Dünyanın tarazlığı nüvə təhdidi də daxil, xeyli pozulub. Fövqəldövlətlərin toqquşan maraqları nəinki ikitərəfli münasibətləri, beynəlxalq sabitliyi və təhlükəsizliyi də ciddi sınağa çəkib. BMT-nin faktiki yararsız bir quruma çevrilməsi bunun bariz təzahürüdür. Amma 1945-ci ildə, rus-alman savaşından dərhal sonra SSRİ və ABŞ-ın təşəbbüsü ilə qurulan bu mötəbər təşkilatın əsas missiyası məhz beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, […]

Azərbaycan Fransaya nota verməyə hazırlaşır. Səbəb də özünü Qarabağdakı kriminal rejimin rəsmisi kimi təqdim edən Aşot Qulyan adlı separatçının bu ölkəyə səfəridir. Minsk Qrupunun üç həmsədrindən biri kimi Fransanın bu hərəkəti şübhəsiz, nəinki neytral vasitəçilik missiyası ilə bir araya sığmır, üstəgəl, ikitərəfli əlaqələrə zərbə vurur. Cümhuriyyətimizin 100-cü illiyi ərəfəsində xatırlatmağa məxsusi lüzum var: bu, o […]

Xarici işlər naziri Elmar Məmmədyarovun başı üzərində “qara buludlar” deyəsən sıxlaşır. Nazirə istefa tələbləri artıb. Özü də bu tələbi səsləndirənlər təkcə ölkənin tanınmış ekspertləri deyil, eyni zamanda hakimiyyətə yaxın simalardır. Məmmədyarova tutulan əsas irad isə budur ki, o, 14 ildə Qarabağ məsələsində hücum diplomatiyası qura bilməyib. Bu iradla razılaşmamaq mümkünsüzdür. Xüsusən də 2016-cl ilin aprelindəki […]

Gözlənilən idi. Türkiyənin Suriyada terrorçulara qarşı əməliyyatlarda uğurları artdıqca antitürk çevrələri yasa batır. Kimin kim olduğu indi apaydın ortadadır. Maskalar yırtılıb, “buynuzlar”ı daha gizləmək olmur. “Avropa ölkələri YPG-yə kömək etməlidir, yoxsa Türkiyə bölgədə qüdrətini artıracaq”. Fransanın nüfuzlu nəşri “Le Fiqaro”nun iki gün öncəki məqaləsindəndir bu sitat. “Şərqdəki dostlarına (oxu: kürd terrorçularına – Z.S.) xəyanət edən […]

Builki Novruz günlərində də Ermənistan güneyli turistlər sarıdan korluq çəkmədi. BBC-nin reportajında azərbaycancanı yaxşı bilən erməni müxbir Manvel Sərkisyan (Gəncə sakini olub) İrəvan küçələrində onları danışdırıb. Söhbət zamanı üzündən məmnunluq yağan soydaşlarımız ordakı qiymətlərdən, xidmətdən razılıq edirlər. “Bəs Ermənistanda özünüzü təhlükəsizlikdə hiss edirsizmi” sualına isə belə cavab verirlər: “Bizi burda fars kimi qəbul edirlər”. Adama […]

Son günlərin aktual mövzularından biri də xaricdəki bir neçə soydaşlarımızın milli-mənəvi dəyərlərimizə, dövləti təmsil edən şəxslərə həqarətli münasibəti, siyasi mübarizə üçün seçdikləri yanlış üsullarla bağlıdır. Artıq bir çox tanımış simalar, ictimaiyyət nümayəndələri, siyasi xadimlər, ziyalılar bu biabırçılığa münasibət ortaya qoyub, bu üsulların toplum üçün neqativ mənəvi-psixoloji sonluqları haqda xəbərdarlıq ediblər. Bu narahatlığı biz də bölüşürük. […]

“4 günlük” aprel müharibəsi zamanı gizlənməyə siçan deşiyi axtaran separatçı başı Bako Saakyan sabah ABŞ-a gedir. Erməni qaynağı iddia edib ki, Saakyan “Senat və Nümayəndələr Palatasının üzvləri, eləcə də Amerikanın ekspert dairələri və erməni icmasının nümayəndələri ilə görüşlər keçirəcək”, hətta ona hansısa “mükafat” veriləcək. Əlbəttə, erməni erməni olmazdı, əgər qarışqadan fil düzəltməsəydi, yalanı gerçək kimi […]

