Avropada koronavirusa yoluxmayan tək ölkə sayılan Monteneqroda artıq bu infeksiyanın ilk daşıyıcısı ortaya çıxıb.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bununla bağlı ölkənin baş naziri Duşko Markoviç məlumat yayıb.
Onun sözlərinə görə, Monteneqro rəhbərliyi artıq 16 martdan etibarən bütün təhsil müəssisələrinin 15 gün müddətində qapadılmasına qərar verib. Bundan başqa, ölkə vətəndaşlarının xarici ölkələrə səfərlərinin məhdudlaşdırılması və gələn insanların məcburi tibbi baxışdan keçrilməsi barədə qərar qəbul olunub.
Duşko Markoviç digər tədbirlər sırasında səyahət gəmilərinin dəniz limanlarına aprel ayının 2-nə qədər yanaşmasına qoyulan yasağı göstərib. Bundan başqa, şirkətlərə evdə uşağı ilə qalan valideynə maaş ayrılması tapşırılıb. Ticarət obyektləri və ictimai qidalanma nöqtələrnə ziyarətçilərin sayını azaltmaq əmr olunub.
Belçikada isə hökumət küçəyə çıxmaq yasağı gətirib. Yeni qərara görə, belçikalılar yalnız supermarketlər, aptek və ya fövqaladə vəziyyət halında çölə çıxa biləcəklər.
Ölkədə kütləvi yığıncaqlar qadağan olunub, insanlar isə bir–birlərindən 1,5 metr aralı gəzməlidirlər.