Azərbaycanın müstəqilliyini bərpa etməsinin 26-cı ildönümündə Qarabağdakı işğalçı ordu hərbi təlimlər keçirdi. Əslində düşmən ordusunun azərbaycansayağı genişmiqyaslı hərbi təlimlər keçirməyə nə imkanı, nə potensialı yoxdur. Sadəcə, “ağa”larından aldıqları təlimata uyğun olaraq varlıqlarını nümayiş etdirməyə çalışırlar. Azərbaycanın işğal altındakı ərazilərdəki ordu təbii ki, həm də cinayətkar prezident Serj Sərkisyanın Cenevrədəki çıxışının ruhuna uyğun davrandı. İşğalçı lider […]

Oktyabrın 14-də ermənilər İrəvan şəhərinin 2799 yaşını qeyd etdilər. Ağdamın dağıdılmış xarabalıqları altında “Tiqranakert” adlı “qədim erməni şəhəri”nin qalıqlarını “tapdıqlarını” iddia edəcək qədər saxta və həyasız olan erməni ideoloqlarının qədim Azərbaycan şəhərində atəşfəşanlıq keçirməsində qeyri-adi bir şey yoxdur. Bunlarda azca normal yanaşma olsaydı, deyərdilər İrəvan lap 2799 yaşı olsa da, bunun ancaq 99 ilinin bizə […]

İngiltərə çempionu “Çelsi” ilə qarşılaşmada ağır məğlubiyyətlə üzləşən təmsilçimiz Bakıya döndü. Düzü, onların hava limanından çəkilmiş fotosuna çox üzüldüm. “Anasıölmüş məğlubiyyət” buna deyərlər…Sahib çıxan olmur. Cəmi bir ay əvvəl, Danimarkadan Çempionlar Liqasına vəsiqəni təmin edərək geri dönəndə qəhrəman kimi hava limanında qarşıladığımız komandanı Londondan gələndə də yüksək səviyyədə qarşılamalıydıq. Qarşılamalıydıq ki, komandamız yaman günün də […]

Ermənistanın baş naziri 3 gündür Azərbaycandadır. Karen Karapetyan 72 saatdır Qarabağdadır! İcazəsiz-filansız, saymazyana suveren ölkənin hüdudlarına daxil olub, işğal altındakı ərazilərdə “at oynadır”. Bu günlərdə bir beynəlxalq təşkilat, bir həmsədr ölkə, nəhayət, Qarabağda hər atəş səsindən diksinərək bəyanat verən bir diplomat “Karen, sənin Azərbaycan ərazisində nə ölümü var” deməyib. Elə demədiyi üçün Karapetyan Kaəlbəcərdə su […]

Erməni mətbuatında bir yazı gördüm, Türkiyə ərazilərinə iddialardan bəhs olunurdu. Xəstə qonşularımız Türkiyənin Muş, Van, Ani şəhərlərini “Qərbi Ermənistan” kimi təqdim edirlər. Bu bədbəxtlər unudurlar ki, əslində onların mövcud olduqları coğrafi məkan Qərbi Azərbaycandır, tarixi türk torpaqlarıdır. Ermənilər isə goreşənlik etməkdənsə, cəhənnəm olub köhnə məskənlərinə – Dəclə və Fərat çaylarının arasına köç etsələr, tarixi ədalət […]

Elə yazını başlamaq istəyirdim ki, xəbər saytlarının birində daha bir boğulma xəbərini gördüm. Bu dəfə Qazaxda 19 yaşlı tələbə çayda çimərkən boğulub. Bakı Dövlət Universitetinin Qazax filialının 1-ci kurs tələbəsi ola Goranboy sakini tələbə yoldaşları ilə birgə Ağstafaçayda çimərkən batıb. Xəbərdə deyilir ki, boğulmaq üzrə olan digər tələbə isə ətrafdakıların köməyi ilə sudan çıxarılıb. Adam […]

Çoxları düşünürdü ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları şimal qonşumuzu durduracaq. Ancaq bu, baş vermədi. Əksinə, bugünlərdə Rusiya bütün varlığı ilə postsovet məkanını təsir dairəsinə almaq üçün hərəkətə keçib. Bu mənada Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45″ xilasetmə yedək gəmisinin Bakı limanında peyda olması da yalnız idmanla bağlı məsələ deyil. Düzdür, […]

