Baxmış olarsınız, 48 il əvvəl “Azərbaycanfilm”də “Gün keçdi” adlı bir film çəkilib. Filmin ssenari müəllifi yazıçı Anar, quruluşçu rejissoru mərhum Arif Babayevdir. O film İçərişəhərə aid kadrlarla başlayır. İş yoldaşları memar Oqtaydan rəy soruşurlar və o deyir: “İçərişəhər bizim misilsiz xəzinəmizdir. Biz onun hər bir daşını göz bəbəyimiz kimi qorumalıyıq. Bu, minillik Şərq arxitekturasının canlı […]

Cəmiyyət olaraq minuslarımızdan biri də kəmfürsətlikdir. Mətləbə keçməzdən öncə deyim ki, kimsə durub minuslarımızın miqdarına dair monitorinq aparsa, bişəkk, ortaya biabırçı nəticələr çıxar, amma şükür ki, xeyli plyuslarımız da var. Ona görə də gərək minuslarımızdan çəkinmədən bəhs edək və çalışaq ki, o minusları plyus edək. Əslində çətin deyil, – işarəsinin üstündən özü boyda şaquli xətt […]

Məşhur bir karikatura var, internet resurslarında vaxtaşırı yayılır. Karikaturada bir konfrans zalı təsvir olunub. Moderator iştirakçılara sual verir: “Dünyanın yerdə qalan hissəsində qida çatışmazlığına dair fikriniz nədir?” Bu suala cavab olaraq arıq afrikalı deyir: “Qida nədir?” Şişman avropalı: “Çatşmazlıq nədir?”; Uzundraz amerikalı: “Dünyanın yerdə qalanı nədir?”; Başı çalmalı ərəb: “Fikir nədir?”… Göründüyü kimi, karikatura böyük […]

Cibimə tələbə bileti qoyub ali məktəb auditoriyasına qədəm qoyduğum gün əyləşdiyim partanın üstündə bir qadın adı oxudum: “Esma”. O ad partanın hər santimetrində vardı. Dərhal anlaşılırdı ki, bu adı daşıyan hər kimdirsə, olduqca gözəl və yumşaldıb-yumşaldıb desək, komplekssiz bir xanım olub. Çünki partanın üstündəki yazılarda o qadına həsr olunmuş ədəbsiz şeirlərlə yanaşı, erkək meymun fantaziyasından […]

Uzun sürən və dərin müşahidələrimə əsasən deyə bilərəm ki, biz inteqrasiyaya meylli camaatıq. Bu xüsusda elə bir inadkarlığımız yoxdur. Düzü, hələ dəqiqləşdirməmişəm ki, bu, bizim minusumuzdur, yoxsa plyusumuzdur. Demək çətindir. İkisi də ola bilər – necə deyərlər, 50:50-yə. Odur, bax, xəbər var ki, Moldova əhalisinin yarıdan çoxu (53 faizi) ölkənin Avropaya inteqrasiyasının, Avropa Birliyinə üzv […]

İnstitutdan yeni məzun olduğum vaxtın söhbətidir. Bir yaxın adamın toyundaydım. Toyu aparan müğənni də tanışlığımız, münasibətimiz olan adam idi. Arada o, həmin vaxtlar dəb olan “Rəna, can, Rəna” mahnısı oxudu. Adamlar ortalığa tökülüşüb bu ritmik sədalara oynayırdılar. Yadımda qaldığı qədər mahnının belə sözləri vardi: “Gəl görüşək, yar, Rəna, can, Rəna”. Bir də fikir verdim ki, […]

Bu əhvalatı 3-4 il öncə türkiyəli jurnalist Yılmaz Özdil yazmışdı, mən də ondan götürüb bir yazımda istifadə etmişdim. İndi yenə yeri gəlib. Demək, Türkiyədə ölüm hökmü, ağır cəzalar, bağışlama-filan kimi mövzular növbəti dəfə qızışanda telekanalların biri tolk-şou təşkil edir və studiyaya bir liberal yazar da dəvət edir. Həmin liberal yazar dünyaya gələn hər bir şəxsin […]

Dünən sabah ertə ölkəmizin elektron mediasında ilk gördüyüm iki xəbərin başlıqları beləydi: “İtaliya polisi ”Kosa Nostra” mafiya şəbəkəsinə qarşı irimiqyaslı xüsusi əməliyyat təşkil edib”; “Azərbaycanlı müğənni əlində içki kişilərin qucağında rəqs etdi – VİDEO”. İndi sizə elə gəlməsin ki, müəllif bu iki xəbər arasında hansısa bir əlaqə quracaq. Xeyr, türkün sözü, nə əlaqə. Əlaqə-zad yoxdur. […]

