
Ermənistan prezidentliyinə namizəd, “İrs” partiyasının lideri Raffi Ovannisyan fevralın 18-də keçirilmiş prezident seçkilərinin nəticələrinin etibarsız sayılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. ANS PRESS-in News.am-a istinadən verdiyi məlumata görə, Raffi Ovannisyanın seçki qərargahının nümayəndəsi bu gün sənədləri məhkəməyə təqdim edəcək. Bundan dərhal sonra müxalifət liderinin mətbuat katibi və hüquqi məsələlər üzrə köməkçiləri məhkəmənin binası qarşısında mətbuat konfransı keçirəcəklər.
03.03.2013, 23:10
153
baxış
Gurban Alakbar