Şənbə, 2 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Azərbaycanda inqilab üçün 5 milyard lazımdır”

Royal Mustafa
15/03/2013 18:34
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

“Mən inqilab söhbətini ciddi qəbul etmirəm. 2 milyona inqilab etmək olmaz. Azərbaycan kimi ölkədə inqilab etmək üçün bu məbləğ yetmir. Məsələn, Gürcüstanda müxalifət 1 milyarddan çox pul xərclədi. İvanişvili bu inqilabı təşkil etdi. Azərbaycanda inqilab olması üçün gərək kimsə 5 milyard pul xərcləsin”.


Bunu Qaynar.info-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. 

Millət vəkili bildirib ki, xarici qüvvələr informasiya bazasını yaratmaq üçün, Azərbaycanda baş verən proseslər barədə məlumat toplayıb xaricə ötürmək üçün ayrı-ayrı qrupları maliyələşdirirlər: “Bu da kimsəyə sirr deyil. Çevriliş məsələsi mənim üçün bir az qeyri-ciddi məsələdir. 2 milyona çevriliş etmək olmaz, indi 2 milyon hansısa QHT-nin illik büdcəsidir. Amma deyim ki, “Facebook” gənclərin təşkilatlanmasında böyük rol oynayacaq. Yenə də deyirəm, 2 milyon manatla Azərbaycanda siyasi prosesləri təhlil etmək, prosesləri yönləndirmək mümkün deyil. “Facebook”la heç nə əldə etmək mümkün deyil. Guya Misirdə “facebook”la inqilab etdilər? Bu, cəfəngiyyatdı. Orada xeyli müddət mübarizə aparmış “Müsəlman Qardaşları” var idi. Onlar xalqın önündə gedirdilər, polislə vuruşurdular, mübarizə aparırdılar. Yoxsa elə-belə mümkün deyil. Bilirsiz ki, Azərbaycanda insanlar siyasi partiyalara üzv olmurlar, siyasi proseslərdən uzaqdılar, çox vaxt da öz fəaliyyətlərini ictimai fəaliyyət kimi elan edirlər, qaldırdıqları problemləri siyasiləşdirməməyə çalışırlar. Bu baxımdan Azərbaycanda inqilab üçün nə ab-hava, nə şərait, nə də bunu təşkil edəcək insanlar yoxdur. Hər bir xalqın inkişaf səviyyəsi var, Azərbaycan xalqının da inkişaf səviyyəsi daha mükəmməl idarəetmə sisteminə əsaslanan dövlət qurmağa imkan vermir. Bununla barışmaq lazımdır və yavaş-yavaş cəmiyyəti buna hazırlamaq lazımdır”.

Q.Həsənquliyev “N!DA-çı gənclərin həbsindən danışarkən deyib ki, istintaqın gedişini gözləmək lazımdır: “Hökumət çox ciddi ittihamlar irəli sürüb. İndi bu ittihamları nə təkzib, nə də təsdiq etmək olar. Buna görə istintaqın və məhkəmə prosesinin gedişini gözləmək lazımdır. Hesab edirəm ki, həm müstəqil media, həm də ictimai-siyasi partiyalar bu məsələni ciddi nəzarət altında saxlamalıdırlar. Mənə elə gəlir ki, məhkəmə prosesinin gedişində hər şey üzə çıxacaq”.

Deputat BŞİH-in müxalifətə aksiyaların keçirilməsi üçün yer ayırmadığına görə məsuliyyət daşıdığını deyib: “Narazılıqların baş verməməsi üçün şəhərin mərkəzində aksiyaların keçirilməsi üçün yerlər ayrılmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti həddini aşaraq qanunvericiliyə əməl etmir. Onlar bəyan edirlər ki, filan aksiyanın keçirilməsini məqsədə uyğun saymırıq. Onların bu cavabına görə cinayət işi açılmalıdır və dərhal həbs edilməlidirlər. Qanunun aliliyi təmin olunan ölkə olsaydıq, bu, belə olmalı idi. Aksiya keçirilməsinin məqsədə uyğunluğunu aksiya təşkil edən özü müəyyənləşdirir. Qanunda müəyyənləşib ki, BŞİH hansı hallarda aksiyanın keçirilməsinin qarşısını ala bilər. Əgər bu hallar yoxdursa, onların nə ixtiyarları var ki, aksiyanı məqsədəuyğun saymasınlar. Bunu etmirlər, gəncləri də bir növ razılaşdırılmamış etiraz aksiyası keçirməyə sövq edirlər. Bu da dövlətçiliyimiz üçün təhlükəlidir, çünki belə aksiyalar zamanı təxribatçı qüvvələr bundan istifadə edə bilər. Amma mən yenə də gənclərin öz konstitusion hüquqlarından istifadə etmələrini müsbət qiymətləndirirəm”.