O gün bir toyda həmişəki kimi gur musiqinin əlindən qaçıb, kəndçilərimiz demişkən, bir hovur (hour- saat) dincəlmək üçün foyeyə çıxarkən bir köhnə tanışımla rastlaşdım. Çoxdan görüşmürdük. Xoş-beş, on beş, ordan-burdan göft-gu etməkdəykən, bir ümumi tanışımız da gəldi. Aramızda yeni bir xoş-beş proseduru, hal-əhval tutmaq kampaniyası başladı. Bu heynədə şəhərli dostumuz kənddə yaşayan tanışımızdan bir simsarını, […]

İnternet resurslarında çox vərə-vurd edənlərin qarşısına mühəqqəq çıxmış olar, Çində çəkilmiş maraqlı bir şəkil var: səkkiz zolaqlı avtobanın düz ortasında bir həyət evi görünür, sağından da magistral yol yüngülvari qövs cızaraq keçir, solundan da. Müdhiş mənzərədir. Bir ara o şəkli müşayiət edən xəbər də yayılmışdı. Guya Çinin yol təsərrüafatı idarəsi bu mülk yiyəsini öz evini […]

Deyirlər, ölkəmizin üzünü bütün Rusiyada ağ eləyən ekstrasens Zirəddin Rzayev ucuz metaldan sikkələr düzəldib, üzərinə naxışlar-filan həkk edib və onu mistik qüvvələrin yardımına ehtiyac duyanlara satır. Bizim pulla talisman-sikkənin qiyməti 40 manatdır. Yaxşı ticarətdir. Bu yolla qısa müddətdə milyonçu olmaq mümkündür. Çünki ölkəmizdə və regionumuzda olduğu kimi, 300 il monqol-tatar əsarətində qalmış şimal qonşumuzda da […]

Dünən səhər redaksiyada gənc həmkarımla üzbəüz oturub çalışırdıq. Redaktə etdiyim məqalədə bir abzas ABŞ prezidentinin 1 milyon 100 min dollarlıq “Kadillak prezidential” markalı, zirehli avtomobilindən bəhs edirdi. Bu avtomobilin bu qədər baha qiymətə olmasına təəccüblənmədim, çünki bilirəm, prezidentlər ölkəyə, millətə rəhbərlik etdikləri üçün gərək etibarlı maşın minsinlər. Xüsusilə də qüdrətli ölkələrin prezidentləri. Çünki belə ölkələrin […]

Ağlı kəsən uşaq və dəliqanlı yeniyetmə olan vaxtlarımızda əsgərlikdən yenicə gəlmiş qohumlarımızın, qonşularımızın dizinin dibini kəsdirib söhbətlərinə ağzıayrıq halda qulaq asmaq kimi maniakal bir şakərimiz vardı. Təkcə yaxın qohum-əqrəba, qonum-qonşu deyildi, zatən 3-4 cavan oğlan bir yerə düşən kimi söhbət mütləq əsgərlik xatirələrindən düşər və vaxt varsa, bir neçə saat uzanardı. Təbii ki, bizim dost-tanışların […]

Düzünə qalsa, mən də istəyirdim ki, futbol millimizin baş məşqçisi əcnəbi olmasın. Düşünürdüm ki, əcnəbi məşqçi olursa, Zidan, Raykaard, Qullit kimi keçmişdə parlaq futbolçu olmuş biri olsun, olmursa, heç kəsin tanımadığı, uğursuz məşqçi nəyimizə lazımdır. Arqumentim beləydi ki, o tanınmamış, uğursuz məşqçi gəlib ayda bir ətək, karyerasının sonuna qədər isə yeddi xaral pul alıb, çıxıb […]

Dünən insan zövqlərinin xəfif toqquşması olayının tam ortasında qalmışdım. Avtomobilimi elə yerdə saxlamışdım ki, bayırdakı çayxanadan gur musiqi səsi maşının içinə dolurdu. Avtomobilin audiopleyerində də musiqi səslənirdi. Bayırdan gələn yanıqlı gənc kişi səsi belə deyirdi: “Neçə vaxtdır üzünün həsrətindəyəm, gözəlim. Çox uzaqlardasan, nə edim, sənə çatmır əlim. Zalım ayrılıq bizi qoymadı yetək vüsala, Səni bilmirəm, […]

