Bakıda gecənin qaranlığında avtomobildə yol gedə-gedə erməni musiqisi səsləndirən, bu “şücaəti” ilə qürur duyan, üstəlik, bunu sonradan sosial mediada paylaşaraq millətimizi aşağılamağa çalışan, hüquq-mühafizə orqanlarına

Sosial mediada maraqlı statistik göstəricilərdən ibarət cədvəl yayılıb. Cədvəl SSRİ-yə daxil olan müttəfiq respublikaların 1989-cu ildəki və indiki demoqrafik durumunu, əhalisinin sayını göstərir.

Dünən səhər bir nəfər redaksiyamıza zəng vuraraq Ələkbər Heydərovun vəfat etdiyini xəbər verdi. Hər kim idisə, mərhumun yaxınlarından, keçmiş iş yoldaşlarından idi.

Danmaq mümkün deyil, ölkədə narazılıq və gərginlik var. Az qala hamı hamıdan narazıdır: müxalifət iqtidardan, iqtidar müxalifətdən, xalq hər ikisindən.

Müsavat başqanlığına namizədlərin hər üçü ilə şəxsi tanışlığım, “salam-sağol”um var. Onların arasında ən yaxın olduğum Tofiq Yaqubludur. Onunla eyni qəzetə yazılar yazmışıq.

Bu, adi xəbər deyil, puç olmuş ümidlərin, əndazəsini aşmış məyusluğun rəqəmli göstəricisidir. Xəbər belədir: “Almaniyada 1703 azərbaycanlıdan yalnız 76 nəfərə yaşamaq icazəsi verilib”.

Dünyada bir neo-millətçilik dalğası kükrəyib, bilirsiniz. Başda ABŞ gəlir.

Əslində srağagünkü tədbiri iqtidar-müxalifət dialoqu adlandırmaq olmazdı. Təkcə ona görə ki, bu, iqtidar-müxalifət dialoquydusa, orada QHT rəhbərlərinin, media kapitanlarının nə işi vardı?

Qismətdə iki YAP funksionerinin mübahisəsində birini müdafiə etmək də varmış. Ancaq bu, onların siyasi mövqeyi ilə bağlı deyil, mübahisə tərəfinin biri media təmsilçisidir.

Dönüb-dolaşıb sıfır nöqtəsinə gəlirik və hər dəfə təəccüblənir, hiddətlənirik. Erməni siyasətçi və hərbçilərinin hər iddialı danışığı, sərsəm bəyanatı bizi özümüzdən çıxarır.

ABŞ-da dinc insanların qırğını davam edir. Bu, yeni məsələ deyil. İllərdir ki, 50 dövlətin birləşməsindən ibarət olan bu qüdrətli superdövlətdən vaxtaşırı bu cür xəbərlər gəlir.

Keşikçidağ ətrafında baş verən hadisələrdən bəhs edərkən hissləri qızışdırmağa qalsa, sözü dolandırıb, bəzəyib-düzəyib, elə şeylər yazmaq olar ki, qanında bircə damcı qeyrəti olan hər kəs

Tələbə vaxtı bir kənddən olan və bir-birinə yaxından-uzaqdan qohumluğu çatan dörd gənc yataqxanada bir otaqda qalırdıq.

Onlar nə “dığanın belindən gələn”dir, nə “axçinin qarnından çıxan, erməni südü əmən”. Onları “qanıpozuq”, “südüpozuq” adlandırmaq da olmaz.

Hər hansı bir hadisəyə münasibətdə yekdil fikrə gəlməyimiz yoxdur. Bu, artıq mübahisə mövzusu deyil. Nə baş verir-versin, biz onu öz arşınımızla ölçürük və heç bir halda arşınımızın ədalətli ölçü meyarı olub-olmamasına önəm vermirik. Tanınmış şəxslərə, ictimai-siyasi personalara münasibətdə də eləyik. Ömrünü xalqın yolunda puç edən fədakar, dünya malında gözü olmayan, zahidanə həyat tərzi yaşayan adamlara […]

