İsveçin Malmö şəhərində “Eurovision-2013” mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib. Musavat.com-un məlumatına görə, bu yarımfinalda Rusiya, Avstriya Estoniya, Sloveniya. Xorvatiya, Danimarka, Ukrayna, Niderland, Monteneqro, Litva, Belarus, Moldova, İrlandiya, yunan Kipri, Belçika və Serbiya iştirak edirdi.
İştirakçıların çıxışlarından sonra səsvermə olub. Səsvermənin nəticələrinə əsasən, ilk yarımfinaldan Moldova, Litva, İrlandiya, Estoniya, Belarus, Danimarka, Rusiya, Belçika, Ukrayna və Niderland təmsilçiləri finala vəsiqə qazanıblar.
İkinci yarımyfinal mayın 16-da, final isə mayın 18-də keçiriləəck. Azərbaycan təmsilçisi Fərid Məmmədov ikinci yarımfinalda çıxış edəcək.