Uşaq vaxtı davalı filmlərə baxmağı çox sevərdik. Eyzən müharibədən bəhs edən filmləri izləyər, müvafiq mövzuda yazılan roman və povestləri oxuyardıq. Məsələn, mən özüm yazıçı Əbülhəsənin “Dostluq qalası” trilogiyasından tutmuş ta Hüseyn Abbaszadənin “General”, Süleyman Vəliyevin “Mübahisəli şəhər”, Əfqanın “Qafqaz qartalı” romanlarına qədər onlarla, yüzlərlə müharibə mövzulu əsərlər oxumuşdum. Çox maraqlıydı. Müharibəyə filmlərdə baxmağın, qanlı döyüşlər […]

Qıllı-qılaflı, dolaqlı-patavalı şəkildə həyatımıza soxulmuş facebookun çox bəyəndiyimiz bir funksiyası var – bloklama. Bu funksiya vasitəsilə eyzən nifrət qusan pərto ağızları qapatmaq, latayır danışan dilləri “kəsmək”, klaviaturada palaz səviyyəsində düşük-düşük cümlələlər yığan barmaqları qurutmaq, hökumət adamlarının sözü olmasın, hər şeyi qara görənlərin gözlərini örtmək olur. Onları seçib atırsan bloka, nə sənin yazdıqlarını görür, mənasız mübahisələrə […]

Hər şeyi qara görmək kimi çıxmasın, açığı, mən o “Formula 1″ yarışmasının ildə-ildə Bakımızda (paytaxtımızdakı boş qalan yerlərin torpağı sanı yaşasın Hacıbala müəllim) keçirilməsində uğurlu və parlaq bir şey görmürəm. Hərçənd ortalığa bu yarışmadan daxil olan gəlirlərə dair babat və real rəqəmlər qoyan olsa, bu mövqeyimdən “Ferrari” sürətilə geri çəkilə, hətta “Afərin, Rəhimov, sənk yu, […]

Ruslar ov itinə “qonçiy” deyirlər. Bizim dilə tərcüməsi “tazı”dır. İndi təsəvvür edək ki, biz həbsxanadan qaçmış dustaqları axtarıb tapan, yaxalayan kimlərisə tərifləmək, öymək üçün onlara “tazılar” deyək. Nə olar? Adamı tutub ən azı döyərlər, söyərlər, məhkəməyə verərlər, başına it oyunu açarlar. Amma ruslar özlərində bu işi görən, yəni həbsxanadan, düşərgədən qaçan adamları təqib edən, axtarıb […]

Ötən il Qazaxıstanda yaşayıb-işləyən həmkarlarımla söhbətləşirdik, Orta Asiya respublikalarındakı vəziyyətdən danışırdıq. Söhbət hərlənib-fırlanıb Özbəkistanın üstünə gəldi. Televiziya işçisi olan həmkarım dedi ki, indi vəziyyət dəyişib, amma Kərimovun (o, prezident İslam Kərimovu nəzərdə tuturdu) vaxtında müsibət idi, işimizin gərəyi Özbəkistana keçib-qayıdanda zülm çəkirdik. Heç demə, o vaxtlar Kərmovda belə bir qənaət varmış ki, başqa ölkələrdən Özbəkistana […]

Razılaşmaqdan başqa çarəsi yoxdur, sosial şəbəkələr, xüsusilə də Feysbuk peşəkar medianı üstələyib. Düzdür, mötəbərlik baxımından əvəz edə bilmir, amma populyarlıqda, ajiotaj, ictimai rəy yaratmaq xüsusunda ötüb keçib. Bir də görürsən, elə mövzular olur ki, A.-dan (“Azərbaycan” qəzetindən) ta Z.-yə (“Zaman” qəzetinə) qədər heç kim yazmır, amma Feysbuka baxırsan, hər iki statusdan biri həmin mövzudadır. Hələ […]

Bu əhvalat Avropa ölkələrindən birində baş verib. Bir gün azərbaycanlı bir ailə öz 12 və 14 yaşlı oğulları ilə birlikdə başqa bir azərbaycanlı ailəyə qonaq gəlib. Bu ailədə də 14 yaşlı bir oğlan olub. Böyüklər qonaq otağında oturub yemək yeyə-yeyə söhbətləşərkən oğlanlar ev sahibinin oğlunun otağına keçiblər və qapını kip bağlayaraq pleysteyşndə oyun oynamağa başlayıblar. […]

