Avstriya XİN rəhbəri Karin Knayslın toyuna qatılacaq Rusiya prezidenti Vladimir Putinin səbəbkara hədiyyəsi kazak ansamblının ifasında mahnılar olacaq. Oxu.Az xəbər verir ki, Putin özü ilə toya Don Kazak ansamblının 10 üzvünü gətirəcək. Daha öncə Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov bildirmişdi ki, Putin avqustun 18-də Avstriya XİN başçısının toyunda iştirak etməyi planlaşdırır. Onun sözlərinə görə, […]

Amerikanın sürətli desant gəmisi “Carson City” Qara dənizə daxil olub. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının mətbuat xidməti məlumat yayıb. Gəmi Bosfor boğazını çərşənbə günü keçib və bölgədə hərbçi və texnika daşınması üzrə cari əməliyyatların həyata keçirilməsi üçün Qara dənizə doğru istiqamətlənib. “Carson City” itiyeriyən “Spearhead” […]

Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında toy mərasimləri zamanı bütün restoranlarda guya yeməyə qoyulan qadağa geniş müzakirə olunur. Məsələ ilə bağlı Oxu.Az-ın müxbiri Naxçıvanın ən populyar restoranları ilə əlaqə saxlayıb. “Qədim dünya”, “Panorama” (“Təbriz” otelinin 13-cü mərtəbəsi), “Duzdağ”, “Nəqşicahan”, “Reyhan” və “İpək yolu” restoranlarının inzibati xidmətindən bildiriblər ki, yuxarıda qeyd edilən məlumat həqiqəti əks etdirmir. “Biz […]

Tbilisi Beynəlxalq hava limanında təhlükəsizlik yoxlamaları zamanı İran vətəndaşları olan qadınlara qarşı nümayiş etdirilən “hörmətsizlik” İran XİN-in Gürcüstana rəsmi etirazına səbəb olub. Oxu.Az xəbər verir ki, bunu İslam Respublikasının xarici siyasət idarəsinin nümayəndəsi Bəhram Qasımi bəyan edib. Hörmətsizliyin konkret nədə təzahür etdiyi dəqiqləşdirilməyib. Lakin Qasımi qeyd edib ki, belə problemlə bir neçə hicablı İran vətəndaşı […]

ABŞ və Türkiyə arasındakı gərginliyin valyuta bazarına təsiri davam edir. Bu gün səhər saatlarına 5,81 lirədən əməliyyat görən dollar günün ikinci yarısında revanş götürərək 6.10 lirəyə yüksəldi. Avropa Birliyinin vahid valyutası 6.98 lirə, sterlinq isə 7.82 lirə təşkil etdi. Oxu.Az xəbər verir ki, Türkiyənin bank bazarını tənzimləyən qurum – BDDK məzənnədəki spekulyativ dalğalanmanı önləmək üçün […]

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkiləri ərəfəsində hökumət başında qalmaq üçün Ermənistan Konstitusiyasını dəyişəcək. Oxu.Az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə o, Yerevanda keçirilən mitinqdə bildirib. “Ermənistanda növbədənkənar seçkilər keçirilməlidir. Qüvvədə olan konstitusiyaya görə, istefa verməliyəm. Parlament də buraxılmalıdı və növbədənkənar parlament seçkiləri keçirilməlidir… Belə vəziyyətdə bəzi qüvvələr düşünür ki, mən […]

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, artıq seçkiqabağı kampaniyasının şüarını həyata keçirib və dövlət başçısı vəzifəsini icra etdiyi müddətdə Amerikaya qüdrət qazandırıb. Oxu.Az xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb. Uğurlarının sübutu olaraq Tramp işsizliyin azalmasını və ABŞ silahlı qüvvələrinin güclənməsini göstərib. Respublikaçı prezidentin bu bəyanatı demokratlar partiyasını təmsil edən siyasi rəqiblərindən […]