Keçən yazımda Qarabağa “türklərə nifrət”inə görə gəldiyini deyən rus yazıçısı Eduard Limonovu cəllad Zori Balayana bənzətmişdim. Ancaq həmin bu partlamamış “limonka”nın növbəti yazı və müsahibələri belə deməyə əsas verir ki, o, özünü həm də Qriboyedov statusunda təqdim etməyə çalışır. Əslən polyak olan yazıçı-diplomat Aleksandr Qruboyedov 1828-ci ildə Azərbaycanın tarixi ərazilərinin İran və Rusiya arasında bölüşdürülməsini […]

Əslində bu sətirləri iyun hadisələrinin ildönümündə yazmaq ikiqat ağırdır. Qiyamçı polkovnik Surət Hüseynov rəhbərlik etdiyi korpusun şəxsi heyətini və hərbi texnikasını Xankəndinin 20-30 km-liyindən çəkib hakimiyyət davası aparmasaydı, indi Rusiyanın faşist mövqeli yazıçısı Eduard Limonovun Qarabağda izi-tozu olmazdı. Özü də nəinki Limonovun… Yazıçılar adətən, qan davasını bağlamaqda, sülhə çağırışlar etməkdə ad çıxarıblar, buna görə Nobel […]

Hacıqabul rayonundakı dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərin doğum tarixinə baxdımnızmı? “Hunday” faciəsinin qurbanı olan gənclər 1998-2000-ci il təvəllüdlü idi! Təkcə İmişli rayonu bir anda 5 gəncini itirmədi, Azərbaycan 5 vətəndaşını, Vətən 5 əsgərini itirdi! Amma nədənsə belə dəhşətli xəbəri çox sakit qarşıladıq. Sosial şəbəkələrdə sinəsiaçıq xanımlara dastan deyən aşığa daha çox yer ayrılmışdı, nəinki son […]

Erməni mətbuatı Qarabağa qanunsuz gələn turistlərdən yazıb. Separatçı rejimin “iqtisadiyyat nazirliyinin turizm idarəsi”nə istinadən iddia olunur ki, 2017-ci ilin birinci rübündə keçən ilin analoji dövrü ilə müqayisədə işğal zonasına gələn əcnəbilərin sayı 10 faiz artıb. Özü də işğal altındakı ərazilərə qeyri-qanuni gələnlərin sayına görə… Rusiya, ABŞ və İran vətəndaşları “liderlik” edir, sonrakı yerlərdə isə Avropa […]

İşğalçı Ermənistan Şuşanın işğalının 25 illiyini bayram etməyə hazırlaşır. Ancaq onu da yaxşı anlayır ki, Azərbaycan üçün Şuşa çox həssas ünvandır, onun bayramını hər saniyə qara gətirə bilər. Ona görə də öncədən müdafiə həlqəsi yaratmaq istəyir özü üçün. Bu günlərdə düşmən bəyan etmişdi ki, aprel döyüşlərindən sonra inşa olunan üçqat istehkam səngərlərini yekunlaşdırmaq üzrədir. Düşmən […]

Moskvadakı Qarabağ danışıqlarından bir gün sonra erməni təbliğatının yaydığı dezo diqqətimi çəkdi. Düşmən ölkə mediası hay-küy qaldırdı ki, bəs, Azərbaycan ordusu Ermənistanın Tavuş vilayətindəki kəndlərini atəşə tutub. Əlbəttə, bu iftira xarakterli xəbər təkcə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın ağlının məhsulu deyildi, burada xüsusi məkr var, şübhəsiz. Düşmənin “atəşə tutulduğu”nu dediyi Noyamberyan rayonunun Baqanis və […]

Serj Sərksiyanın seçkiöncəsi nigaranlığı, ora-bura vurnuxması əbəs deyilmiş. Qarabağdakı cinayətləri ilə hakimiyyət olimpinə yüksəlmiş erməni prezident 2 aprelin onun üçün asan keçməyəcəyini yaxşı bilirmiş. Budur, reallığı görmək üçün bütöv də yox, yarım gün bəs elədi. Sərkisyan 2 aprel 2016-cı il sınağından, “4 günlük müharibə”də yad torpağında məhv etdirdiyi erməni gənclərə görə xalqın qəzəbindən qurtula bilmişdi. […]

