaların qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirdyini deyir. Yol polisi də qayda pozan, qəza şəraiti yaradan avtobus sürücülərinə qarşı mütəmadi reydlər keçirir. /ANS PRESS/