İndi dələduzluğa aid bir məhkəmə prosesindən hazırlanmış xəbərin bir abzasını iqtibas edirəm. Oxuyun, sonra söhbəti davam etdirərik. “Bir gün onun anası mənə dedi ki, qız tapım, yalandan toy edib pul yığmaq istəyirlər. Mən belə bir adam tapa bilməyəcəyimi dedim. Amma məsləhət verdim ki, gəlinsiz toy etmək olar. Dini toy adı ilə qızın iştirakı olmadan məclis […]

Güzar elə gətirdi ki, “Palmalı” şirkətinin ofisində Türkiyənin şərq əyalətindən gəlmiş bir iş adamıyla həmsöhbət olduq.  Şirkətdə adamı, türkün sözü, çox sıcaq qarşıladılar – sanki əsgərlik yoldaşı olublar. Əslində Musa bəy bizim dağ rayonlarından Bakıya işləməyə gəlmiş fəhlələrə, konkret olaraq parket yonan ustalara oxşayan bir adam idi. Geyimi-keçimi də sadəydi, danışığı, maneraları da. Söhbət əsnasında […]

Dünya bir tərəfədir, biz bir tərəfə, bizim öz arşınımız var. Özü də bu arşın bütün məsələlərdə keçərlidir. Yer üzündə nə baş verir-versin, başqaları onu necə qiymətləndirir-qiymətləndirsin, biz hadisəyə, prosesə öz arşınımızla yanaşacağıq. Məsələn, o gün dünyanın ən məşhur adamlarından biri olan, ABŞ tarixində silinməz izlər qoymuş eks-prezident Corc Buş (ata) 94 yaşında ölüb, hazırda bütün […]

Məsələ budur: söyüş-təhqir terror növüdür. Bu fikirlə razılaşmayanlar ola bilər, amma gerçəkdən də belədir.  Bu və ya digər partiyanın, qrupun, təriqətin üzvləri tərəfindən kütləvi şəkildə söyüləcəyindən qorxaraq ürəyindən keçən haqq sözü deməyən, doğrunu müdafiə etməyən, dünən dediyi düz sözü bu gün danan və ya düzəliş verməyə çalışan adamların ölkəsində yaşayırıq. Terror nədir? Terror insanları qorxutmaq, […]

Sovet vaxtı bütün ittifaq miqyasında dolaşan bir lətifə vardı. Beləydi: Rusun ürəyi qızıldır, yəhudinin – başı, erməninin – əli, azərbaycanlının – dişi. Hər lətifədə bir həqiqət payı olduğundan gülüb keçər, qızıl dişlərimizi parıldadar, bununla da lətifənin bizə aid hissəsini əyani şəkildə təsdiqləyərdik. Heç yəhudi professorların başının və erməni ustaların əllərinin qızıl olmasına da etiraz edən […]

Bəri başdan deyim ki, yaşamaq üçün başqa ölkələrə gedənləri qətiyyən qınamıram. Mühacirət etmək eşqi insan oğlunun fitrətində var. Dünya binnət olunandan insanlar kütləvi şəkildə qitə-qitə, materik-materik gəzir, köç edirlər, durmaq söhbəti yoxdur. Şair Nəsimi də “dünya duracaq yer deyil, ey can, səfər eylə” deyəndə təxminən belə şeyləri nəzərdə tuturdu. Nədənsə həmişə adamlara elə gəlir ki, […]

Uzun müddət Rusiyada yaşayıb-işləmiş bir qohumumuz var, adi vaxtda söhbət edərkən, bir də görərsən, ayrıca götürülmüş cümləni rus dilində dedi. Bəzən saatlarla söhbət edər, bir kəlmə rusca deməz, amma hərdən belə edir. Bu cür vərdiş eləyib. O gün onunla həkimə getmişik. Düzü budur ki, o, bizim həkimlərə inamsızdır, savad və səriştələrindən quşqulanır. Amma variant yox […]

Bu günlərdə bir məclisdəydim, dövlət idarələrinin birində işləyən gənc qohumumla söhbətləşirdik. Söz toylardakı təmtəraqdan, çoxlu xərc aparan çoxsaylı prosedurlardan (elçilik, “həri” məclisi, nişan, xınayaxdı, qız toyu, oğlan toyu və s.) düşmüşdü. Qohum dedi, əmi, artıq toylara çəkilən xərclər absurda çatıb, elə şadlıq evləri var ki, qiymətləri kəllə-çarxa qaldırıblar, iş yoldaşlarımız da bir-birinin bəhsinə ən bahalı […]