Əslində bu gün başqa “zibillər”dən yazmaq istəyirdim, torpaqlarımızda at oynadanlardan. Amma işə gələrkən küləkli havada qarşımda uçuşan kağız qırıntıları, yolboyu asfalt üstə diyirlənən siqaret kötükləri, “tornadosayağı” dövrə vuran sellafon torbaları görəndə fikrimi dəyişdim, Bakının zibilliklərindən yazmağı qərarlaşdırdım. Hər gün bizi “müşayiət” edən zibil(lik)lər də bizim adımıza yazılan ayıbdır… İstənilən birimiz xarici ölkəyə gedəndə ordakı düzənə […]

Avropa Türkiyə vətəndaşlarına hələ 2015-ci ilin sonlarında vizasız gediş-gəliş söz vermişdi. Ancaq nə baş verdi? Buyurun, martın 28-dən Gürcüstana vizasız get-gəl hüququ verən Avropa qos-qocaman Türkiyəni hələ də qapı dalında saxlayıb. Hələ bu azmış kimi, Avropa İttifaqı Türkiyənin Avropa məkanına inteqrasıyasına yönələn layihələrə “stop” deyib. Budurmu Türkiyəyə təşəkkür? Avropa İttifaqı 2014-2020-ci illər üçün Türkiyəyə 4,45 […]

Azərbaycanın “Sülh Platforması”na Ermənistan bu dəfə top atəşləri ilə “cavab” verdi. Əslində düşmənin təxribatları gözlənilən idi. Hələ aylar öncə yazırdıq ki, Serj Sərksiyanın hakimiyyətini aprel seçkisindən ancaq “Qarabağ kartı” xilas edə bilər. Təxminlərimiz özünü doğrultdu… Sərkisyan hər dəfə dara düşəndə cəbhədə vəziyyəti gərginləşdirir. Erməni prezident üçün çox çətin situasiya yetişib. Adı Xocalı soyqırımını törədən 297 […]

Ermənistan Qarabağ məsələsində maksimum vaxt qazanmağa çalışır. Hər fürsətdən yararlanır, hər cür əclaflığa gedir, təki beynəlxalq aləm işğal faktını unutsun, Azərbaycan “reallıqla” barışsın, torpaqların ilhaqının qanuniləşdirilməsinə razılıq versin. Ötən ilin dekabrında şəhid olmuş əsgərimiz Çingiz Qurbanovun nəşini nəhayət, 39 gündən sonra geri qaytardılar. Heç şübhəsiz ki, Ermənistan rəhbərliyi meyit alverçisi kimi tanınmasına görə dünyanın tənəsini […]

Böyük potensiala malik olan ölkəmiz də ötən illərdə heç olmasa Türkiyə nümunəsindən bəhrələnməli idi. Qardaş ölkənin bazarlarında qida, kənd təsərrüfatı, sənaye məhsullarına qədər nə axtarsan, yerli maldır. Vətəndaş bir-birinə fayda verir, üstəlik, keyfiyyətli məhsula sahiblənir. Yəqin şahidi olubsunuz, turistik bölgələrin üzərindən təyyarə ilə uçanda aşağıdakı istixanalar, meyvə bağları göz oxşayır. Bu işlər həm ölkəyə, həm […]

Deputat Astan Şahverdiyevi bağışlamaq olarmı – dünya azərbaycanlılarının qarşısındakı sual… Deputat Astan Şahverdiyev son açıqlamaları ilə 70 ilik ömründə düşməninin vurmadığı zərbəni məhz özü özünə vurdu. Ancaq təkcə özünəmi? Düzdür, artıq “səhvimi başa düşürəm, ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm”, deyib, İntizam komissiyasından xəbərdarlıq da alıb… Ancaq bu “səhvi” yeniyetmə, ya gənc […]

Milli Məclisin sədri Oqtay Əsədov bu yaxınlarda deputatlara xəbərdarlıq etmişdi ki, hara gəldi, nə gəldi danışmasınlar. Hətta “bir çoxlarınız intervü verməyiniz üçün sinov gedirsiniz” – dediyinə görə sədri qınayanlar da oldu. Lakin görünür, spiker bu sözləri deyəndə “pir mənimdir, kəramətinə bələdəm” prinsipinə istinad edib. Yoxsa neçə illərdir danışan deputatlar var, onlar niyə bu illərdə özlərini […]

Ötən həftə “ASAN Viza” portalınınn təqdimat mərasimi ilə bağlı xəbər diqqətimi çəkdi. Deyilirdi ki, portalın yaradılmasınnda məqsəd əcnəbilər və vətəndaşlığı olnmayan şəxslər üçün vıza verilməsi prosedurnunun sadələşdirilməsı, müasir informasiya ntexnologiyalarının tətbiqi ilə operativlikn və şəffaflığın təminn edilməsidir. Yəni birdəfəlik elekntron viza almaq üçün nportala müraciət edənn şəxs ödəniş etdikdənn sonra onun vizası 3 günn ərzində […]