Dəfələrlə aldanmağın, yanılmağın, umsuq olmağın bir xeyri var ki, daha nağıllara, tovlamalara, vədlərə, diplomatik riyakarlıqlara inanmırsan. Hər şeyə doğru-dürüst, real qiymət verməyə çalışırsan. Heç aldanmamaq mümkün olan şey deyil, bir dəfə aldandıqdan sonra ayılmaq mümkün və ağıllı işdir, dəfələrlə aldanaraq, hələ də deyilənlərə inam bəsləmək isə axmaqlıqdır. ABŞ-ın, qüdrətli Avropa dövlətlərinin yeritdiyi dünya siyasətində gizli […]

Bəri başdan deyim ki, bu yazıda əhaliyə verilən qaz limitinin artırılmasını mədh etmək niyyətim yoxdur. Əslində bu limit lap əvvəldən düzgün müəyyənləşdirilməliydi. İkincisi, qeyd edim ki, mən və bir çox qonşularım il ərzində müntəzəm şəkildə qazdan istifadə etməyimizə baxmayaraq, limiti keçməmişik, təxminən 1400 kubmetr qaz işlətmişik. Bunun bir neçə səbəbi var. Biri və birincisi odur […]

Millətləri, xalqları bir-birindən fərqləndirən başlıca faktor nə dərinin rəngi, nə burunun, çənənin forması, nə gözün ölçüsü, nə də almacıq sümüyüdür. Bir regionda yaşayan xalqlar bir-birinə çox bənzəyir. Bir afrikalının, amerikalının erməniləri, gürcüləri və Azərbaycan türklərini bir-birindən ayıra bilməsi üçün azı 5-6 ay Qafqazda yaşaması lazımdır. Eləcə də biz qəvi düşmənlər olan hutularla tutsiləri bir-birindən heç […]

Srağagün Azərbaycan və Avropa İttifaqı arasında sazişin mayın 13-də imzalanacağı barədə xəbər təkzib olundu. Ardınca məlumat yayıldı ki, sazişin imzalanması ilin payıza dönən vaxtlarına keçirilib. İlk baxışdan bu xəbərlə Ermənistanın baş naziri Paşinyanın yeni seçilmiş Ukrayna prezidenti Zelenskiyə Putinlə “düz dolanmaq” tövsiyəsi verməsi arasında birbaşa əlaqə yoxdur. Ancaq bu, ilk baxışdan belədir. Diqqət edəndə görürsən […]

Siyasət dünyasında belə fenomenlər – siyasi fiqur kimi tanınmayan şəxslərin qısa müddətdə və sürətlə inkişaf edərək ölkə prezidenti və ya baş nazir seçilməsi halları barmaqla sayılacaq qədərdir. Belə hadisələrdən biri günümüzdə yaşandı. Ukraynada sənətçi kimliyi ilə tanınan 42 yaşlı şəxs 4 ayın içində prezident seçildi. 4 ay öncə Vladimir Zelenskini yalnız Ukrayna xalqı tanıyırdı, bu […]

Fransanın qatı və açıq ermənipərəstliyinin bir qolunun zərbəsi də bizi vurur. Bu dövlətin son on ildə ermənipərəstlik motivi ilə Türkiyəyə qarşı yeritdiyi siyasət artıq dözülməz hala gəlib və Türkiyə dövləti buna dözmək niyyətində olmadığını göstərir. Dünyada “erməni genosidi” deyilən, I Dünya müharibəsinin yüzlərlə faciəvi epizodundan biri olan 1915-ci il olayını “soyqırım aktı” ilk tanıyan ölkələrdən […]

Onu dünyanın bir çox qüdrətli dövlətlərində hərbi cani, qanlı qatil hesab edirlər. Çünki rəhbərlik etdiyi Sudan ikiyə parçalananda o, separatçılara qarşı həddən artıq amansızlıq edib, minlərlə dinc insanın ölümünə fərman verib. Bu üzdən Sudan prezidenti Ömər əl-Bəşir dünyanın əksər ölkələrində “arzuedilməz şəxs” idi. O, xarici səfərlərə nadir hallarda çıxır, yalnız ən yaxın müttəfiqlərinə baş çəkirdi. […]

