Bakıda dəhşətli qəzanın görüntüləri kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, qəza paytaxtın Azadlıq prospektində baş verib.
Belə ki, 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxan BMW markalı avtomobilin sürücüsü yolayrıcına yaşıl işıqda daxil olan “Mercedes” markalı maşınla toqquşub.
Sürücü BMW markalı avtomobili yüksək sürətlə idarə etdiyi üçün zərbənin təsirindən öncə ayırıcı zolağa dəyib, daha sonra işıqforun qarşısında dayanan “Lexus”la toqquşub.
Qəza baş verən zaman yolun hərəkət hissəsini keçən piyadalar da olub. Xoşbəxtlikdən avtomobil həmin piyadaları vurmayıb.