Bu gün faktiki olaraq elan olunmamış Üçüncü Dünya Mübaribəsi gedir. Çox təəssüf ki, birinci müharibədə olduğu kimi, bu dəfə də Türkiyə qeyri-ixtiyari olaraq savaşa qatılmağa vadar edilib. Nəticə ortada. İstanbulun ürəyində törədilən qanlı terrorun məhz bu ərəfədə həyata keçirilməsi müəyyən ehtimallara yol açır. Hadisədən bir neçə saat əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “biz öz […]

Qiymətlərlə bərabər cəmiyyətdə aqressiya da artır. Bu, çox təhlükəli haldır. Azərbaycanın son illərdəki ən böyük qazancı neft pulları yox, məhz sabit cəmiyyət formalaşdırmasıdır. Sosial şəbəkələrdə təkcə bir deputatı özünün də saydığı kimi, 932 nəfər söyürsə, bu, çox pis göstəricidir, cəmiyyətdəki kinin-küdurətin nümunəsidir. Yeri gəlmişkən, “ürəyindən tikan çıxardığını” zənn edənlər bilməlidir ki, söymək çıxış yolu deyil. […]

Dilqəm Əsgərovla Şahbaz Quliyev girov götürüləndə bir yazı yazmışdım: “Kəlbəcəri kim çəkəcək?” Dilqəmgil hər dəfə gizli yollarla Kəlbəcərə gedəndə əlidolu qayıdar, işğaldakı yerlərdən videokadrlar çəkib gətirər, o yerlərin həsrətində olanlarımızı ovudardılar. Ancaq 2014-cü ilin iyunundan sonra daha o yerləri çəkən olmayıb. Təəssüf doğuran budur ki, heç Dilqəmgilin başına gələnlərdən də film çəkən yoxdur… Dünya dəyişib, […]

Prezident İlham Əliyevin hərbi geyimdə ön cəbhədə xidmət edən əsgər və zabitlərimizə xitab etməsi düşməni çətinə salıb. Yenə şivən qoparıblar. Şübhə etmirəm ki, ermənilərin ardınca Qarabağ danışıqlarında vasitəçilik edənlərin də “narahatlığı” eşidiləcək. Yenə işğala son qoyulmasına yox, “sülh”ə çağıracaqlar. Bunun nəticəsidir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri sonuncu səfəri zamanı Kəlbəcərə qar yağması barədə danışandan az […]

BMT İnsan haqları komitəsinin son hesabatı barədə xəbəri görəndə ilk ağlıma gələn rəhmətlik qətnamələr oldu. Qurumun Təhlükəsizlik Şurasının həmin qətnamələrində (822, 853, 874 və 884 saylı) işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələbi vardı. Üstündən 23 il keçib və deyəsən, yeni sədrini seçən BMT artıq öz qətnamələrini də unudub. Təşkilatın son sənədi isə Azərbaycanda insan […]

Son zamanlar getmək az qala dəbə çevrilib. Gedənlərin sayı-hesabı bilinmir. Ölkədən gedə bilməyənlər də öz iş yerindən gedir, Fuad Poladov Dram Teatrından, Nəriman Qasımoğlu Multikultualizm Mərkəzindən. Çox qəribə, həm də təəssüf doğuran budur ki, gedənləri qaytarmaq üçün kimsə təşəbbüs göstərmir. Bəlkə lap arxalarınca “qara daş” atanlar da tapılır. Özü də bilə-bilə ki, Fuad Poladov kimi […]

Az qala əsrin dörddə biri qədər mənasız bəyanatlar verməkdən və bölgəyə turist səfərləri etməkdən başqa heç nəyi ilə yadda qalmayan həmsədrlər yenə gəldi. Azərbaycan prezidenti ilə görüşdə həmişəki kimi üç həmsədr, üstəgəl ATƏT-in “qarabağlı”sı Kaspşik iştirak edib. Maraq üçün google-də axtarış verdim, baxdım ki, eyni formatlı görüşlərdə olsa-olsa, amerikalı və fransalı həmsədrlərin yeri dəyişib, gah […]

