Müğənni Nura Suri koronavirus səbəbilə tətbiq edilən karantin rejimindən çox razıdır.
BAKU.WS xəbər verir ki, evdə qalmağın üstünlüklərini qeyd edən ifaçı hazırkı durumundan məmnunluğunu dilə gətirib:
“Uzun illərdir, belə rahat olmamışdım. Qadın olmaq çox çətindir, məşhur olmaq isə ondan da çətin. Hər zaman formada olmaq üçün salonlara, idman zalına qaçmaq, hündürdaban ayyaqabılarda, makiyajda, rahat olmayan libaslarda tədbirdən tədbirə tıxacda gecikə-gecikə tələsmək asan deyil. Bilmirsən ki, evdə uşaqlarla məşğul olasan, “beauty” prosedurlara gedəsən, bazarlıq edəsən ya da pul qazanasan. Üstəlik saç baxımı, boya, üz dərisinə qulluq, kosmetoloqlar, idman zalı, aparat prosedurları, manikür, pedikür və sairə. Evin hər problemi, uşaqların təhsili, məktəbi, məşğələləri və saymaqla bitməyən işlər.
Mart 18-dən salona getmirəm, heç bir işin dalınca qaçmıram. Dırnaqlarım, saçlarım, üz dərim, ayaqlarım (hündürdabanlardan) rahatlaşıb. İkiüzlü, yalançı, qeyri-səmimi insanları görmürəm, ruhum da dincəlir.
Normal insan kimi evdə övladımla insanların neqativindən uzaq vaxt keçirirəm. Narahat deyiləm. Dincəlirəm. Heç yerə tələsmirəm. Sabah necə olacaq bilmirəm. Düşünmək istəmirəm. Bu gün rahatam”.