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak fransalı həmkarı Bruno Le Merlə telefon danışığı keçirib. Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərini və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları müzakirə ediblər. Nazirlər Amerikanın Türkiyəyə qarşı sanksiyaları ilə birgə mübarizə aparacaqlarına dair razılığa gəliblər. Söhbət əsnasında Albayrak Fransa prezidenti Emmanuel […]

İspaniya sahilləri yaxınlığında dənizdə batan qadını dron vasitəsi ilə xilas ediblər. Oxu.Az xəbər verir ki, pilotsuz təyyarədə quraşdırılan kameradan çəkilən görüntülər daha sonra “YouTube”də yerləşdirilib. Hadisə Saqunto şəhəri yaxınlığında, Aralıq dənizində baş verib. Özü sahilə qayıda bilməyən qadının yardımına dron göndərilib. Daha sonra xilasedici kater qadını sahilə çıxarıb.

Müğənni Areta Franklin 76 yaşında dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, Associated Press agentliyi onun Detroyda (ABŞ) öz evində vəfat etdiyini yazıb. 2008-ci ildə Rolling Stone jurnalı onu tarixin ən böyük müğənnisi adlandırmışdı. Avqustun 13-də kinokritik Rocer Fridman müğənninin ölüm ayağında olduğunu elan etmişdi. Onun sözlərinə görə, 76 yaşlı “soul kraliçası” ciddi xəstə olub. 2010-cu […]

Avstraliyanın Sidney şəhərində oğlunu xilas etmək üçün kişi özünü eyvandan atıb. Oxu.Az xəbər verir ki, keçmiş hərbçi və dalğıc Bred Lyuis 8 yaşlı oğlu Oskarla dostunun evində qonaq olub. Uşaq oyun əsnasında balkonun məhəccərinə yaxınlaşıb və aşağı boylanıb, lakin müvazinətini itirib. Oğlunun yıxılacağını görən Lyuis özünü yetirərək Oskarı tutmağa macal tapıb, amma hər ikisi 4 […]

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Vaşinqtonun Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu bəyan edib. Bu barədə Oxu.Az “Bloomberg”ə istinadla xəbər verir. Vaşinqton Türkiyədə həsdə saxlanılan rahib Endryu Bransonun azad edilməsini tələb edir. Ankara isə onun terrorçuluqda ittiham olunmasına əsaslanaraq tələbi yerinə yetirməkdən imtina edir. Avqustun 10-da ABŞ Türkiyədən idxal olunan polad və alüminiuma […]

ABŞ-ın “Delta” aviaşirkətinin Nyu-Yorkdan Nitsaya yollanan təyyarəsi mənzil başına çata bilməyib və Atlantik okean üzərində olarkən geri dönmək məcburiyyətində qalıb. Oxu.Az “Newshub”a istinadla xəbər verir ki, buna səbəb tualetlərin tıxanması olub. “Faciə” 3 saatlıq uçuş geridə qaldıqdan sonra baş verib və təyyarə artıq Fransaya çatırmış. Amma pilot nasazlığı aradan qaldırmaq üçün nədənsə geri dönməyə və […]

Ukrayna telekanalının canlı yayımında ölkə parlamentinin (Radanın) iki deputatı – Sergey Şaxov və İqor Mosiyçuk yumruq davasına çıxıblar. Oxu.Az xəbər verir ki, münaqişə Şaxovun Mosiyçukun qey-paradlarda iştirak etməsi barədə sözlərindən sonra başlayıb. Qarşılıqlı təhqirlərdən sonra dava başlayıb. Studiyanı tərk etdikdən sonra isə deputatlar münasibətlərinə liftdə aydınlıq gətiriblər.

Qroznıda Çeçen Respublikasının birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr edilən kikboksinq üzrə Beynəlxalq turnir keçirilib. Oxu.Az xəbər verir ki, 95 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən azərbaycanlı döyüşçü Zabit Səmədov fransalı Brays Qvidonla üz-üzə gəlib. Üç raundun yekununa görə hakimlər qələbəni həmyerlimizə veriblər. Qeyd edək ki, bu, azərbaycanlı döyüşçünün peşəkar rinqdə 100-cü qələbəsidir.