Əkin-biçinlə bağlı bugünkü kampaniyaçılıq məni çox narahat edir. Payızın yarısı geridə qalıb, ancaq hələ də ölkədə torpaq müzakirələri gedir. Yaxın bir-iki ayda da yararlı torpaqlar əkilməsə, gələn il durum yaxşı olmayacaq. İllərdir bu mövzuda danışılır, amma hələ ki, Azərbaycan özünü taxılla təmin edə bilmir, “quş yemi” istehsal edir. Müsbət hal budur ki, neftin dəyərdən düşməsindən […]

“Hazırda Ermənistan hakimiyyəti çətin durumla üzləşib, onlar xalqı inandıra bilmirlər ki, bu lazımdır”. Prezident Putinin səlahiyyətli şəxslərindən biri, Rusiya prezidenti yanında İctimai Şuranın üzvü Sergey Markov deyib bunu. Əslində bu Markov apreldən sonra nağıl danışmaqla məşğuldur, az qala hər gün “bu il 7 rayon azad olunacaq” söyləyirdi. İlin sonudur deyə, erməni hakimiyyətinin halına “acıyır”. “Xalqı […]

Yazıya başlamazdan öncə sosial şəbəkə paylaşılan bir foto diqqətimi çəkdi. Fotoda Ağdam xarabalıqlarının qarşısında özünə yem axtaran donuz görünürdü. Dağıntılardan bəllidir ki, bu foto yeni çəkilib. Vur-tut 1,9 milyonluq işğalçı Ermənistan Azərbaycan ərazilərindən hərbi poliqon və donuz ferması kimi yararlanır hələ ki… Dünya isə işğalçının nazı ilə oynamaqda davam edir. ABŞ-ın dövlət katibi Con Kerrinin […]

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin xiffətini çəkdiyini şəxsən etiraf edib. Elə onun “SSRİ-ni dağıtmaq lazım deyildi” sözləri də bunu təsdiqləyir. Deməli, Avrasiya İqtisadi Birliyinin əslində “Yeni SSRİ” olması barədə səslənən ehtimallar heç də əsassız deyilmiş, Putin nə yolla olur-olsun imperiyanı bərpa etmək istəyir… SSRİ-nin Rusiyaya nələr qazandırdığı ilə işimiz yoxdur, amma bu qanlı imperiyanın caynağında […]

Bu da Amerika Konqresindəki Azərbaycan dinləmələrinin “nəticəsi”. Buyurun, bir qrup “demokratiya carçısı”nın Azərbaycan üçün nə dərəcədə can yandırdığına, ölkəmizin gələcək taleyi ilə bağlı hansı düşüncələrinin olduğuna şahidlik edin!  Demə, onlar əslində ermənilərin əlinə bəhanə vermək üçün Azərbaycanla bağlı neqativləri önə çıxarır, Qarabağ ermənilərinin Azərbaycan daxilində yaşamasının “mümkünsüzlüyü” rəyini yaratmaq istəyirmişlər. Ötən həftə təşkil olunan dinləmələrə […]

O dəhşətli gecənin üstündən bir ay ötdü. Həmin xain plan – darbə cəhdi reallaşaydı, kim bilir indi Türkiyəmiz nə kökdə, nə biçimdəydi. Parlamentin hədəfə alınması dünyəviliyə, xalqın seçiminə atılan bomba idi. Nə yaxşı ki, çevriliş ssenarisini yazanlar məqsədlərinə çata bilmədi və Türk toplumu xain hücumun arxasında duranlara, onlara azarkeşlik edənlərə mükəmməl bir dərs verdi. Türkiyənin […]

Müsavat başqanı Arif Hacılının “Xural” qəzetinə müsahibəsində dedikləri məni ötənləri bir daha xatırlamağa və ciddi qərar verməyə vadar etdi. Bir neçə il əvvələdək düşünürdüm ki, bəzi məsələlərə boş vermək lazımdır, keçib gedəcək. Amma görünən budur ki, bizim boş verdiyimiz məsələlər qoc-qocaman partiyanın başında dayanan şəxs üçün keçici deyil, qalıcı imiş. Bütün bunlara görə də mən […]

Ermənistanda bizim oturub zövqlə izləyəcəyimiz qədər maraqlı hadisələr baş verir. İrəvanda 17 iyuldan bəri polis post-patrul alayının ətrafında yaşananların 1993-cü ilin 4 iyun Gəncə qiyamına da bənzərliyi az deyil. 23 il əvvəl Azərbaycandakı qiyama Qarabağ müharibəsi “qəhrəmanı” Surət Hüseynov rəhbərlik etdiyi kimi, Ermənistanda baş qaldıran silahlı üsyanın da baş rolunda Qarabağ müharibəsinin veteranı – “Şuşa” […]

