Maşını doğru yerdə park etməyən qadın sürücü döyülüb.
Pobeda26.ru-nun məlumatına görə, qorxunc görüntülər avtomobilin park edildiyi əraziyə quraşdırılan müşahidə kameraları tərəfindən qeydə alınıb.
Hadisə Rusiyanın Yessentuki şəhərində baş verib.
Kadrlarda mağazanın girişində avtomobilini saxlayan qadın sürücünün bir kişi ilə danışdığı görünür. Sonra qadın maşından çıxır və dava başlayır.
Məlumata görə, münaqişə nəticəsində başı yarılan qadın təcili yardımla xəstəxanaya aparılıb.