28 yaşlı amerikan müğənni Keti Perrinin atası qızını kəskin şəkildə tənqid edib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ-dakı kilsələri gəzərək xütbə oxuyan Pastor Keyt Hadson qızının gördüyü işlərdən və həyat tərzindən çox narahat olduğunu bildirib. Ata qızının doğru yola qayıtması üçün cammatdan onun üçün dua etmələrini xahiş edib.
Qızını “şeytan qız” adlandıran dindar ata Allahın əvəzinə qızına sitayiş elədikləri üçün konsertinə gələnləri də günahlandırıb.