Türkiyə televiziyalarında iki gündür təkrar-təkrar efirə verilən bu təbliğat çarxı Azərbaycanda bunca müzakirəyə səbəb olmaz, sosial şəbəkələrdə bu qədər dartışılmaz, insanları incitməzdi, əgər ortada erməni söhbəti olmasaydı. Kimlər, nə məqsədlə yenə də ermənini ortaya atıb, demək çətindir. “Nə mutlu Türkəm, Lazam, Gürcüyəm… deyənə!” – deyirlər. Olsun, heç bir etirazımız yox! Ancaq “nə mutlu ermeniyim deyənə?!” […]

Türk əsgəri ilə sadə vətəndaşın münasibəti məni hər zaman heyran edib. Hətta Mustafa Kamal Atatürkün Anıt qəbrini ziyarət zamanı kiçik bir türk çocuğunun qarovulda dayanan, “lay divar”a bənzəyən əsgərin düz çəkmələrinin yanında oturub xoşbəxtcəsinə gülümsəməsinə uzun-uzadı tamaşa eləmişdim. Daha sonra qarovul dəstəsinin dəyişdirilməsi mərasimindən zövq almışdım. Türk ordusunun böyüklüyü, sarsılmazlığı, məğlubedilməzliyi vardı hər bir əsgərin […]

15 iyulun absurdu Ermənistan Xarici İşlər Nazirliyinin Parisdə törədilmiş terroru pisləyən bəyanatıdır. Özgə torpaqlarında yarandığı gündən terroru dəstəkləyən bir dövlətin terrorçuluğu lənətləməsi həyasızlıq nümunəsidir. Fransada dinc insanlara terror olunan gecə Ermənistan ordusu işğal altında saxladığı ərazilərdən atəş açaraq bir zabitimizi qətlə yetirdi. Bunun özü terror deyilmi?! Baş leytenant Səyyad Məmmədov cəmi 28 il yaşamışdı. Atasını […]

Yaman deyingən olmuşuq. Bir az bürkü olan kimi deyinməyə başlayırıq, “bu, nə istidir, nəfəs almaq olmur” deyə. Ancaq bir anlıq düşünmürük ki, yayın ikinci ayında istilər olmazsa, anormallıqdır. Yaz uzunu yağan yağışlara da eyni qəzəbli reaksiyamız olmuşdu. Ölkədə az qala hamı havanı “cümlə-xəyanətlərə bais” hesab edir… Biri deyir külək oldu, dənizə gedə bilmədik, başqası rayonda […]

Yaxud İstanbuldakı terror qurbanlarına qıyılmayan 1 dəqiqə Şübhəsiz ki, qardaş ölkə budəfəki sınaqdan da mətanətlə çıxacaq, xain hücumdan sarsılmayacaq, ayaqda qalmaqda davam edəcək. Baxmayaraq ki, dünyanın bir sıra gücləri Türkiyəmizin nəinki irəliyə, Avropa Birliyinə doğru getməsinə, hətta yerində dayanmasına da imkan vermək istəmirlər. Atatürk hava limanında törədilən dəhşətli terrordan sonra dünyanın dörd tərəfindən Türkiyəyə başsağlığı […]

İyunun 24-də Roma Papası Fransisk Ermənistana gələcək. Ermənistan bu səfərə xüsusi hazırlaşıb, hətta Rusiyadan kilsə rəhbərləri Papa ilə görüş üçün işğalçı ölkəyə axışıb. Papanın gəlişi, nə deyəcəyi erməni mətbuatının baş mövzusudur. Hələ ki Papanın səfəröncəsi məktubundan danışılır. Fransisk “sülhün tənzimlənməsi yolunda erməniləri ümidləndirmək”lə bağlı məqsədini izhar edib. Məktubu oxuyanda adam zənn edir ki, sanki əraziləri […]