Onlardan hamı qorxur. Hətta odioz-odioz nazirlər də, mafioz-mafioz məmurlar da, yaşlı-başlı deputatlar da, 20-30 ilin jurnalistləri də, partiya sədrləri də, QHT rəhbərləri də, telekanallardan düşməyən müğənnilər də, bir sözlə, reputasiya dərdi çəkən hər kəs. Ölkənin ictimai-siyasi gündəmini əslində onlar müəyyənləşdirirlər. Bu gün nə müzakirə olunacaq, kim söyüləcək, kim öyüləcək, kimin siyasi karyerası məhv ediləcək – […]

Söhbətə rəhmətlik Molla Nəsrəddinin bir lətifəsi ilə girək, necə çıxarıq, söhbətin gedişatı göstərər. Demək, bir gün Molla oturubmuş evində, ömür-gün yoldaşı ilə göft-gu edirmiş. Birdən qapı açılır, mollanın başı-gözü yarılmış qonşusu təpilir içəri, deyir, qonşu, başına dönüm, qoyma, arvad məni öldürür. Molla qonşusunu fərməşin dalında yerbəyer edərkən qonşunun əli oxlovlu, at maralı arvadı girir içəri, […]

Bəs deyirdilər ictimai yerdə siqaret çəkilməsi qanunla qadağan olunub, yasağı pozanları cərimələyirlər? Havayı söhbətmiş. O qanunun, yasağın, cərimə-filanın bizim ölkəmizə, bizim ictimai yerlərimizə dəxli yoxdur. Əksər yerlərdə çəkən-çəkənədir. Bir də görürsən uşaqların, qadınların, qocaların toplaşdığı bir məkanda, məsələn, 30-40 ailənin eyni vaxtda ad günü keçirdiyi bir restoranda qaqaşın biri köhnə film personajlarının ədasıyla bahalı siqaretinin […]

O gün başımıza bir tragikomik jurnalistika hadisəsi gəlib. Əslində indi bu yazını xəcalət çəkə-çəkə yazıram və bunu üzrxahlıq köşəsi kimi də qəbul edə bilərsiniz. İntəhası, gərək durumun tragikomikliyini təfsilatı ilə yazım və bu xüsusda daha geniş məlumat verim ki, yəqinlik hasil olsun. Hadisə belə oldu. Kriminal müxbirimiz məhkəmədən belə bir başlıqla xəbər göndərdi: “Qadın alverində […]

Seçkilərini maraqlı, intriqalı keçirən ölkələr, əl-əlbət maraqlı ölkələrdir. Seçki təşkil etməyən və ya bərbad keçirən ölkələr isə maraqsızdır. Politoloqların fikrincə, elə ölkələrdə  inkişaf, xeyir-bərəkət olmaz. Müşahidəçilər isə deyir ki, maraqlı seçki keçirən ölkələr keçid dövrünü, qanqallığı tez keçirlər və gülüstana çıxırlar. Ekspertlər də o fikirdədirlər, üstəlik, əlavə edirlər ki, vətəndaşların axırda əlinə silah götürüb bir-birini […]

2015-ci ildə Suriyada İŞİD terrorçularına əsir düşən yaponiyalı həmkarımız Cümpey Yosuda artıq azadlığına qovuşub və ölkəsinə gedib. Cümpey təyyarədə əsirlik həyatından danışıb və təxminən, 1986-cı ildə hərbi toplanışda olduğumuz vaxt toplanışa 10 gün gecikdiyi üçün tutulub Gəncə qarnizonunun haupvaxtına salınmış tələbə yoldaşımız Maarif kimi narazılıq edib. Sadəcə, öz narazılığını “lələm canı, tövbə, gediləsi yer döyüldü”,- […]

Bu günlərdə yolum “20 Yanvar” metro stansiyasının yaxınlığındakı “Hədəf” liseyinə düşmüşdü. Axşam saat 7 civarıydı. “Qanun” nəşriyyatının 15-20 addımlığına çatanda qəfildən 4-5 sahibsiz it avtomobilin üstünə cumdu. İtlər çox aqressiv idilər. Arada mənə elə gəldi ki, əgər maşının pəncərəsi açıq olsa, onlar avtomobilin içinə tullanarlar. Heç indiyə qədər sahibsiz itləri bu qədər aqressiv görməmişdim. Əgər […]