Cəmiyyətdə gedən deqradasiya barədə söhbətlər intensivləşib. Qəzetlər, saytlar yazır, sosial şəbəkələr müzakirə edir, insanlar orda-burda narahatlıqlarını bildirir. İndiyədək gizli şəkildə gedən mənəvi aşınmanın açıq şəkil almaqda olan forması cəmiyyətin güzgüsü olan medianın (istər elektron, istərsə də çap mediası) vasitəsilə gün üzünə çıxır. Bəzən buna görə medianı suçlayırlar. Ümumiyyətlə, bir bu deyil, zaman-zaman cinayət faktlarının çoxalmasına, […]

ReAl Partiyası ilə AXCP arasındakı qovğa, ritorika o qədər tanış gəlir ki… Son 25 ildə bu kimi ixtilafları, nifaqları çox görmüşük, ondandır. Tərəflərin hansının haqlı olduğunu birmənalı şəkildə demək mümkün deyil. İki tərəf də, el dilində desək, öz sözünün göyçəyini deyir. Amma ötən günlərə yüngülvari ekskurs edəndə göz önündə bənzər mənzərələr canlanır. Təxminən 20 il […]

Regionun ən şanslı kürd icması hansı ölkədə yaşayır, bilirsinizmi? Kürdlər Avropada çoxdurlar, vəziyyətləri pis deyil, yerli cəmiyyətlərə adaptasiya oluna bilmirlərsə də, demokratik və firavan ölkələrin yüksək rifahından onlar da barınırlar. Amma kürdlər Avropada mühacirdirlər, geniş hüquqları yoxdur. İranda kürdlər böyük toplum halında yaşayırlar, gizli təşkilatlara malikdirlər, hərdən baş qaldırır, muxtariyyat, əlavə hüquqlar tələb etmək istəyirlər. […]

Srağagün millət vəkili Qənirə Paşayeva qonaq gəlmişdi, oturub söhbət edərkən söz hərlənib-fırlanıb xeyriyyəçilikdən, gənclərə, tələbələrə yardım göstərməkdən düşdü. Daha dəqiqi, söhbəti bu yerə mən gətirdim, Qənirə xanımın ötən il mənim xahişimlə magistraturada təhsil alan və təhsil haqqını ödəməsində problem yaranmış bir qızı düşdüyü situasiyadan çıxarmasına görə gec də olsa ona minnətdarlığımı bildirdim. Millət vəkili təbii […]

Yer üzündə nə ideal dövlət var, nə də ideal dövlət başçısı. İdealistlər olub, amma onlar da ideal ola bilməyiblər. Mümkün deyil. 200-dən artıq dövlətin rəhbərlərinin içində Uruqvayın asketik həyat tərzi keçirən, pul-para toplamayan, hətta öz maaşını belə tam almayan sabiq prezidenti Xose Mujika da var, öldürüləndən sonra 100 milyard dollara yaxın şəxsi sərvəti aşkarlanan, amma […]

İlk dəfə deyil, bu cür polemikalar 20-25 il əvvəl də vardı. O vaxtın 28-33 yaşlı gənc siyasətçiləri, ölkənin siyasi arenasında “yurd”çular kimi tanınan və AXC(P)-nin daxilində fraksiya kimi fəaliyyət göstərən qrup tələb edirdi ki, siyasətə xalq hərəkatının dalğasında gələn və lider olanlar siyasətdən çəkilsinlər. Bu qrup əvvəlcə müxalifət düşərgəsindəki hakimiyyəti götürmək, sonra isə bütövlükdə ölkədə […]

Bu günlər media qurumlarında ard-arda belə xəbərlər yayılır: “Filan ölkə ”Boeing 737 Max-8″ təyyarələrinin uçuşunu dayandırıb”. Bu sırada böyük ölkələr də var, hətta dünya xəritəsində qum dənəsi boyda görünən Fici də. O da “Boeing 737 Max-8″dən (bundan sonra qısaca – ”Max-8″) imtina edir. Buna səbəb odur ki, o gün Efiopiyada “Max-8″ markalı təyyarə qəzaya uğrayıb […]