Azərbaycana məxsus hərbi vertolyotların Türkiyə səmasındakı uşuşlarını izləmək qürurvericidir. Bir zamanlar İran Azərbaycanı təhdid edəndə Türkiyənin hərbi təyyarələri Azərbaycan səmasında uçuşlar həyata keçirərək ölkəmizə dəstək vermişdilər. Bu dəfə Azərbaycan hərbçiləri qardaş ölkə səmasında birlik mesajı verdilər. Son aylarda yaşananlar bir daha təsdiqlədi ki, Azərbaycan və Türkiyənin bir yerdə olmasının alternativi yoxdur. Avropa Birliyi terrorla təkbaşına […]

Ermənilər İran-Azərbaycan əlaqələrindən ciddi narahatdır. Xarici işlər naziri Edvard Nalbəndyan əbəs yerə özünü tez-tələsik Tehrana yetirməmişdi ki. Elə həmin səfərdən sonra iki müsəlman qonşunun münasibətlərinə xələl gətirməyə yönəlik xəbərlərin yayılması da təsadüfi deyildi. Erməni məkri hər zaman öz işindədir. Aprel ayında Azərbaycan və İranın dəmir yolunun (Qəzvin-Rəşt-Astara) birləşdirilməsi ilə bağlı mühüm bir anlaşma əldə olundu. […]

Növbəti təhdid İngiltərənin baş nazirindən gəldi. Devid Kemeron deyib ki, Türkiyə Avropa Birliyinə üzv ola bilər, ancaq 3000-ci ildə. Bu, qosqocaman bir dövlətə, böyük bir millətə aşkar həqarətdir. Açıq görünür ki, Türkiyənin böyüklüyünü, regiondakı liderliyini həzm edə bilmirlər. Avropa Birliyinin üzv dövlətləri sanki vədələşib, vədlərini unudub da Türkiyə ilə diktə dilində danışır. Ankaraya qarşı vizasız […]

Müdafiə nazirinin qol saatını çıxarıb səngərdəki əsgərinə hədiyyə eləməsi əhvalatı yadınızdadırmı? Keçən may həmkarlarımızla Nərgiztəpə tərəfdə, Xocavəndin 15 km-liyində düşmənlə göz-gözə dayanmış əsgər və zabitlərimizlə görüşdə də bu əhvalatı xatırlamışdıq. Onda əsgərlər nazir haqqında elə məhəbbətlə danışırdılar ki… Əslində general-polkovnik Zakir Həsənov haqqında deyilən xoş sözləri haqq edib. Ən mühümü bu idi ki, kabinet naziri […]

Düşmən çox narahatdır. Bunu Ermənistan daxilindəki vurnuxmalar, Sərkisyan iqtidarının gərgin durumda olması, Qarabağ separatçılarının panik vəziyyəti də açıq-aydın göstərir. Zarafat deyil, atəşkəs dövründən keçən 22 il ərzində düşmən bu qədər sarsıntı keçirməmişdi. Elə Qarabağ separatçısı Bako Saakyanın dünən Hadruta gəlib əsgərlərlə görüşməsi də narahatlığın, qorxunun əlamətdir. Serj Sərkisyan işğal zonasına gəlib hərbçilərini mükafatlandırdı, indi də […]

Qarabağdakı aprel döyüşlərindən hələ çox danışılacaq. İnşallah, ordumuz qələbələr seriyasına yenilərini əlavə edəcək. Lakin 22 illik fasilədən sonra pozulan atəş hər zaman müzakirə mövzusu olacaq. Ordumuz Kəlbəcərin işğal günü kimi anılan 2 apreli qara günlər siyahısından çıxartmağı bacardı, 2-ci Qarabağ savaşının başlanğıc günü olaraq yaddaşımıza hopdurdu.  Vətən uğrunda şəhid olan qardaşlarımızın ruhu şad olsun! İllərdir […]

Həmkarım Etibar Seyidağa danışır ki, azyaşlı qızı ad günündə özünə Allahdan planşet istəyirmiş. Bunu eşidən 6 yaşlı oğlu hirslə qayıdıb ki, “bacı, ayıb deyil, adam Allah babadan Kəlbəcəri istəyər, planşet yox!” Bax, bu günlərdə bizim uşaqların fikri-zikri Qarabağdır, ordumuzdur, əsgərimizdir, bayrağımızdır. Atəşkəs günü məndən də oğlum “ata, nə oldu, əsgərlərimiz Şuşanı almadımı”-soruşmuşdu… Son hadisələr göstərdi […]

