“CNN Türk”ün aparıcısı Buket Gülər koronavirusun müzakirə olunduğu verilişdə duyğusal anlar yaşayıb.
Musavat.com xəbər verir ki, qonaqlardan biri olan İstanbul Ailə Həkimi Dərnəyinin sədrinin köməkçisi Mustafa Tamu koronavirusla mübarizə aparan həkimlərin də təhlükədə olduğunu açıqlayıb. M.Tamu danışarkən aparıcı gözyaşlarını saxlaya bilməyib, bu səbəbdən danışmaqda çətinlik çəkib.
Danışa bilmədiyini və əlini də koronavirusa görə gözünə vura bilmədiyini deyən Buket verilişi digər aparıcı Dicle Canovanın aparmasını istəyib.