Torpaq sürüşməsi elə şeydir ki, İndoneziyada da olur, Çilidə də, hətta Haitidə də. Təbii fəlakətdir, dünya binnət olandan bəri milyon dəfələrlə torpaq sürüşmələri olub, olur və olacaq, özü də hər yerdə. Arxeoloqlar torpağı qazıb yerin təkindən şəhərlər, tikililər tapırlar ha, bax, onların hamısı nə vaxtsa sürüşmüş və yaxınlıqdakı tikililəri altına basmış torpağı iştəkləridir. Bu baxımdan […]

“Mozalan” satirik kinojurnalının sovet dövründə çəkdiyi bir yumoristik süjet var, futboldan bəhs edir. Süjetin məzmunu belədir: bir futbolçu olur, hücumda oynayır. Elə olur ki, bu hərdən topu düz qəbul edə, rəqibini keçə, qol vura bilmir. Yəni futbolun fitrətində olan şeylər. Ancaq daima bilet alıb lap öndə oturan bir azarkeş hücumçunun bu uğursuzluqlarına təhəmmül edə bilmir, […]

Uzun illərdir ki, sovet dövrünü ideallaşdıranlarla, yekə çıxmasın, qovğam var. Görəndə ki, onlar sosial şəbəkədə SSRİ dövrünü ideallaşdırır, tərifləyib göyə qaldırır, o vaxtlar rüşvətin, korrupsiyanın, ədalətsizliyin olmadığından dəm vurur, özümü saxlaya bilmirəm, bir şeylər yazıram. Çünki həyatımın bir hissəsini o dövrdə yaşamışam, həm də təkcə yaşamaqla kifayətlənməmişəm, təvazökarlıqdan Novodeviçye qəbristanlığı qədər uzaq olsa da, deyim […]

Ölkədə siqaretlə bağlı ajiotaj var. Bunun bir səbəbi odur ki, siqaretin qiyməti qəfildən 20-30 qəpik qaldırılıb. Ajiotajın başqa bir səbəbi isə taksilərdə siqaret çəkənlərin 40-50 manat məbləğində cərimələnəcəyi ilə bağlıdır. Belə bir qanun düzəldilir, qüvvəyə minən kimi taksilərdən siqaret tüstüsü kəsiləcək. Tütün məhsullarının qəfildən bahalaşmasına kəskin reaksiya verilməsi başa düşüləndir. Bu ölkədə kişilərin 90-95 faizi […]

Kosovonun baş naziri Ramuş Haradinay küçədə zibil yığıb və bütün Avropa mediası bu barədə yazıb. Hətta cənabın zibil topladığı yerdə çəkilmiş şəkilləri ölkəmizdəki saytlarda da, necə deyərlər, işıqlandırılıb. Nə demək olar? Təqdirəlayiq hərəkətdir. Baş nazir bununla bütün cəmiyyətə həm əməli, həm də sözlü mesaj verib, deyib ki, əsl Avropa ölkəsində yaşamaq  istəyirsinizsə, yerə zibil tökməyin, […]

“Latviya Avropanın ən kasıb ölkəsidir. Ancaq burada uşaqlar 18 yasa qədər marşruta pul vermir . Dərsdə isə yemək, çay, qəhvə, süd, meyvə pulsuzdur”. Bu mesajı mənə virtual dostum yazıb. İki gün yazdığım yazıya dair dostumun söylədiyi fikirlər arasında marağıma ən çox səbəb olan məhz bu cümləydi. İndi bilmirəm, Latviyada yaşayan oxucum ad-soyadının çəkilməsini istəyir ya, […]

Hər gün səhər işə gələndə özümü İndoneziyadakı Sumatra adasının baş magistralındaymış kimi hiss edirəm. Ciddi sözümdür. “İndoneziyanın Sumatrası hara, 2-ci Salyan yolu hara, bunların arasında hansı əlaqə var” deyəcəksinizsə, izah edim. Məsələ belədir: Sumatra dünyada sunamiyə ən çox məruz qalan adadır. Bu üzdən yerli camaat sunami xəbərdarlığı alanda təbii olaraq panikaya qapılır və avtomobillərinə oturaraq […]