Ərdəbilin imam-cüməsi, hörmətli Seyid Həsən Amili haqlıdır. Torpaqlarımızın işğaldan azad edilməsi üçün öncə millət olaraq ayağa durmalıyıq. Bu, bişəkk ki, ən əvvəl Arazın bu tayındakıların boyun borcudur, nəinki o tayda “əl-qolu bağlı” soydaşlarımızın. “Əl-qolu bağlı” deyərkən biz zəncirləri nəzərdə tutmuruq sözsüz ki… Qəzetimizə müsahibəsində bacardıqca səmimi, Cəlaləddin Rumi demiş, “olduğu kimi görünmək” istəməsinə görə ona […]

Rusiyada prezident seçkisi son mərhələsinə girib. Rəy sorğusuna inansaq, hazırda elektoratın 73%-i Vladimir Putini dəstəkləyir. Hərçənd seçkiyə, sorğuya nə ehtiyac ki. Ruslar öz qalstuklu çarını çoxdan tapıblar. Bu çar – Putin onların velikorus iştahalarını hələlik təmin edir. Xüsusən də Krımın Rusiyaya ilhaqı, deyəsən ruslara ləzzət edib – SSRİ-nin süqutu ilə sınan qürurlarını bir azca bərpa […]

Saakaşvili deyib ki, Ukraynada korrupsiyanın kökünü yalnız Avropa Birliyinin sayəsində kəsmək olar. O əmindir ki, qurum korrupsionerlərlə bağlı yeni “Maqnitski siyahısı” hazırlasa, konkret şəxslərə qarşı sanksiyalar tətbiq eləsə, Ukraynada islahatlar sürətlənər. “Korrupsiyaya bulaşmış oliqarxlarla oyunu dayandırmaq lazımdır, yoxsa insanların Qərbə inamı itir” – eks-prezident söyləyib. Qərbə, yəni ABŞ-a, Avropa Birliyinə inam… O inam ki, xüsusən […]

Azərbaycanın ali məktəbləri sırasına tezliklə daha birisi əlavə olunacaq: BDU-nun İlahiyyat Fakültəsinin bazasında İlahiyyat İnstitutu yaradılacaq. Ölkə başçısının verdiyi sərəncamda həmçinin, ali məktəb statusu daşıyacaq ilk belə bir qurumun Təhsil Nazirliyinin deyil, Dini Komitənin tabeçiliyində olacağı deyilir. Bu da yəqin ki, məsələnin həssaslığından irəli gəlir. Hərçənd, nazirlik də, komitə də dövlətin strukturlarıdır. Əlbəttə ideya, niyyət […]

Azərbaycanın “qara siyahısı”nda olan “ünlü” isimlərdən biri də rusiyalı bədnam siyasətçi Konstantin Zatulindir – deputat, Rusiya parlamentinin MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitə sədrinin 1-ci müavini, Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü. Necə deyərlər, titulları saymaqla bitməz. Birini də bizim XİN ona verib – siyahıya salmaqla. Ümumiyyətlə, “qara siyahı”da Rusiya vətəndaşları üstünlük […]

Şərhlərini mötəbər saydığım politoloq Toğrul İsmayıl deyib ki, Türkiyə istəsə, Afrini yarım saata alar. Haqlıdır. Ancaq bunu etmir. Çünki Ankara dinc əhali arasında itki olmasını, günahsız insanların, uşaqların burnunun qanamasını belə, istəmir. Bunun adı humanizmdir, insanpərvərlikdir. Türkiyə insanpərvər dövlətdir, sosial dövlətdir, şəksiz. İndinin özündə qardaş ölkə uydurma genosid iddialarına rəğmən, öz qoynunda 100 mindən çox […]

Yanvarın 31-i istiqlalımızın memarı Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. 134 il öncə bu soyuq yanvar günlərində cahana Məhəmməd Əmin Rəsulzadə ad-soyadlı daha bir işıqlı İNSAN gəldi. Hələ də o işıqdan faydalanırıq. Ən azı, doğru yol göstərən mayak kimi. Hər şeyin maddi çıxarlar üzərində qurulduğu zəmanəmizdə, üstəlik, heç bir əlavə “vergi”-zad ödəmədən, yəni təmənnasız yararlanırıq. Günəşin […]

