İran İslam Respublikasının keçmiş prezidenti Məhəmməd Xatəmi 28 mart tarixində COVID-19 diaqnozu ilə paytaxt Tehrandakı xəstəxanaya yerləşdirilib.
Medianews.az xəbər verir ki, bu barədə “news.ru” portalı məlumat yayıb.
76 yaşlı sabiq prezidentin vəziyyəti barədə məlumat verilmir.
Bildirilir ki, buna qədər eks-prezidentin qardaşı Raca Xatəmi də eyni diaqnozla xəstəxanaya aparılıb.