Amerikalı aktrisa Skarlett Yohanson 2018-ci il üçün ən çox gəliri olan aktrisaların reytinqinə başçılıq edir. Oxu.Az xəbər verir ki, siyahı avqustun 16-da “Forbes” jurnalında dərc edilib. Bir il ərzində 33 yaşlı aktrisa 40,5 milyon dollar qazanıb. Onun gəlirləri “Qisasçılar 4” filmində çəkildikdən sonra 4 dəfə artıb. Film 2019-cu ildə ekranlara çıxacaq. Reytinqdə ikinci yerdə Ancelina […]

Hakerlər qrupu ötən günlərdə ABŞ prezidenti Trampa aid “Tramp Turnberyy” və “Tramp Miami” şirkətlərinin saytlarını dağıtmışdı. “Aslan Neferler Tim” haker qrupu Amerikanın Federal Bankının internet saytını dağıdıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, istifadəçilər bankın americanfederalbank.com internet ünvanına saatlarla daxil ola bilməyib. Xatırladaq ki, hakerlər qrupu ötən günlərdə ABŞ prezidenti Trampa aid “Tramp […]

Rusiyanın Voronej vilayətində kənd sovetinin deputatı xarici vətəndaşları özünün yaşayışa yararlı olmayan evində qeydiyyata aldığı üçün məhkəmə qarşısında cavab verəcək. Oxu.Az xəbər verir ki, söhbət 50 yaşlı Sergey Miroşnikovdan gedir. Hüquq mühafizə orqanları əməkdaşlarının bildirdiyinə görə, bu ilin əvvəlində o, 5 azərbaycanlını məhz bu üsulla qeydiyyatdan keçirib. Faktiki olaraq Azərbaycan vətəndaşları bu evdə yaşamayıblar. 2018-ci […]

Gənc azərbaycanlı Özbəkistanın paytaxtı Daşkənddə rahibələr üçün toxuculuq otağı açıb. Oxu.Az xəbər verir ki, bu barədə özbək mətbuatına müsahibəsində Müqəddəs Troitsk-Nikolsk qadın monastrının rahibəsi, iqumenya Yekaterina bildirib. Onun sözlərinə görə, monastra təkcə pravoslavlar deyil, müsəlmanlar da kömək edir. “Daim kisələrlə ərzaq gətirirlər, ona görə daha bazara getməyə ehtiyac qalmır. Müsəlman bayramlarında qurban kəsiləndə bizə də […]

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər şeyxi Təmim bin Həmad əl-Tani Ankarada ikitərəfli əlaqələri və regiondakı vəziyyəti müzakirə ediblər. Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, görüş zamanı əl-Tani qısa zamanda Türkiyə iqtisadiyyatına 15 milyard dollar birbaşa investisiya yatırmaq niyyətində olduqlarını bəyan edib. Liderlər iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsində qərarlı olduqlarını bildiriblər. Türkiyə […]

“Apple” şirkəti vergidən yayınmaq üçün mənzil-qərargahının dəyərini 200 dollar olaraq göstərib. Oxu.Az xəbər verir ki, bu məbləğ “Apple Park”ın yerləşdiyi Santa-Klara əyaləti nümayəndələrinin qiymətləndirməsindən təqribən 5 milyon dəfə azdır. 2017-2018-ci maliyyə ilində “Apple” 56 milyon dollar vergi ödəyib. Mənzil-qərargahın yeni qiymətləndirilməsi isə şirkətin sayca 489-cu vergi mübahisəsidir. “Apple Park”ın inşası 2011-ci ildə elan edilmişdi və […]

Brest və Sauthempton universitetlərinin mütəxəssisləri anomal istiləri tədqiq ediblər və yaxın 5 ildə planetdə bu vəziyyətin dəyişməyəcəyini proqnozlaşdırırlar. Oxu.Az Ren.TV-yə istinadla xəbər verir ki, alimlər iqlim şəraitinin alqoritmini tərtib ediblər. Proqram üçün XX və XXI əsrlərdə müşahidə edilən real hava şəraiti və proqnozlar modellərindən istifadə olunub. Mütəxəssislər həmçinin fırtınaların fəallaşacağına dair proqnoz veriblər.