Dünən Feysbuk sosial şəbəkəsinin Azərbaycan seqmentində 10-12 yaşlı bir uşaq şəkli paylaşılmışdı. Uşaq adi uşaq deyildi, erməni dığası (dığa – oğlan) idi və onu sıradan biri etməyən fakt o idi ki, bu uşağın çiynində Ermənistanın dövlət bayrağı salınmışdı. Daha ötəsi də vardı: dığanın ayağının altına isə Türkiyə və Azərbaycanın dövlət bayrağı atılmışdı. Uşaq məhz bu […]

Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, son zamanlar sosial şəbəkələrdə saxta profillər vasitəsilə demədiyi sözləri adına çıxarırlar. Deputat misal gətirib: “Guya mən demişəm ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanı Azərbaycanda zəlzələ daha çox olurdu, amma indi belə deyil və yaxud da dövlət bayrağının üzərindəki ulduz və gerb götürülsün, Heydər Əliyevin şəkli qoyulsun”. Doğrudan da sosial […]

Son iki ayda iqtidar-müxalifət-ictimaiyyət-media münasibətləri müstəvisində elə bir durum yaranıb ki, obyektiv şərhçi, neytral publisist, tənqidçi jurnalist cizgisindən sapmaq istəməyənlər naqolay durumda qalıblar. Bu durumun yaranmasının səbəbi dövlət başçısının imzaladığı fərmanlar, verdiyi qərarlardır. Onlar əhəmiyyətli olduğu qədər də gözlənilməzdir. İllərlə tənqidçi jurnalist mövqeyində durmuş (əslində jurnalistlər daima tənqidçi mövqedə olmalıdırlar, təbliğat üçün mətbuat xidmətləri var) […]

Bu ölkədə elə adamlar var ki, artıq nə desələr, pis yozulur, ictimai fəalların sərt və təhqiramiz reaksiyası ilə üzləşirlər. Onlardan biri də deputat Hadı Rəcəblidir. O, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədridir deyə təmsilçisi olduğu iqtidar komandasının yeritdiyi sosial siyasətə görə cavabdeh şəxslərdən biri sayılır. Jurnalistlər vaxtaşırı olaraq iqtidarın sosial siyasətinin aspektləri barədə […]

Bu ölkədə siyasətdən az-çox baş çıxaran hər kəs fərqindədir ki, şərqlə qərbin, şimalla cənubun qovuşuğunda olan regionumuzda kiçik ölkə olmaq, olub da baş girləmək çox çətindir. Şimal ayısı bir tərəfdən, cənub şiri o biri tərəfdən üstümüzə diş qıcayır. Hələ bunun bizi diri-diri udmaq istəyən qərb akulaları var. Gerçəkdən çətindir. Bu qədər qəliz regionda və zamanda […]

Təxminən 10 il öncə həmkarlarımızdan biri ABŞ-a səfər etmişdi, qayıdıb gələndə ailə üzvlərinə müxtəlif hədiyyələr alıb gətirmişdi. O hədiyyələrin içində bir əla görünüşlü və bahalı idman ayaqqabısı da olub. Həmkarımız danışırdı ki, 50 dollar verib aldığı idman ayaqqabısını 10 yaşlı oğluna verib və iki dəqiqədən sonra belə bir replika eşidib: “Ata, bu ”kitayski”dir, bax, altında […]

Cəmiyyətdəki, siyasi arenadakı aqressiyanı müşahidə etdikcə adam xoflanır. Düşünürsən ki, bu işin bu günü belədir, bəs sabahı necə olacaq? Düşünmək qorxunc, proqnozlaşdırmaq çətindir. Ona görə də ölkənin irəlini-gerini düşünən adamları getdikcə bu fikirə köklənirlər ki, bütün sferalarda yumşalma, mülayimləşmə labüddür, zəruridir. İndiyədək siyasi rəqiblərinə qarşı sərt siyasi xətt yerindən iqtidarın son addımlarında da bir qədər […]

Hər xalqın öz böyük oğlu var və onlar öz böyük oğulları ilə qürur duyurlar. Bu böyük oğulların sırasında məşhur dövlət xadimləri, sərkərdələr, ixtiraçı alimlər, inqilabçılar, böyük ziyalılar olur. Sərkərdə və padşahları ilə fəxr edənlər daha çoxdur. Bir padşah və ya sərkərdə nə qədər çox ölkə işğal, fəth edibsə, o qədər böyük sayılır. Amma bizim xalqın […]