Günün birində Qarabağda müharibənin alovlanacağını hamı gözləyirdi. Rusiya ekspertləri son yarım ildə az qala hər gün böyük savaşın başlayacağı barədə proqnozlar verirdilər. Bu, təkcə proqnoz deyildi, həm də informasiya, üstəlik, tərəflərə təhdid idi. Xüsusilə də gömrük boyunduruğuna qoşulmaqdan imtina edən Azərbaycana ünvanlanmışdı bu təhdid, Putinin “danışan dilləri” tərəfindən… Moskva Azərbaycandan ümidini üzməmişdi, bir-birinin ardınca Rusiyadan […]

Novruz tətilində təkcə Ərdəbil vilayətinə Arazın bu tayından – Şimali Azərbaycandan 7 min nəfər gedibmiş. Ərdəbil vilayətinin turizm üzrə rəsmisi Qadır Tağızadə deyib ki, keçən illə müqayisə bölgəyə gələn azərbaycanlıların sayı 17 faiz artıb. Hələ bu, təkcə Ərdəbilin statistikasıdır. Novruz günlərində Azərbaycanda da kifayət qədər iranlı turistlər var idi, onların içərisində azərbaycanlılar üstünlük təşkil edirdi. […]

İzmirdə olarkən öyrəndim ki, bu cənnət guşədə ən çox mülk alanlar sırasında azərbaycanlılar öndədir. Aralıq dənizinin sahilində qərar tutan, Türkiyənin üçüncü böyük şəhərinin ucqarlarında mənzillərin qiyməti 150-200 min arasındadır. Son vaxtlar burada ev alan azərbaycanlıların sayı çoxaldığından qiymətlər də artıb. Biz hara gediriksə, ölkəmizdəki qiymət siyasətini də ora daşıyırıq, bahalıq yaradırıq. Görünən budur ki, son […]

Ötən bir həftədə bir daha əmin oldum ki, Türkiyədən öyrənməli olduğumuz çox şeylər var. Avropa, ya Amerika nümunəsindən bəhs olunanda dodaq büzüb də, onların bizimçün qəbulolunmaz tərəflərindən bəhs edənlərədir sözümüz: bəs, Türkiyə nümunəsinə nə deyirsiniz? Bir millət, iki dövlətik də, buyurun, yaxşı nə varsa, tətbiq edin, yolundan tutmuş, hasarsız dənizinə qədər, hər şey göz oxşayır. […]

Prezidenti Münhendə ölkəmizdəki durumla bağlı açıq danışdı. Hətta bir çox məmurların da ört-basdır etməyə çalışdığı vəziyyəti real olaraq diqqətə çatdırdı. Cavabında ondan ölkənin niyə qeyri-neft dövrünə hazırlıq görülmədiyini soruşdular. Əslində gözlənilən sual idi və ölkənin birinci şəxsini belə bir çətin situasiya ilə üz-üzə qoyduğuna görə ən azı bir-iki nazir, ya komitə sədri utanıb istefa verməliydi. […]

“Koroğlu” metrostansiyasının yanındakı “İntihar körpüsü”ndə artıq keşik çəkmək lüzumsuz. Ona görə yox ki, intihar edənlərimiz yoxdur, sadəcə, alternativ yerlər kifayət qədərdir. Yaşamaq üçün alternativlər azalanda, təbii ki, intihar üçün alternativlər axtarılacaq: Nəqliyyat Nazirliyinin yanındakı körpü, xəstəxana binası, evin damı, bankın qarşısı, mətbəxdəki çılçıraq, dəniz, həyətdəki tut ağacı… Məncə, bu gün hökumətin birinci işi adamları intihar […]

Səməd Seyidovun AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılması xəbəri bomba effekti verdi. Bazar günü onsuz da xəbər korluğu çəkən ölkənin media orqanları rəsmən nə təsdiq, nə təkzib edilən bu məlumatdan gen-bol yararlandılar. Bu məlumata şəxsən münasibətini öyrənmək üçün gün ərzində çox çalışdım, nəticəsi olmadı. Xatırladım ki, sonuncu dəfə cənab Seyidovla telefon söhbətimiz 5-6 il […]

Bunlar bizim heysiyyatımızla oynayır, açıq şəkildə deyirlər ki, “ermənilər Qarabağı alıb, üstündən su içib, siz də su için, sakitləşin, ”keçmiş olsun” deyin”. Yoxsa bunun başqa adı yoxdur. Artıq adı belə ikrah doğuran ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatını sakit oxumaq mümkün deyil.  Həmin bu “üç müşketyor”un bəyanat yaydığını eşidəndə bir anlıq düşündüm ki, nəhayət, Ermənistanı […]