Liviya paytaxtının məhkəməsi 2011-ci ildə Tripoli uğrunda gedən döyüşlər zamanı üsyançıların kütləvi güllələnməsində iştirak edən 45 nəfər barəsində edam hökmü çıxarıb. Oxu.Az xəbər verir ki, məhkəmənin qərarından şikayət verilə bilməz. Daha 54 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilib. Məhkəmə işi 2011-ci ilin avqustunda Liviyada cərəyan edən hadisələrlə əlaqəlidir. O zaman ölkəyə uzun illər rəhbərlik edən […]

ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyəyə “Trampın səbrini sınamamağa” dair xəbərdarlıq edib və amerikalı rahib Endryu Bransonu azad etməyə çağırıb. Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir. “Rahib Endryu Branson Türkiyədə saxlanılan günahsız insandır. Prezident və mən Branson azad olana qədər səylərimizi davam etdirəcəyik”, – Pens “Twitter” səhifəsində yazıb. Öz növbəsində Dövlət Departamentinin nümayəndəsi Hizer […]

Amerikalı aktrisa Morqana Kinq 87 yaşında vəfat edib. Oxu.Az xəbər verir ki, o, Frensis Ford Koppolanın “Xaç atası” və “Xaş atası – 2” filmlərində Marlon Brandonun canlandırdığı don Vito Korleonenin həyat yoldaşı – Kamela Korleone obrazını canlandırmaqla məşhurlaşmışdı. Aktrisa bu ilin martında dünyasını dəyişib, lakin bu barədə yalnız indi məlum olub.  

UEFA Super Kubokunun qalibi müəyyənləşib. Oxu.Az xəbər verir ki, həlledici qarşılaşmada iki Madrid təmsilçisi – ÇL-in qalibi “Real” və Avroliqanın qalibi “Atletiko” üz-üzə gəliblər. Matç Tallində keçirilib. “Real” görüşün 1-ci dəqiqəsində Diyeqo Kostanın vurduğu qolla məğlub duruma düşsə də, Kərim Benzema hələ fasiləyə qədər hesabı bərabərləşdirib. İkinci hissədə isə Serxio Ramos penalti zərbəsi ilə “Real”ı […]

Ankara və Moskva türkiyəli iş adamları və dövlət məmurları üçün vizaların ləğvinə dair razılığa gəliblər. Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, belə bəyanatla Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu çıxış edib. “Biz Türkiyə iş adamları, xüsusən ağır yük daşıyan avtomobillərin sürücüləri, həmçinin rəsmi və xidməti pasportları olan şəxslər üçün vizaların ləğvinə dair razılığa gəldik. Qurban bayramından […]

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov yaxın vaxtlarda ABŞ-ın Rusiyaya qarşı “sanksiyalarını ləğv edəcəyi ümidləri ilə özünə təskinlik verməməyə” çağırış edib. Oxu.Az xəbər verir ki, Kadırov bu barədə şəxsi Telegram-kanalında yazıb. O bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin xarici siyasətini “yalnız düzgün” hesab edir. Kadırovun sözlərinə görə, Putin ABŞ-ın diktat siyasətini qəbul etməyənlərlə ittifaq axtarır: […]