Prezident Ərdoğan iddiaları yerə-göyə sığmayan mənfur qonşulara yenə arxivləri açmağı təklif edib. Deyib ki, “qondarma soyqırımı araşdırmaq üçün arxivləri açmağı təklif etdik, amma indiyədək təklifimizi qəbul etmədilər, qarşımıza çıxmağa cəsarətləri çatmadı”. Çünki xain xoflu olar, yalançı şahidləri sevər. Türkiyə erməni iddialarına son qoymaqdan ötrü çoxdandır ortaq, mötəbər beynəlxalq komissiya yaratmağı da təklif edir. Çifayda, erməni […]

ABŞ prezidenti Donald Tramp CNN jurnalistini Ağ Evdəki mətbuat konfransından qovub. Səbəb jurnalistin ona miqrantlarla bağlı məlum təhqiramiz fikrini xatırladaraq sual verməsi olub. Bu da sizə söz azadlığına Amerika sayağı sayğı, dözümlülük. Trampın bu davranışını onun ekzotik davranış tərzinə bağlayıb üstündən keçmək də olardı. Ancaq o, “demokratiyanın beşiyi” iddiasında olan bir dövlətin başçısıdır! Amerika seçicilərinin […]

Gitara ustası Rəmiş canlı efirdə qəribə bir ifadə işlədib. Deyib ki, “kişi arvadına gül verməz”. Səbəbi açıqlamayıb. Ola bilsin, heç vaxt açıqlamayacaq da. Deyir, nə qədər ki, söz ağızdan çıxmayıb, o, sənin qulundur, elə ki, çıxdı – sən onun qulu. Odur ki, sözləri seçmək mütləqdir. SÖZ həm də insanı xarakterizə edir. “Kişi dilinin altındadır, danışın […]

Gözümüz aydın, “Rusiya 2018-ci ildə Qarabağ hayında olmayacaq”. Bunu Putinin etibarlı şəxslərindən olan Sergey Markov deyib. Səbəbi belə izah edib ki, Moskva bu il Qərbin görünməmiş hücumlarını dəf eləməli olacaq. Demək ki, bu il Rusiya bizi heç “dütdülü” ilə də sevindirməyəcək. Bəlkə də bu, bir fürsətdir bu il özümüz özümüzü sevindirək? – madam ki, rusun […]

Xarici Xidmət İnstitutu (FSİ) deyilən bir qurum maraqlı tədqiqat aparıb. Qurum Azərbaycan türkcəsini 61 dil arasında çətin öyrənilən dillərin 4-cü kateqoriyasına salıb. 5-ci və sonuncu, ən ağır dil qrupunda isə Çin, Koreya, yapon və ərəb dilləri yer alıb. Hər millətə sözsüz ki, öz dili doğma və əzizdir. İstər hindu olsun, istərsə də ingilis və ya […]

Seçki ilinə giririk. Sırada birinci olan qonşu Rusiyadır. Möcüzə baş verməsə, iki ay yarım sonra Putin öz prezidentlik müddətini daha 6 il uzadacaq. Bundan Rusiya xalqının uduşda olacağını söyləmək isə çətindir. Çünki qarşıdakı illərdə qlobal geosiyasi proseslərin xüsusilə mürəkkəb axarda gedəcəyi, təlatümlü olacağı proqnoz edilir. Fəqət, bütün hallarda Putin seçkilərdə tam alternativsiz görünür. Ona görə […]

Biznesdən böyük siyasətə uğursuz sıçrayış edən Donald Trampın Ağ Evə “propiska” olmasından təxminən bir il ötür. Bir ölkə rəhbəri üçün kiçik zaman deyil – əgər Trampı ölkə rəhbəri saymaq mümkünsə… İş ondadır ki, reytinqi rekord həddə aşağı düşən Tramp hələ də ABŞ-ın nüfuzlu prezidentinə çevrilə, hakimiyyətdə vərəsəliyi təmin edə bilməyib. Olsa-olsa, o, yalnız Ağ Ev […]

