Xalq artisti Ağadadaş Ağayev tədbirlərin birində ilk dəfə həyat yoldaşı ilə birlikdə görüntülənib.
Medianews.az xəbər verir ki, Xəzər TV-də yayımlanan “X maqazin” verilişində xalq artistinin Türkiyə vətəndaşı olan xanımı Pərvinlə birgə görüntüləri təqdim olunub.
Ağadadaş Ağayev efirlərə az-az çıxdığını söyləyib. O səhhətində heç bir problem olmadığını sadəcə verilişləri seçdiyini bildirib.
Jurnalistin “Sevgi yaşa baxır?” sualına isə Ağadadaş Ağayev belə cavab verib: “Yaş saylardan ibarətdir. Sevgini onunla qarışdırmaq olmaz”.
Ağadadaş Ağayevin xanımı Pərvin evliliyi barədə bunları deyib:
“Nəsib olduğu üçün bir araya gəldik. Ailə həyatı barədə danışmaq istəmirəm. Allah bir ömür bizi xoşbəxt etsin!”