Belarus prezidenti Aleksandr Lukaşenko sənaye və tikinti nazirlərini istefaya göndərib. Oxu.Az xəbər verir ki, dövlət başçısı həmçinin onun tapşırıqlarını yerinə yetirməyən digər nazirləri də işdən azad edəcəyi ilə təhdid edib. “Bu həftə ərzində tərəfimdən formalaşdırılan kadr ehtiyatından hökumətin bütün rəhbərliyinin dəyişdirilməsinə dair təklif irəli sürülməlidir. Onları dinləməyimiz yetər, onlar da bizə nə qədər çətin olduğundan […]

Rusiyalı həmkarı Sergey Lavrovla Ankarada keçirdiyi birgə mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, dünya siyasətində özbaşınalıq dövrü keçmişdə qalıb. Oxu.Az-ın xəbərinə görə, Türkiyə – Amerika münasibətlərində böhranı şərh edən Çavuşoğlu deyib ki, əgər ABŞ dünyada hörmətini saxlamaq istəyirsə, mövqeyini zorla qəbul etdirmək cəhdlərindən əl çəkməlidir. Türkiyənin xarici siyasət idarəsinin başçısı […]

Türkiyənin Ətraf Mühitin Mühafizə və Şəhərsalma nazirliyi ABŞ-ın tikinti materiallarının istifadəsindən imtina edəcək. Oxu.Az xəbər verir ki, bu barədə ətraf mühitin mühafizə və şəhərsalma naziri Murat Kurum bəyan edib. Onun sözlərinə görə, bu, Amerika hökumətinin valyuta kurslarına çirkli müdaxiləsinə cavab addımıdır. Kurum qeyd edib ki, Türkiyənin daşınmaz əmlak bazarına ciddi təsir göstərəcək yol xəritəsi üzərində […]

ABŞ prezidenti Donald Trampın sabiq köməkçisi Omarosa Maniqol-Nyumanın memuarları dərc olunduqdan sonra Ağ Evin sahibi “Twitter” səhifəsində müəllifi kəskin tənqid atəşinə tutub. Oxu.Az xəbər verir ki, şərhlərin birində Tramp sabiq köməkçisinə “it” deyib. Qeyd edək ki, ötən ilin dekabrında Maniqol-Nyuman Ağ Ev aparatının rəhbəri Con Kelli tərəfindən işdən qovulmuşdu. “Dəli, ağlayan miskin şəxsə fasilə verdikdən […]

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə nəticələnən “Xəzər beşliyi”nin Qazaxıstandakı görüşü məhsuldarlıq baxımından Xəzərə dair bütün danışılar arasında mütləq rekorddur. Oxu.Az xəbər verir ki, belə bir bəyanatla Rusiya XİN rəhbəri Sergey Lavrov çıxış edib. “Beş ölkə prezidentləri mətbuat üçün açıqlamalarında görüşə ən yüksək qiymət veriblər. “Tarixi” və “böyük” hadisə ifadələri istifadə edildi. Bu, […]

Xəbər verdiyimiz kimi, Bakıda bir qızın yarıçılpaq şəkildə avtomobil yuması videosu yayılıb. Video sosial şəbəkələrdə və internet mediada böyük maraqla qarşılanıb. Görüntülərdəki qızın kimliyi Azxeber.com-a məlum olub. Məlumata görə, videoya çəkilən qız Nəzrin Həsənovadır. O yayılan videonu sosial şəbəkə hesabında paylaşıb və bir neçə dəqiqə sonra silib. Ancaq izləyiciləri bu videonu götürərək, sosial şəbəkədə yayıblar. […]

Venesuelada prezident Nikolas Maduroya sui-qəsdlə əlaqədar iki yüksək rütbəli hərbçi həbs edilib. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Tarek Vilyam Saab bildirib. O qeyd edib ki, avqustun 13-də polkovnik Pedro Zambrano və general Alexandro Peres məhkəməyə gətiriliblər. Hərbçilər barədə başqa təfərrüatlar açıqlanmır. Ümumilikdə artıq 14 nəfər, o cümlədən parlament üzvü saxlanılıb. Daha […]

