Anamın məktubları Ötən ay İsveçin Karlskrona şəhərində “Kitab və dəniz” (“Bok och Hav”) adlı ədəbiyyat festivalı oldu. Skandinaviyanın, başqa ölkələrin əlliyədək yazıçı-şairinin qatıldığı üç günlük festivala məni də çağırmışdılar. Festival ölkənin gəmiçilik tarixini əks etdirən muzeydə – Marinmuseumda keçirilirdi. Qaydalara görə iştirakçılar özləri barədə, yazı-pozuları haqda danışmalı, kitablarını təqdim etməliydilər. Mövzunu konkretləşdirim deyə dəvət göndərən […]

Cümhuriyyətin 99 yaşına (II yazı) 1961-ci ilin 12 aprelində ABŞ-ın hakim dairələri kosmik sahəsində Sovetlərə uduzmağın panik durumunu yaşadı. Amma bu hal uzun sürmədi, cəmi bir ay sonra, lap dəqiqi mayın 25-də prezident Con Kennedi Konqresdə tarixi çıxışını etdi. Sovetlərdən daha uzağa gedən – Ayın fəth olunmasını hədəfləyən belə bir fikir söylədi: ”Mən inanıram ki, […]

Cümhuriyyətin 99 yaşına (I yazı) Azadlığın, köləliyin şəkli necədi sizin təsəvvürünüzdə, bilmirəm! Mənim xəyalımdakı azadlıq ucsuz-bucaqsız çiçəkli çəmənliyinin günəşlə açılan səhərinə bənzəyir. Köləlik deyəndə isə gözümün qabağına bataqlıq meşəsinin şərqarışan ala-qaranlığı gəlir. Eskizini qaralamağa cəhd elədiyim bu iki fərqli mənzərəni siz də fikrinizdə canlandırmağa çalışın! Özünüzü əvvəl günəşli çəmənlikdə, sonra bataqlıq alatoranlığında duyun! Alınırmı? Çiçəklərinə […]

BİRİNCİ GÜN Zaman maşınıyla tarixi adlamaq Kopenhagendən qalxan içi danimarkalı yaşlı kişi, qadınla dolu təyyarə Kalamata səmasında dövrə vurub enişə başlayanda alnımı illimünatora dirəyib gözümü

Solovyov, Petruşka və acı Qarabağ həqiqəti Ondan başlayım ki, məni bu yazını yazmağa Rusiyanın ermənipərəst jurnalisti Vladimir Solovyov sövq elədi. Daha dəqiqi, onun ölkə prezidentiylə söhbətdən sonra verdiyi müsahibəsini dinləyəndə xeyli vaxtdı fikrimdən çıxmayan, neçə dəfə yazmağa qalxsam da, qaralaya bilmədiyim bir görüş təəssüratımı yazmağa qərar verdim. *** Praqaya gəlib ona zəng vurmasaydım, ayıb olardı. […]

Qarabağ bizim xarici işimizdi! “Лавровый венок – хомут для головы” məsəlini bu axşam dostlarla birləşib bir təhər dilimizə çevirdik. Belə alındı: “Dəfnə çələngi başa boyunduruqdu”.

İsveçin Linköping şəhərində ilin ilk günü günəşliydi. Pəncərədən baxsaydın, deyərdin bəs, yazdı. Amma çöldə şaxta vardı. Günəşli şaxta elə bahar illüziyalı qış kimidi. Bir növ pessimist ovqatlı adamın üzündəki optimist təbəssümə oxşayır… İsa Qəmbərin İsveçə gəldiyini eşidəndə, dedim, mütləq gedib görüşməliyəm. Nə vaxtın darmacalığı, nə yolun uzaqlığı bəhanə ola bilməzdi. Başqa ölkələrə baxmayın, İsveçə hər […]

Siyasi azadlıq olmayan yerdə başqa azadlıqlardan danışmaq yersiz görünür. O, yerdə qalan bütün azadlıqların həyat mənbəyi, qaynağıdı, həm də üstlərində hegemondu. Siyasi azadlığa iynəgözü yol qoyan hakimiyyətlər “yerdə qalan” azadlıqlara cızılı xətt içində müəyyən yaşama haqqı da tanıyır. Onun total nəzarətdə saxlandığı ölkələrdə isə “qismən azadlığa” belə yer qalmır. Hamı hürr yaşamaq istəyir, amma azadlığa […]

Etiraz hüququ Razılaşmamaq da bir haqqdır! Məni razılaşmağa vadar etməyə sənin ixtiyarın yoxdur! Ailədə böyüklüyün, icmada ağsaqqal-avtoritetin, sosial statusun, ictimai çəkin, dövləti vəzifən məni zorən sənlə razılaşdıra bilməz. Uzaqbaşı kompromisə gedərəm. Güc gələrsən, etiraz edərəm! Başqa toplumlarla işim yoxdu. Yaşadığım İsveçdə neçə ilin müşahidələrindən bu qənaətə gəldim ki, isveçli yuxarıda təxmini cızdığım bu həyat düsturuyla […]

– müxaliflər: “Sovet hakimiyyəti uğrunda, amma son 50 ildəki kimisi yox” (Sinyavski, Daniel, Soljenitsın, Ginzburq).