İstanbulda Yeni il şənlikləri, kütləvi tədbirlər yasaqlanıb. Bunun Türkiyə vətəndaşlarının təhlükəsizliyi naminə edildiyi deyilir. Ötən il məhz yanvarın 1-ə keçən gecə qardaş ölkənin bu ən böyük şəhərinin kafelərindən birinə özbək əsilli, İŞİD-çi terrorçunun hücumu zamanı biri azərbaycanlı qız olmaqla, onlarla dinc sakin həyatını itirmişdi. Əlbəttə ki, hansısa terrorçu və ya terror qrupu terror törətmək fikrinə […]

“Bəzən adama taladığı milyardlar da kömək eləmir”. Bu sözləri Beynəlxalq Bankın sabiq rəhbəri, 15 illik həbs cəzası ilə yatan Cahangir Hacıyev haqda onunla lap yaxınlaradək türmə yoldaşı olmuş şəxs deyib. Keçmiş dustağın sözlərinə görə, Cahangir Hacıyev orada özünə imtiyazlı münasibət və şərait qurdura bilməyib. O, 100 nəfərlik barakda qalır, qara paltarda gəzir, hamı kimi tualet […]

Noyabrın Azərbaycana vəd elədiyi bir müşkülü adladıq. Söhbət Avropa Birliyinin (AB) Brüssel sammitinin yekun bəyannamə layihəsində ermənilərin səyi ilə yer almış ərazi bütövlüyümüz əleyhinə bəndin çıxarılmasından gedir. Noyabrın 29-u isə Avropa Şurası-Azərbaycan münasibətləri tarixində kritik gün ola bilər. REAL sədri İlqar Məmmədovla bağlı verilən möhləti nəzərdə tuturuq. Ümid edək ki, bu problem də ikitərəfli əlaqələrə […]

Daşımız doğrudan da çox ağır imiş. “Qarabağ” – “Çelsi” matçını izləyənlər yəqin ki, bizimlə razılaşar: bu oyunda “Qarabağ” uduzmadı, uduzduruldu. Ədalətsiz arbitrin hesabına, onun qapımıza təyin etdiyi əsassız penaltilər hesabına, bu azmış kimi, üstəlik, kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərməklə bizi azlıqda oynamağa vadar eləməklə. Dağlıq Qarabağ məsələsində də illərdir eyni ədalətsiz münasibətlə üz-üzəyik – […]

Ermənistanın işğalçı ordusuna çağırışçı böhranı yaşayır. Düşmən ölkədə bir müddətdir “xalq-ordu” ideyasının ortaya atılması və bu ideyanı qanuniləşdirmək yönündə səylər, ideyanın tərkib hissəsi kimi də tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvi şəkk-şübhəsiz, elə çağırışçı ehtiyacı ilə bağlıdır. Artıq bir reallıqdır ki, Ermənistanda faktiki, büdcəyə yük olan yaşlı əhali – pensionerlər, bir az da işləyən azsaylı […]

Qarabağa dair daha bir yüksək səviyyəli görüş nəticəsiz bitdi: Moskvada Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin görüşündə simvolik anlaşma belə əldə olunmadı. Əslində hansısa nəticə gözlənilmirdi də. O zaman sual ortaya çıxır ki, belə görüşlər kimə və nəyə lazımdır? Dağlıq Qarabağ konfliktinin həllində əsas söz sahibi olduğunu bir daha göstərmək istəyən Rusiyayamı? Ola bilər. Amma […]

BMT-nin keçmiş baş katibi Pan Gi Mun Bakıya gəlibmiş. Nazir Elmar Məmmədyarovla görüşdə o, Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu bildirib. Buna görə ona balaca, bir mini-təşəkkür. Ona görə “mini” ki, keşkə bu sözləri o, baş katib olanda, dünyanın və ermənilərin gözü qabağında bəyan edərdi. Bax, bu olardı Azərbaycana […]

Və ya Vladimir Leninlə Vladimir Putinin oxşarlığı haqda “Nə qədər burdayam, Leninə və Kreml divarları arxasında yatan digər sovet mütəfəkkirlərinə toxunulmayacağına söz verirəm”. Bu sözləri Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov yox, Rusiya prezidenti Vladimir Putin deyib. Məsələ belə olub ki, Züqanov prezidentlə görüşlərin birində “proletariatın dahi rəhbəri” Vladimir İliç Leninin dəfni məsələsini qaldırılıb. Putin […]