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Oxu.Az-ın xəbərinə görə, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olub. Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi. Lakin çempionumuz bu vəzifənin öhdəsindən gələ bilməyib. Oyun 1:1 hesabı […]

ABŞ-ın Florida ştatında sahildə müşahidə olunan “Qırmızı qabarma” – dəniz yosunlarının kütləvi çoxalması nəticəsində suyun toksik parıldaması – fövqəladə vəziyyət elan edilməsinə səbəb olub. Oxu.Az “ABC News” telekanalına istinadla xəbər verir ki, təbii fəlakət ştatın bütün sahili boyu müşahidə olunur, çimərliklərdə isə ölü balıqlardan nəhəng qalaqlar yaranır. Çimərliklərin təmizlənməsinə və “qırmızı qabarma”nın nəticələrinin aradan qaldırılmasına […]

Türkiyənin iqtisadi problemlərinin Vaşinqtonun Ankaraya qarşı yürütdüyü siyasətlə heç bir əlaqəsi yoxdur. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert bildirib. “İqtisadçılar sizə deyə bilər: Türkiyədə baş verənlər ABŞ-ın hazırkı siyasəti, həmçinin bu və ya digər davranış çərçivəsi xaricindədir. İqtisadi problemlər bizim iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq etməyimizdən […]

Sidney polisi avqustun 10-da samuray qılıncı ilə öldürülən kişinin şəxsiyyətini müəyyənləşdirib. Oxu.Az xəbər verir ki, bu, “Scepaz” ləqəbi ilə çıxış edən Cett MakKidir. Hadisə Sidneyin Forest Loc rayonunda baş verib. MakKi evindən başından ağır yaralanaraq çıxıb və yardıma səsləyib. Lakin təcili yardım avtomobili gələnə qədər dünyasını dəyişib. “Scepaz”ın 30 yaşı olub. O, rep karyerası ilə […]

Türkmənistanın Gürcüstandakı səfiri Dövlətmurat Muratov Aşqabadla Tbilisi arasında birbaşa aviareysin fəaliyyətə başlamasını şərh edib. Oxu.Az xəbər verir ki, o, bunu ölkəsinin etnik müxtəlifliyi ilə izah edib. “Türkmənistanda çox sayda etnik azərbaycanlı və erməni yaşayır. Aşqabad – Yerevan reysinin açılmasından sonra çoxları Yerevana gedir. Lakin etnik azərbaycanlılar ora gedə bilmirlər və onlar bərədən istifadə edirlər. Aviareys […]

Almaniya Türkiyə iqtisadiyyatının inkişaf etməsini istəyir, sabitliyin pozulması heç kimin marağında deyil. Oxu.Az xəbər verir ki, belə bəyanatla Almaniya kansleri Angela Merkel çıxış edib. “Biz Avropanın xarici sərhədləri yaxınlığında sabit iqtisadi durumdan mənfəət alırıq. Almaniya iqtisadi baxımdan çiçəklənən Türkiyə görmək istəyir”, – Almaniya kansleri vurğulayıb. Qeyd edək ki, Ankara ilə Vaşinqton arasında münasibətlərin kəskinləşməsində sonra […]

İran amerikalılarla danışıqlar aparmaq niyyətində deyil. Oxu.Az xəbər verir ki, belə bəyanatla İslam Respublikasının Ali lideri ayətullah Əli Xamenei çıxış edib. Onun sözlərinə görə, son zamanlar Vaşinqton Tehranın ünvanına təhdid xarakterli ifadələr və hərəkətlərə yol verib və İran xalqına qarşı hörmətsizlik nümayiş etdirib. “Müharibə olmayacaq, amma biz yenə də ABŞ-la danışıqlar aparmayacağıq”, – Xamenei deyib. […]

