Türkiyədə COVİD-19 koronavirusuna daha 93 nəfər yoluxub.
Trend-in məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan daha bir nəfər ölüb və ölənlərin sayı 2 nəfərə çatıb. Nazir bildirib ki, koronavirusa yoluxanların ümumi sayı 191 nəfər təşkil edir.
F.Koca qeyd edib ki, ikinci ölən şəxs 61 yaşında kişi olub.
Xatırladaq ki, ötən gün Türkiyədə yeni koronavirusdan ilk ölüm halı qeydə alınmışdı.