Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, paytaxtın Nizami rayonunda “Toyota” markalı minik avtomobili yolun təmir-tikinti işləri aparılan hissəsində qazılmış xəndəyə düşüb və yanıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar. Yanğın saat 00:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Daha sonra xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünün və sərnişinin cəsədlərini avtomobildən çıxarılıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.