Son 10-15 ildə ölkəmizdə bir sosioloji dəb var: ilin müəyyən vaxtlarında sovet xiffəti baş qaldırır. Bu, əsasən may, noyabr və dekabr aylarında baş verir. Dekabrın son günü üzünü bizə tutub Yeni ilin gəldiyini xəbər verəndə sovet nostaljisi kükrəyir. Adamlar mütləq sovet dövründə keçirilən bayramların təntənəsini, təmtərağını xatırlayır, xiffət çəkirlər, ötən günlərdən danışdıqca danışırlar: “O vaxt […]

Bu ölkədə insanlara vətənpərvər olmağı yasaqlayan xeyli adam var. Tolstoyun bir fikri ilə hamıya möhür vururlar. Əclafların son istinad yeri vətənpərvərlikmiş. Bu fikir o qədər təkrar edilib və edilməkdədir ki, artıq adamlar əclaf görünəcəklərindən, üstlərinə damğa vurulacağından qorxaraq vətənpərvər olmaq, daha dəqiqi, vətənpərvər olduqlarını gözə çarpdırmamaq istəyirlər. Beləcə, meydan qalır vətənpərvər olmayan əclaflara. Əclaflıq insana […]

Yaşlı sakinlər yəqin ki, Bakının 30-40, hətta 50-60 il əvvəlini yaxşı xatırlayırlar. Şəhər nə haldaydı, necəydi?  O şəninə şeirlər yazılan, mahnılar bəstələnən şəhərin mərkəzi nahiyələrini çıxmaqla paytaxtda tam bir biabırçılıq hökm sürürdü. Köhnə bədii və sənədli filmlərin ağ-qara kadrlarındakı Bakı əsl Bakı deyil. O süjetləri şəhərin ən gözəgəlimli yerlərində çəkiblər, əslində isə Bakının bir xeyli […]

Savadlı məzun-abituriyent imtahandan niyə yan keçmək istəsin ki? Əksinə olmalıdır. O, savadını, qızıl medala layiq olduğunu yenidən, bir daha, bilməyənlərə də göstərmək üçün yeni-yeni platformalar tapmağa həvəs göstərməlidir. Məntiq və təcrübə belə deyir. Öz biliyinə güvənən insanlar var öz erudisiyalarını ictimaiyyətə nümayiş etdirməkdən zövq alırlar. Bu, onlar üçün həm əyləncədir, həm də qürur mənbəyidir. Bəli, […]

Yazıya böyük Çin mütəfəkkiri Konfutsinin sosial şəbəkələrdə dolaşan bir kəlamı ilə giriş etmək daha doğru olar. Kəlam belədir: “Planlarınız bir illikdirsə, düyü əkin. On illikdirsə, ağac əkin. Min illikdirsə, uşaqlara təhsil verin”. Əslində Milli Məclis sədrinin müavini Bahar Muradovanın dünən müəllimlərin qurultayında dilə gətirdiyi fikirlər Çin filosofunun bu kəlamına qarşı deyil, hətta onun sözünə qüvvətdir. […]

İki adamın davası nədən bu qədər ümummili problem həddinə çatdırılsın ki? Üç gündür saytlar bu barədə yazır, sosial şəbəkələrdə isə “qırğın” gedir. Mat qalmalı işdir. Çox da ki, qovğa tərəflərindən biri tanınmış rejissor-aktyor, o biri məktəb direktorudur. Bu qovğa ətrafında mübahisə edənlərin əsasən iki tirəyə ayrılması isə ifrata çatmış şəkildədir və ehtiraslar son dərəcə qızışıb. […]

İnternet resurslarında  Tacikistanın prezidenti İmomali Rahmona aid bir video varmış, dünən sosial şəbəkədə paylaşmışdılar. Maraqlı videodur, əttökən bir mənzərəni əks etdirir. Videokadrlarda görünür ki, Asiya ölkələrinin hansındansa Rahmonun yüksək mənsəbli qonağı gəlib və o, qonağı ilə birlikdə qırmızı xalının üzərində “Oskar” mükafatı almış kino ulduzları kimi şəstlə addımlayır. Bu görüntüdə, əlbəttə, pis bir şey yoxdur. […]