Загрузка...

O, yerli geyim qaydalarını pozub

ABŞ aktrisası, Oskar mükafatı laureatı, üç dəfə «Qızıl qlobus» mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında “Hildiya” mükafatının qalibi, BMT–nin xoşməramlı səfiri Ancelina Colinin (1975-ildə doğulub) İrandakı fanatı həbs olunub.

“BBC” bildirir ki, İranın “İnstagram” ulduzu olan 22 yaşlı Səhər Tabər Amerikalı ulduzun zombiyə bənzər zahiri görnüşünü qazanmaq üçün 50 dəfədən çox plastik əməliyyat keçirib. Məhz bu görüntü onu məşhurlaşdırıb. Ötən il isə onun fotoları Qərb mediasında sürətlə yayılmışdı.

“İranda rəqs etmək üçün hər şeylə risk etdim”, deyən gənc fanat xanım “İnstagram”da paylaşdığı fotolarını rəqəmsal proqramların köməyi ilə daha baxımlı edirmiş.

Səhər Tabər kafirlik, zorakılığa çağırış, paltar geyməklə bağlı yerli qadağaları pozmaq, gəncləri yoldan çıxarmaq kimi ittihamlarla üzləşib. Artıq onun “İnstagram” hesabı qapadılıb.
Musavat.com

Shot of Sahar Tabar's Instagram