Rusiya və ABŞ prezidentləri nəhayət ki, bir araya gəldilər. Ancaq iki saat yarımlıq qapalı görüşdən sonra da kardinal məsələlərdə tərəflərin anlaşmadan ayrıldığı üzə çıxdı. Görülə bağlı təəssüratlarını bölüşən V.Putin amerikalı həmkarı haqda deyib ki, həyatdakı Tramp televizordakı Tramp deyil. Əslində doğru müşahidədir. Çünki biznesdən birbaşa böyük siyasətə gələn Ağ Evin indiki rəhbərinin siyasi təcrübəsi azdır, […]

“Türkiyəyə daha bir çevriliş təhlükəsi var”. Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri bugünlərdə belə bir proqnoz-xəbərdarlıqla çıxış edib. Müəllif uzun təhlillərdən sonra bu qənaətə gəlib ki, ölkədə çevriliş üçün münasib zəmin hələ də qalmaqdadır. Bunun həqiqətən belə olub-olmadığını dəqiq demək çətindir. Hərgah Türkiyədə ilk baxışda istənilən fors-major ssenarisi üçün həssas bir durum mövcuddur. Lakin bu durum […]

Faşizm üzərində qələbənin 72-ci ildönümündə Moskva paradında Putini müşayiət edən tək xarici dövlət başçısı Moldova prezidenti İqor Dodon oldu. Rusiyameylli hesab olunan Dodon buna görə öz ölkəsində sərt tənqidə tuş gəldi, ona hətta “Putinin sadiq nökəri” yarlığı yapışdırıldı. Ancaq belə görünür, Moldova liderini moldavanların onun haqqında nə düşünməsi elə də qayğılandırmır. Çünki onun zənnincə, Rusiyaya […]

Sabah atəşkəs haqda bədnam Bişkek protokolunun imzalanmasından 23 il ötür. Düz 23 ildir ki, Azərbaycan xalqının başı altına yaxşı bir atəşkəs “yastığı” qoyulub. İlləri illərə calayıb boş vədlər verməkdən usanmayan vasitəçilər bir cavanın ömrünə bərabər bir müddətdə “Qarabağ yükü”nü yerindən tərpədib bircə sm belə qabağa apara bilməyiblər. Nədəni çoxdan bəlli: çünki həmsədrlər işğalçı ilə işğala […]

Fransadakı prezident seçkisinin 2-ci turunda gözlənilən oldu. Yəni möcüzə baş vermədi. 42 yaşlı Emmanuel Makron rəqibi Mari Le Pen üzərində inamlı qələbə qazanaraq, Fransa tarixinə ən gənc prezident kimi düşə bildi. Hərçənd ifrat sağçıların nümayəndəsi xanım Le Pen çox arzu edirdi ki, ABŞ-dakı son prezident seçkisindəki kimi Fransadakı seçkilərdə də möcüzə-sürpriz baş versin. Son ana […]

PKK lideri Abdulla Öcalanın qardaşı Osman Öcalan ilginc anons verib. Terrorbaşının qardaşı bildirib ki, Avropa Türkiyədən – Osmanlıdan qisasını türk-kürd qarşıdurması yaratmaqla alacaq. Maraqlıdır deyilmi? Türkiyə sizə nə edib, niyə onun daşı belə ağırdır? Əslinə qalsa, Öcalan hamının çoxdan bildiyi, Avropadakı məkrli antitürk çevrələrinin əsas kartını açıb. Xüsusən də son illər öz qoynunda PKK-çılara geniş […]

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun, daha doğrusu, Rusiyanın Azərbaycanı təkrar işğalının ildönümüdür. Ancaq aprel təcavüzündən 97 il ötsə də, Şimali Azərbaycan 26 ildir müstəqil olsa da, biz xeyli dərəcədə 97-100 il öncəki problemlərlə üz-üzəyik. Yenə bizə qarşı rusun əli ilə “erməni kartı” var gücü ilə işindədir – işğal problemi yaşayırıq. Şimaldan suverenliyimizə təhlükə hələ […]

Bu günlər əziz aprel şəhidlərimizin il mərasimləri qeyd olunur. Bu mərasimlərdən birində balaca Zəhranın öz pilot şəhid atası – Urfan Vəlizadənin məzarı üstündə skripka çalması diqqət çəkdi. Keşkə, bu təsirli mənzərə haqda yaxşı bir əsər, ssenari yazan tapılaydı, sonra da həmin ssenari əsasında istedadlı rejissorlardan biri gözəl, tərbiyəvi bir film ərsəyə gətirəydi. İstənilən şəhidimizin həyatı, […]