Deyirlər (həm də yazırlar) ki, Tacikistanda müsəlman din adamları məscidlərdə topladıqları həftəlik ianələrlə Leninin heykəlini bərpa ediblər. Bu xəbərə qətiyyən, türkün sözü, şaşırmadım. Çünki təvazökarlıqdan Düşənbə qədər uzaq olsa da, az-çox Şərqə bələdəm, bilirəm ki, bu regionda nə desən, olar. Düzdür, çoxlarına din adamlarının öz aralarında “atışaraq”, dünyanın ən qəddar dinsiz dövlətini qurmuş, məscidləri uçurmuş, […]

Almanların başı yenə çönüb. Düzdür, hələ o dərəcədə deyil ki, yenidən dünya müharibə başlayalar, amma yenə küçələrə çıxıb “irq-mirq”, “gəlmə-getmə” söhbəti edirlər. Budur, Almaniyada yaşayan həmvətənimiz-həmkarımız Fərahim yazır: “Almaniyanın Xemnits şəhərində miqrantlar əleyhinə kütləvi aksiyalar davam edir… ”Neonasist”lər şəhərdəki türk və ərəblərin restoranlarına hücum edirlər. Alman polisi şəhərdəki əcnəbilərin can və mal güvənliyini qorumaq üçün […]

Uzun illər öncə, bizimkilərin Türkiyəyə yeni-yeni ayaq açdığı vaxtlarda tanınmış həmvətənlərimizdən birinin yolu Türkiyəyə düşür, bir müddət qardaş ölkədə yaşayası olur. Hər şey yaxşıdır, normaldır, amma eloğlumuz hansı məclisə, toplantıya gedirsə, görür ki, qadınlar fıshafısla siqaret çəkirlər. O, köhnə kişilərdən olduğu və qadınların siqaret çəkməsinə qətiyyətlə qarşı olduğu üçün bir gün öz narazılığını yaxın dostlarının […]

Belə bir klassik deyim var (müəllifi məlum deyil, amma görünür ki, bunu deyən ağıllı adam olub): “Evlənən də axırda peşman olur, evlənməyib subay qalan da, amma ən yaxşısı, evlənib peşman olmaqdır”. Bu sözü ilk dəfə 23 il əvvəl eşitmişəm, amma yəqin ki, ondan da bir o qədər əvvəl, yəni “dünyanın düz vaxtı” kimi identifikasiya olunan […]

O gün həmkarlarımızdan biri “işıqpulu ajiotajı” kampaniyasına qoşulmayaraq sosial şəbəkədə yazmışdı ki, onun ünvanına gələn qəbzdə göstərilən məbləğdən şikayəti yoxdur, istifadə etdiyi qədər gəlib. Adam tanınmış telejurnalistdir, qəzetlərdə, tv-lərdə işləyib, yüzlərlə müxalifətçiylə, o qədər iqtidar adamıyla, beş o qədər də bitərəflə çörək kəsib, bir neçə sistern araq-pivə içib, amma hələ də anlamır ki, ilin-günün bu […]

2-3 ay əvvəl idi, yolum rast dümüşdü, “Elit” tərəfdə bir məhəllə dükanından xırda-para alış-veriş edirdim, bir də fikir verdim ki, satıcı mənim istədiyim şeyləri qablaşdıra-qablaşdıra telefonuna baxır və başını bulaya-bulaya söylənir. Belə görünürdü ki, adama xoşagəlməz məzmunlu mesaj gəlib. Yaxınlaşanda məlum oldu ki, yox, onun başını bulaması və söylənməsi “İnstaqram” sosial şəbəkəsinə qoyulmuş bir informasiyaya, […]

Hərdən yeri gələndə dostlardan, həmkarlardan biri ölkədəki xoşagəlməz hadisə və proseslərə işarəylə deyir: “Bəxtimiz gətirsəydi, Fransada doğulsaydıq…”. Bəzən bu cümlənin əlverişli coğrafi məkanı ifadə edən xüsusi isimi olaraq Norveçin, İngiltərənin, Hollandiyanın, İsveçin, Almaniyanın, Kanadanın adını çəkənlər də olur. Ancaq mən bir dəfə məhz Fransada doğulmağı bəxt işi hesab edən həmkarıma belə demişəm: “Qardaş, vallah, bu […]

