NPD DisplaySearchin analitiki Riçard Şim iddia edir ki, Apple şirkəti iPad mini planşetinin iki yeni modifikasiyasını istehsal edəcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, hər iki qurğu yüksək təsvir ölçülü Retina ekranları ilə təchiz ediləcək.
Ekspert bildirir ki, birinci model 2013-cü ilin ikinci yarısında bazara çıxarılacaq. Apple şirkəti gələn ilin birinci rübündə iPad mini təqdim edəcək. Onda Retina displeydən savayı, prosessor da yenilənəcək. NPD DisplaySearch analitik şirkətinin əməkdaşı digər texniki xüsusiyyətlərdən xəbərdar deyil.
milli.az