Ukrayna və Rusiya arasında Krım və Donbasa görə yaşanan gərginlik daha da artıb. Hətta bu gərginlik“Eurovision” musiqi yarışmasına sirayət edib – rəsmi Kiyev Rusiya təmsilçisini bu ilin mayında Ukraynada keçiriləcək musiqi yarışmasına buraxmamaq qərarına gəlib. Səbəb müğənni qızın ilhaq edilən Krıma qanunsuz səfər eləməsi ilə bağlıdır. Düz də edib. Ukraynanın ağrı-acısını kim başa düşməsə də […]

Paytaxtda V Bakı Qlobal Forumu keçirilir. Budəfəki tədbir öncəliklə həssas bir dönəmə təsadüf edir və olduqca mürəkkəb beynəlxalq münasibətlər şəraitində, həmçinin regiondakı təhlükəli durum fonunda Azərbaycanın yerinə və nüfuzuna əlavə pozitiv ştrixlər gətirə bilər. Ən azı, ölkəmizin əsas dərdini – Qarabağ məsələsini daha böyük auditoriyaya çıxarmaq üçün bu, növbəti və unikal fürsət hesab edilə bilər. […]

Güney Qafqazdakı bəlaların hamısının kökündə Rusiya amilinin dayandığı artıq çoxdan daşlaşmış həqiqətdir. Bu gerçək-aksiom Qarabağda 25 fevral insidentindən sonra yenidən gündəmə gəldi, müzakirə mövzusu oldu. Rəsmi səviyyədə deyilməsə də, əksər təhlilçilər insidentin arxasında Rusiya dəst-xəttinə açıq işarə vurdular, rusların erməninin əli ilə belə bir hadisəni törətməsini mümkün saydılar, hətta Azərbaycanda az öncə 1-ci vitse-prezident təyinatını […]

Və ya Tramplı dünya hara gedir?.. ABŞ-ın yeni prezidenti Donald Tramp obrazlı desək, gül vurur. Prezident kürsüsünə oturmasından cəmi 10 gün keçib, ancaq o, az qala, dünyanın yarısının antipatiyasını qazana bilib. Bu, doğrudan da Amerika tarixində görünməmiş göstəricidir. Əvvəla, Tramp ilk ABŞ prezidentidir ki, hələ Ağ Evə girməmiş reytinqi aşağı düşüb, andiçmə mərasimi, vəzifəyə başlaması […]

Lavrovun məlum bəyanatı və ardınca jurnalistlə bağlı yaşanan insident Qarabağ məsələsində yaxşı bir test oldu, lakmus kağızı rolu oynadı: toplum üçün, yalançı patriotlar uçun, həmçinin də rəsmilər və Kremlin Azərbaycana gerçək münasibətinə əmin olmaq üçün. Bu insident eyni zamanda içimizdəki gizli “5-ci kolonçu”ların çevrəsinə işıq saldı, Rusiyanın burdakı “papaq altındakı” dəstəkçilərini üzə çıxardı. Həmin açıqlamaya […]

Serj Sərkisyanın öz xalqına Yeni il təbriki klassik erməni yalanının növbəti, “şedevr” nümunəsi sayıla bilər. Əslinə qalsa, bu, heç təbrik də deyil, ac-yalavac və hüquqsuz toplumu ovundurmaq, özünü və korrupsioner komandasını isə təmizə çıxarmaq təşəbbüsüdür. Eyni zamanda 19 il öncə hakimiyyəti zorla ələ keçirmiş Qarabağ klanının aprel seçkiləri ərəfəsi cəmiyyəti çaşdırıb, ondan növbəti müddətə etimad […]

Ermənistan parlamentinin üzvü, ana müxalifət təmsilçisi Aram Manukyan keçən həftə ölkəsinin ağır izolyasiya durumundan danışarkən maraqlı bir rəqəm söyləmişdi. Demişdi ki, əhali Ermənistana gələn hər mala görə əlavə 30% ödəyir, çünki ölkə blokadadır və dəmir yolu işləmir. Şükür Allaha ki, Azərbaycan blokadada deyil. Hərçənd bizim az qala, ona bərabər başqa dərdimiz var – məmur “blokadası”. […]