Əslində biz özümüz də irqçiyik. Düzdür, aramızda az-az prinsipial olaraq irqçilik, faşistlik etməyənlər də var, amma söhbət toplumdan gedirsə, iqrçinin yekəsiyik. İrqçiliyə dəlalət edən ifadələrimizi, mülahizələrimizi sayım, oxuyun, yalandırsa, öz-özünüzə deyin, yalandır. Hər gün kütbeyin adamlara ürcah olanda onlara “monqol” deyirikmi? Deyirik. Hətta uzaq bir ölkədə monqollarla qarşılaşanda diqqət kəsilirik və bir-birimizə işarə edirik ki, […]

Açığı budur: futbolu şahmat kimi oynayanlardan zəhləm gedir. Futbol dediyin dinamik, atletik oyundur, hücum edəcəksən, hücuma məruz qalacaqsan, qol vuracaqsan, qol vuracaqlar və sair və ilaxır. Yoxsa İspaniya kimi hey irəliyə, böyürə, yana, geriyə ötürmələr verə-verə topu özündə saxla, axırda da rəqib qapısına tərəf bir zərbə vurma – bu, futbol deyil. İtaliyanın futbol qrossmeysterləri də […]

Hər dəfə ölkədə texnogen qəza olanda, şəhərdə, ya da onun bir hissəsində elektrik enerjisi kəsiləndə yadıma o Hollivud filmi düşür. Filmin adını unutmuşam, amma bəlkə də Youtube-də bir az axtarıb-araşdırandan sonra tapmaq olar. Azərbaycan telekanallarına tövsiyə edirəm ki, o filmi videotekalarından götürüb belə günlərdə versinlər (amma ta faciə günlərimizdə yeddi telekanalda nümayiş etdirilən “Dədə Qorqud”a […]

Bu saat dəqiqliyi ilə yadımda deyil, “pambıq qul əməyidir” kəlamını Marks deyib, yoxsa Engels. Şəxsən mən onu kəndçimiz Mürşüd kişidən eşitmişəm. Özü də ağsaqqal təkcə pambıq tarlasında işləməyi yox, eləcə də üzüm plantasiyasında çalışmağı da qul əməyi hesab edirdi. Suçu adam idi, “lapatka”si çiynindən düşməzdi. Amma Marksla (bəlkə də Engelslə) Engels adına sovxozun suçusu Mürşüd […]

Təcrübə göstərir ki, yay istirahətini ya yay girməmiş, ilin bu vədələrində edəndə yaxşı olur, ya da sentyabrda, yayın qurtaran vaxtlarında. Praktikadan keçirilib, yüzdəyüz belədir. Hərçənd klassik yay aylarında, iyul və avqustda, türkün sözü, tətil yapmaq lap əladır, amma bu, həm bahalıdır, həm də rus demişkən, sezonun razqar vaxtıdır. Dedik, bu il tez gedək, tez gələk, […]

Avropada xalqdan səs almağın yeni üsulu icad olunub. Hər dəfə hansısa partiyanın lideri çıxıb “gəlmələrin anasını ağladacam” deyir və seçki birincisi olur. Təbii ki, liderlər birbaşa elə demirlər, təxminən belə deyirlər: “Qanunsuz miqrasiyaya qarşı tədbirlərimizi gücləndirəcəyik, Yaxın Şərqdən axışan qaçqın kütləsinin ölkəmizin sabitliyini pozmasına imkan verməyəcəyik”. Bunun açması isə yuxarıda dediyim kimidir: “Miqrantların anasını ağladacağıq”. […]

Belə hadisələr sənətkarlıq baxımından ucuz detektiv filmlərdə, seriallarda, çox vaxt isə kinokomediyalarda olur. Bir qanqster öz ölümünü düzüb-qoşur, yalançı dəfn-filan təşkil edir, gerçəkdə isə ölmüş olmur, hamıdan gizlənir, başqa ad altında yaşayır, heç kim onu axtarmır, amma o, axırda ortaya çıxaraq düşmənlərini şaşırdır, haqq-ədaləti bərpa edir. Təbii ki, gerçək həyatda belə hadisələr olub, amma nadir […]

Bu günlərdə mən və bir əməkdaşımız xarici səfərdən qayıtmışıq. Dünən oturub işləyə-işləyə təəssüratlarımızı bölüşürdük, rastımıza çıxan maraqlı, danışılmağa layiq şeylərdən bəhs edirdik. Maraqlı şeylər, bilirsinizmi, nədir? Bizdə bir cür, başqa ölkələrdə ayrı cür olan şeylər. Yaxud da əvvəlcədən səndə bir təsəvvür olur, gedib başqa ölkədə görürsən ki, heç də elə deyil, xeyli yanılmısan, bax, bunlar […]