Hollivud aktrisası Ancelina Coli onu daim təqib edən artıq çəki düşüncələri səbəbi ilə psixiatrik klinikaya yerləşdirilib. Oxu.Az “The Hollywood Weekend”ə istinadla xəbər verir ki, Coliyə “psixiki pozulma” diaqnozu qoyulub. O, bulimiya və anoreksiyanın müalicəsi ilə məşğul olan klinikada müalicə alır: aktrisa yenə də arıqlamaq fikrindən azad ola bilmir. Sözügedən səhiyyə ocağına Colinin yolu artıq bir […]

Mərkəzi Afrika Respublikasında öldürülən rusiyalı jurnalistlərin sürücüsü həbs edilib. Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın MAR-dakı səfirliyinin ikinci katibi Viktor Tokmakov bildirib. O qeyd edib ki, sürücü cinayət işində şahid qismində keçir. Avqustun 9-da Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova səfirlik əməkdaşlarının həlak olan jurnalistlərin sürücüləri ilə görüşdüyünü bildirmişdi. Onun sözlərinə görə, sürücü jurnalistlərlə […]

Nyu-Yorkda müflisləşmiş və evindən məhrum olmuş milyonçu yoxa çıxıb. Bu barədə Oxu.Az “New York Post”a istinadla xəbər verir. Pol Qrinuold menecer, onun həyat yoldaşı isə Nyu-York universitetinin professoru olub. Problemlər həyat yoldaşı ilə münasibətlərin gərginləşməsindən sonra başlayıb. Məhkəmənin qadağasına baxmayaraq, Qrinuold onu təqib edib. O zamanlar kişi menecer işləməsə də, milyonçu olmaqda davam edirdi. O, […]

ABŞ prezidenti Donald Tramp ölkənin hərbi büdcəsini təsdiq edib. Oxu.Az xəbər verir ki, daha öncə büdcə layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul olunub. Sənədə əsasən, ABŞ-ın 2019-cu maliyyə ili üçün hərbi büdcəsi 716 milyard dollar təşkil edəcək. 2017-ci ilin hərbi büdcəsi ilə müqayisədə yeni maliyyə planı 13%, 2018-ci illə müqayisədə isə 2% artıb.

Kiyevin Şevçenkov rayon məhkəməsi Ukrayna Dövlət Fiskal Xidmətinin sabiq başçısı Roman Nəsirova qarşı şəxsi iltizam şəklində tətbiq edilən qəti imkan tədbirinin müddətini oktyabrın 11-nə qədər uzadıb. Bu barədə Oxu.Az Ukrayna mətbuatına istinadla xəbər verir. Roman Nəsirov bundan sonra da elektron bilərzik taxmalı və müstəntiqin ilk tələbi ilə dindirilməyə gəlməlidir, həmçinin ona Kiyev vilayətini tərk etməyə […]

Baxımlı, dolğun və uzun saçlara sahib olmaq hər qadının istəyidir. Axşam.az xarici KİV-ə istinadən ev şəraitində saç uzatmanın yollarını təqdim edir: Avakado – B5 vitamini ilə zəngin olan bu meyvə saç köklərini gücləndirir və uzanmasına kömək olur. Yağlı olduğu üçün daha çox quru saçlarda istifadə olunur. Yumurta – Saç uzatmaq istəyənlərin ən çox müraciət etdiyi […]

Kanadanın qərbində keçirilən aviaşouda təyyarə qəzaya uğrayıb. Virtualaz.org CTV-yə istinadən xəbər verir ki, hadisə Ebbotsford şəhərində baş verib. 1930-cu illərdə istehsal olunmuş biplan havada ikən idarəetmədən çıxıb və yerə çırpılıb. Nəticədə, təyyarənin göyərtəsində olan beş nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Penza zooparkında dəvəquşu qəfəsə daxil olan zooparkın işçisinə hücum edib. Oxu.Az Ren.TV-yə istinadla xəbər verir ki, hadisə avqustun 11-də baş verib. Quşun aqressiv davranışının səbəbləri bəlli deyil.