“Qarabağ probleminin həll açarı Rusiyadadır”. Bu fikirdə olanlar həm Azərbaycanda və Ermənistanda, həm də bütövlükdə dünyada yəqin ki, onun əksini düşünənlərdən çoxdur. Son olaraq Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan eyni ifadəni işlədib. O Ter-Petrosyan ki, təxminən 20 il öncə məhz mərhələli həll planına görə hakimiyyətdən devrilib – Rusiyanın dəstəyi ilə. Niyə? Çünki Ter-Petrosyan o vaxt […]

Dünyanın xarici siyasətini qarşıdakı 4 ildə biznesmen yönəldəcək. Yox, söhbət ABŞ-ın yeni ekstravaqant prezidenti, biznesmen-milyarder Donald Trampdan getmir. Trampın dövlət katibi postuna məhz özü kimi bir iş adamını, daha dəqiqi, neft bosunu – “Exon Mobil” neft şirkətinin rəhbəri Reks Tillersonu təyin etməsindən gedir. Ağ Evin yeni sahibi özünün twitter səhifəsində özünə xas stildə elə beləcə […]

Gözlənildiyi kimi də oldu: İstanbulda 30-u polis, 8-i mülki şəxs olmaqla, 38 nəfərin həyatına son qoyan xain terror aktının altından PKK çıxdı. Daha doğrusu, PKK-nın qolu olan TAK – “Küdüstan Azadlıq Şahinləri” terror hücumuna görə məsuliyyəti öz üzərinə götürdü. Təşkilat hücumda bir canlı bombanın iştirak etdiyini də etiraf edib. Yada salaq ki, olay zamanı az […]

Xocalı hərbi canisi Serj Sərkisyan yenə işğal altındakı Qarabağda peyda olub, burda “general” adlanan, əslində özü kimi separatçı-bandit tör-töküntülərini, Azərbaycan türmələrinin çoxdan darıxdığı hərbi cinayətkarları başına toplayaraq iclas keçirib. Nəsə bu “çağırılmamış qonaq” son zamanlar tez-tez Azərbaycanda görünür. Bir məqsədi yəqin ki, erməni xalqına növbəti dəfə ürək-dirək verməkdisə, – hərçənd onun özünə ürək-dirək verən lazımdır, […]

Azərbaycan Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün Beynəlxalq Məhkəməyə müraciət etməyə hazırlaşır. Bundan ötrü Milli Məclis hərəkətə keçib və müvafiq sənəd hazırlanır. Necə deyərlər, heç olmamaqdan, gec olması yaxşıdır. Bəlkə soyqırımın 25-ci ildönümünə günahsız insanların, körpələrin ruhu bir az rahatlıq tapa. Nəzərə alsaq ki, gələn il Qarabağ məsələsi ətrafında fors-major vəziyyətlər, qəfil dönüşlər gözlənilir və […]

BMT baş katibi Pan Gi Mun Suriya böhranını BMT-nin səhvi adlandırıb – daha doğrusu, kollektiv səhvi. Baş katibə görə, “bu qədər uşaq, qadın və yaşlının məhz Suriya siyasi liderlərinin rəhbərlik qabiliyyətinin qıtlığı və insanlığının çatışmazlığı üzündən, yanlış mövqeyinə görə ölməsi olduqca acınacaqlıdır”. Suriya böhranı, bütövlükdə Yaxın Şərqdə yaşanan insanlıq dramı, hər gün yüzlərlə günahsız insanı, […]

Gözlər indi də D.Trampın hansı komanda quracağınadır. Rusiya və Türkiyədən tutmuş, Azərbaycan və düşmən Ermənistana qədər, irili-xırdalı bütün dövlətlər ABŞ-ın yeni biznesmen-prezidentinin bu yöndə atdığı və atacağı addımlara diqqət kəsilib. Təbiidir, çünki dünyanın 1 nömrəli superdövləti ilə münasibətlərin xarakteri istənilən ölkənin köklü maraqlarına toxunmaq gücündədir. “Niyyətin hara, mənzilin də ora”, yaxud komandanı göstər, niyyətini deyim. […]

