Bakıda Novruz münasibətilə ümumxalq şənliyi keçirilir. APA-nın məlumatına görə, Novruz şənliklərində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.
Dövlət başçısı bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və qonaqlara Novruz münasibətilə xoş arzularını çatdırıb.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər də iştirak ediblər.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.