Şimal marallarının ənənəvi köç hadisəsi avtomobil yolunda tıxaca səbəb olub.
REN TV xəbər verir ki, hadisə Yamal-Nen Muxtar Dairəsinin Aksarka qəsəbəsi yaxınlığında yerləşən ərazidə qeydə alınıb.
Hadisə şahidlərindən biri maralların köç etməsini telefonuna çəkərək sosial şəbəkə hesabında paylaşıb.