…Avstriya sərhədini keçən kimi uzun illər kommunist rejimində yaşamış Polşa və Çexiyadan fərqli ölkəyə gəldiyini hiss edirsən.

Sizə bir oğlandan danışmaq istəyirəm. Əliyev Anar Akif oğlundan. Bu ad sizə heç nə demir. Tanımırsınız. Anar mənim dayım oğludu. Amma həm də oğlum kimidi.

Erməni yalanını təkzib edən, onların saxtakarlığını aşkarlayan müəllifi niyə bizim saytlar dərc eləmədilər, yaxına buraxmadılar? Əslində bu suala cavab yazmaqdı qəsdim. Amma ondan başlayım ki, müasir müharibədə informasiya savaşı səngər döyüşüylə təndi. Məncə, hələ daha artıqdı. İnformasiya davasından qalib çıxmasan, aldığın səngərləri saxlaya bilməzsən! Bəzən lap belə də olur – informasiya müharibəsində düşmənə vurduğun sarsıdıcı […]

Ötən bazar sovet dövründə canlı bütə çevrilmiş Vladimir Vısotskinin həyatından bəhs edən “Vısotski” adlı filmə baxdım. Kədərli filmdi.

Qəribə millətik. Görəsən adamını bizim qədər dilemmalar, seçimlər qarşısında qalmağa məcbur edən ikinci bir toplum varmı, üzü o yandan bəri bu gen dünyada?!

Neçə ildi uşaqlarda kitab oxumağa vərdiş yaratmaq üçün çıxarmadığım oyun qalmayıb. Tək kitab oxutmaqla kifayətlənmirəm, oxuduqları haqda yazmalarını da istəyirəm.

Vüsalə Məmmədovanın “Cəhənnəm” filmi “Yekəpər erməni cibindən çıxartdığı süngü bıçağı ilə stolun üstündə inildəyən qızın paltarlarını bir az da yuxarı dartıb sinəsini cırdı.

Tehran Vəliyevi mən Bakıya gələndən, 1985-ci ildən tanıyıram. Dostluğumuz isə 1992-ci ildə ”Azərbaycan” qəzetində başladı. O vaxt o, qəzetin beynəlxalq şöbəsinin müdiriydi.

Çaykovskinin “Sonalar gölü” baletinə bileti İsveç Sosial Demokrat Partiyasının regional təşkilatının qadın fəallarından olan İradə Əliyeva hələ iki ay əvvəl, Sankt-Peterburqun məşhur Marinsk teatrının Jönköpinqə

Son olaylara 20 ilin rakusundan baxış Milli azadlıq hərəkatının başladığı gündən zaman-zaman repressiya dalğalarının şahidi olmuşuq. Onun qabaran və çəkilən dönəmlərini yaşamışıq.

Tarix var, ölüdü, yalnızca olmuş hadisələrin toplusudu. Tarix də var, canlıdı, bu gün də yaşayır. Sahibinə tək mənəvi fəxarət hissi vermir, maddi qazanc da gətirir.

Ən birinci ondan başlayım ki, hər cür fanatizmdən, bütləşdirmədən uzağam. Amma Ramiz Rövşən haqda bölüşmədiyim fikirlərə cavab verməyə bilmirəm.

Krımtatarların lideri Mustafa Cəmilovun Moskvada Vladimir Putinlə telefon danışığından sonra “Dojd” televiziyasına verdiyi müsahibəyə baxdım.

Vahid Qazi: İnanmıram hər dürlü zülmə dözən camaatımızın çox böyük əksəriyyətində Andrey Tarkovski kimi rejissorların “darıxdırıcı” filmlərinə baxmağa səbr çata.

  Şəhərin mərkəzi küçəsindəki reklam lövhəsində “Müharibə küləkləri” adlı musiqili gecənin proqramında oxuduğum ad uşaqlıq şakərimi yadıma saldı.

Kopenhagen zooparkında diqqətimi ən çox çəkən pavian meymunları oldu.

Vahid Qazi Boşluqda sallanan ümid Yurd nisgili sancılı ağrıdı. Varlığını hər an duydurur. Canlıdı elə bil. Qəlbində, beynində, duyğularında yaşayır. Yaşayır, demək boy verir.

Haramıstan Vahid Qazi Adətən yazıya adı onu bitirəndən sonra qoyursan. Hərdən də əksinə olur, başlığı yazıdan əvvəl tapırsan.

Vahid QAZİ Oginskinin melodiyası Uşaqları ötən bazar onu əməlli-başlı sınağa çəkmişdilər. “Sənin musiqi duyumunu yoxlayacağıq. Çaldıqlarımıza qulaq asıb düşüncələrini yazacaqsan!” – demişdilər.

Vahid Qazi   Oyundankənar mətbuat  Jurnalistika fakültəsində Nəriman Zeynalovun dərsi bizə ona görə maraqlı gəlirdi ki, nəzəri yox, praktiki məsələlərdən, real hadisələrdən danışırdı, özü də