 

 

DAHA ÇOX OXU

Analiz

ABŞ geri çəkildi, Türkiyəyə güzəştə getdi: Kreml-Ankara qarşıdurması yaranır

02/07/2022
Analiz

Rusiyaya qarşı yeni “defolt planı” işə salındı: Ukrayna savaşının taleyini G7 həll edəcək

26/06/2022
Analiz

Ukrayna savaşı qlobal müharibəyə çevrilir: NATO Rusiya ilə silahlı toqquşma planları qurur

22/06/2022
1-MANŞET

“Rus baharı” Kremli MDB məkanından çıxarır: Rusiya “xaos diktaturası”na yaxınlaşır

20/06/2022
Analiz

Ukrayna savaşının nə vaxt və necə sona çatacağı elan edildi: Dünya üçün ən qorxunc ssenari reallaşır

20/06/2022
Analiz

Makronun ritorikasındakı dəyişikliyin səbəbi nədir? – TƏHLİL

16/06/2022
SON XƏBƏR

Tanınmış türkiyəli ulduz Bakıya toya gələcək (FOTO)

Azərbaycanın tanınmış rejissoru xəstəxanaya düşdü

“Halal” etiketli ətə haram qatıldı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

Sel sularında həlak olan gənc qızla bağlı YENİ XƏBƏR – Paltarını dəyişmək üçün evə qayıdarkən …

2022/07/02 19:40

Məşhur aktyorun çəkildiyi serialın ilk görüntüləri YAYILDI – FOTOLAR

2022/07/02 19:29

Baydenin “Türkiyəyə F-16 satmalıyıq” sözləri ABŞ-ı qarışdırdı – Senatorlar bunu “şok” adlandırdılar

2022/07/02 19:18

22 yaşlı gənc söyüş söyən şəxsi küçənin ortasında silahla öldürdü – ANBAAN VİDEO

2022/07/02 19:07

Zelenskidən Putinin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA: “Düşündüyünüzdən daha pisdir”

2022/07/02 18:56

Tanınmış yoqa müəllimi sevgilisi tərəfindən öldürüldü – 30 bıçaq zərbəsi vurub (FOTOLAR)

2022/07/02 18:45

Parlamentin iclasına körpəsi ilə gələn deputat qalmaqala səbəb oldu – FOTOLAR

2022/07/02 18:22

“Bakıda keçirilən Ümundünya Şəhər Forumu dünyada şəhərsalma mədəniyyətinə böyük töhfələr verəcək”.

2022/07/02 18:10

Fırtına gəmini ikiyə böldü: 50-dən çox adam itkin düşüb – QORXUNC GÖRÜNTÜLƏR

2022/07/02 18:06

4 milyardlıq fırıldağa imza atan “Kripto kraliçası” axtarılır – Yerini deyənə 100 min dollar veriləcək

2022/07/02 17:50

“Çeburaşka”nın yaradıcısı vəfat edib

2022/07/02 17:32

Yoldan keçən gənc qadını başından silahla vurdular – ANBAAN VİDEO

2022/07/02 17:30

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Köpəkbalığı 68 yaşlı qadını parça-parça etdi – VİDEO

2022/07/02 17:21

Cənublu müğənni ilə Rəqsanə arasında qalmaqal: “Alver etmirik ki…” – VİDEO

2022/07/02 17:05

Dəhşətli qəzada ölən Orxanla Sona tələbə imiş… – FOTO

2022/07/02 16:47

Qurban Qurbanovdan gənclərə dərs: Heç bir zərbəsi boşa getmədi – VİDEO

2022/07/02 16:31

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

2022/07/02 16:21

Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub

2022/07/02 16:14

Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə – Foto

2022/07/02 16:01

Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıq

2022/07/02 15:48

Sevda geyimlərinin qiymətini açıqlayan həmkarlarını tənqid etdi

2022/07/02 15:35

Dəhşətli qəzada ölən sürücü məşqçi imiş- FOTO

2022/07/02 15:21

Vətəndaşların NƏZƏRİNƏ: Evlərini sığortalamayanlar cərimələnəcəklər – VİDEO

2022/07/02 14:51

Kamil Zeynallı: “Məni öldürmək fikrindədirlər” – FOTO

2022/07/02 14:51

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.