“Çukur” serialında “Vartolu” obrazını canlandıran türkiyəli aktyor Erkan Kolçak Köstendil və məşhur aktrisa Cansu Tosun ötən gün evlənib. Oxu.Az xəbər verir ki, bir müddətdir eşq yaşayan cütlüyün toyuna yaxın dostları və ailələri qatılıb. Erkanın və Cansunun xoş günündə Ceyda Düvenci, Şebnem Bozoklu, Gökçe Bahadır və Leyla Lidiya kimi məşhurlar da iştirak edib.  

Türkiyəli məşhurlar Murat Bozla Aslı Enverin iki il yarımlıq sevgi münasibətləri dörd ay öncə bitmişdi. Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, cütlüyün yaxınları isə onların barışacağını iddia edir. Bildirilir ki, Murat bir aydır Aslı ilə barışmaq üçün dəridən-qabıqdan çıxır. O, ortaq dostlarını bu işə cəlb edərək sevgilisini ilə olan münasibətlərini bərpa etmək istəyir. Boz […]

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə iki ölkə arasında səyahət rejimlərinin sadələşdirilməsi perspektivləri ilə bağlı müzakirə etməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytına məlumat yerləşdirilib. Lavrov bildirib ki, iki ölkə vətəndaşlarının səyahət şərtlərinin sadələşdirilməsinin müzakirəsi planlaşdırlır: “Türk vətəndaşlarının müəyyən kateqoriyalarına viza rejiminin liberallaşdırılmasına hazırlaşırıq. Rusiya […]

Lankaster Universitetinin, London Universitetinin kollecinin və Kvin Meri Kollecinin alimləri müəyyən ediblər ki, girdə qurdlarda qocalma orqanizmin köhnəlməsindən deyil, arzuolunmaz genlər səbəbindən baş verir. Araşdırmaçılar hesab edir ki, bu mexanizm insana da aiddir. Oxu.az bildirir ki, bununla bağlı “EurekAlert!” nəşri məlumat yayıb. Mütəxəssislərin sözlərinə görə, gənc inkişaf edən orqanizm üçün normal sayılan bioloji proses daha […]

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu Turinin “Yuventus” klubunun heyətində meydana çıxdığı ilk oyunda fərqlənib. Virtualaz.org xəbər verir ki, dünya futbolunun ulduzu İtaliya çempionatının başlanmasından öncə ənənəvi olaraq keçirilən “Yuventus” – “Yuventus B” oyununda qol vurub. Madridin “Real” klubunun 33 yaşlı keçmiş forvardı oyunun 8-ci dəqiqəsində qapıçı ilə təkbətək çıxıb və hesabı açıb.

Türkiyənin Kocaeli şəhərində türkiyə polisi əxlaqsızlığa qarşı əməliyyat keçirib. Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində iki Azərbaycan vətəndaşı olan qadın və iki müştəriləri olan iki şəxs saxlanılıb. Məhkəmənin qərarı ilə qadınlar Azərbaycana deportasiya olunub. Onların müştəriləri isə sərbəst buraxılıblar.

Asiya birjalarında həftənin ilk alış-veriş sessiyasında Türkiyənin milli valyutası – lirə görünməmiş həddə yüksəldi. Vitualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, hazırda birjalarda Türkiyə lirəsi / ABŞ dolları nisbəti 7,21-ə bərabərdir. Xatırladaq ki, cümə günü birjalar 6,4 səviyyəsində qapanmış və ekspertlərin əksəriyyəti yeni həftənin başlanğıcında Türlkiyə lirəsinin məzənnəsinin daha da enəcəyini bildirmişdilər.

Fransada yeni şərab növü satışa çıxarıldı: içki qeyri-adi mavi rəngə malikdir. Oxu.Az xəbər verir ki, bu şərabı “vindiqo” adlandırıblar. Onun hazırlanması üçün “şardone” növünü qırmızı üzümün əzilmiş qabığından süzürlər. Elə bu səbəbdən də şərab qeyr-adi çalara malikdir.