Sosial şəbəkələrdə Azərbaycanda daha bir əsgər ölümü ilə bağlı daha bir xəbər yayılıb. Musavat.com-un məlumatına görə, Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissədə bir əsgərin intihar etdiyi bildirilir. İddiaya görə, adı hələlik məlum olmayan əsgər odlu silahdan ağzına atəş açıb. Hərbi hissənin son vaxtlar adı əsgər ölümlərində tez-tez hallanan Şəmkir hərbi korpusuna aid olduğu deyilir.
Yayılan digər məlumatda isə deyilir ki, Prezident Qvardiyasının Zığda yerləşən hərbi hissəsində əsgər ölüb. Onun ölüm şəraiti və ad-soyadı məlum olmasa da, ölümündən iki saat əvvəl ailəsi ilə telefonla danışdığı bildirilir.
Məlumatlar gecə saatlarında yayıldığından, onu rəsmi mənbələrdən dəqiqləşdirmək mümkün olmadı. Dəqiqləşdirmələrimiz davam edəcək.