Donald Tramp işə başlamağa macal tapmamış ona qarşı ABŞ-da kütləvi etirazlar baş qaldırdı. Polislə toqquşmalarda ölən də var. Amerika tarixində, prezident seçkisindən dərhal sonra belə bir şey qeydə alınmamışdı. Tramp isə etirazçıları ondan qorxmamağa çağırır. Bundan öncə, o, hamının prezidenti olacağını bəyan etmişdi. Fəqət, hamının prezidenti olmaq mümkünmü? Əlbəttə, yox. Çünki ən yaxşı halda əksəriyyətin […]

Donald Trampın ABŞ prezidenti seçilməsi dünyada, öncəliklə də Qərbin özündə həqiqətən şok effekti yaratdı. Əsas səbəbi də şübhəsiz ki, onun seçkiöncəsi verdiyi və ABŞ-ın ənənəvi xarici siyasət kursu ilə üst-üstə düşməyən açıqlamaları, bir də böyük siyasətdə “piyada” olmasından dolayı bədbin gözləntilərdir. Rəqibi Hillari Klintondan fərqli olaraq,Trampın Rusiya prezidenti Vladimir Putinə aşkar rəğbəti, Rusiya liderini hətta […]

Türkiyədə Səlahəddin Demirtaş başda olmaqla, separatçı kürd millət vəkillərinin həbsi Qərbdə o saat qıcıq və əndişə yaratdı. Həm ABŞ, həm də Avropa Birliyindən eyni anda, sanki sözləşiblərmiş kimi operativ şəkildə olaya reaksiyalar gəldi. Təbii ki, rəsmi Ankara həbslərə görə qınandı, PKK ilə əlaqədə suçlanan separatçılara qahmar çıxıldı. İmkanları olsaydı, onları azad eləmək üçün xüsusi əməliyyat […]

ABŞ-da prezident seçkiləri finişə yaxınlaşır. Cəmi 3 gün sonra dünyanın 1 nömrəli dövlətinin yeni sükançısının kimliyi bəlli olacaq.

Türkiyə növbəti, taleyüklü bir siyasi dönəm ərəfəsindədir. Hakim AK partiya yaxın günlərdə ölkədə prezident üsul-idarəsinə keçidi nəzərdə tutan konstitusiya dəyişiklikləri layihəsini parlamentə təqdim edəcək. Layihə təsdiqlənsə, ölkə səsverməyə gedəcək və həmin səsvermədən sonra böyük ehtimalla, Türkiyənin 1-ci şəxsi baş nazir deyil, artıq prezident olacaq. Doğrudur, indinin özündə də prezident Rəcəb Tayyib Ərdoğan, faktiki, ölkədə həlledici […]

Qardaş Türkiyə öz tarixinin ən mürəkkəb dönəmlərdən birini yaşayır. Müharibə, od-alov, kütləvi miqrasiya girdabına düşmüş bölgənin açar ölkəsi olaraq, indi onun məsuliyyəti qədər üzləşdiyi imtahan da böyükdür. Ancaq əminik ki, oturuşmuş dövlət olaraq Türkiyə, onun ayıq-sayıq toplumu və çoxluğun etimadı ilə iqtidarda olan hakim qüvvə tarixin sınağından üzüağ çıxacaq və Azərbaycanın da üzüntüsünə əsas qalmayacaq. […]

Belə görünür, Hələbdə insanlıq dramının növbəti mərhələsi başlayır. Bu dramın əsas müəllifi isə böyük ölçüdə Rusiyadır. O Rusiya ki daim avtoritar, diktatura rejimlərinin əsas himayədarı qismində çıxış edir – təbii ki, öz maraqları naminə. Çünki imperiyalar demokratiyadan od sudan qorxan kimi qorxur… Artıq daşlaşmış həqiqətdir ki, Rusiyanın ikinci ildir davam edən hərbi dəstəyi olmasaydı, öz […]

İşə bax, işğalçı Ermənistan deyil, işğala məruz qalan Azərbaycan təzyiq hədəfi imiş. Ölkə başçısının bununla bağlı son açıqlaması əslində sensasion deyil. Çünki əksi olsaydı, yəni təzyiqlər təcavüzkara yönəlsəydi, Dağlıq Qarabağ konflikti çoxdan və ədalətli həllini tapardı. Yəni İlham Əliyev sadəcə, acı gerçəyi etiraf edib, həm də təcili nəticə çıxarmalı olduğumuz bir gerçəyi – millət, toplum, […]