İtaliyada koronavirusa yoluxan xəstələrini müalicə edən tibb bacısı Alessi Bonari, alnının, yanaqlarının və burnunun yaralar içində olmasının görüntülərini yayıb.
Tibb bacısının bu vəziyyəti virusun nə qədər vahiməli olduğunu bir daha gözlər önünə sərib.
Tibb bacısı paylaşdığı fotosu ilə qorxudan aldığı tədbirlərin özünə təsir etdiyini göstərib.
Alessi Bonari vətandaşların bu mövzuya diqqət göstərməsi və ciddi yanaşması üçün bir yazı da paylaşıb: “Mən tibb bacısıyam və hazırda qorxunc bir epidemiya ilə üz-üzəyəm. Mən də qorxuram, amma dükana getmirəm, işə gəlməkdən də qorxuram, lakin gəlməliyəm. İnsanların mənə ehtiyacı var. Qorxuram, çünki maska üzümə yaxşı bağlanmasa, viruslardan qorunmaq çətin olacaq. Təsadüfən çirkli əlcəklərlə özümə toxunuram, ya da bəlkə qoruyucu eynəklər gözlərimi tamamilə örtmür və mən də hər an bu virusa yoluxa bilərəm. Mən fiziki cəhətdən artıq yoruldum, çünki qoruyucu qurğular çox pisdir, laboratoriyada virus üçün bizə verilmiş geyimlər məni tərlədir. Bu paltarı geyinəndən sonra altı saat ərzində tualetə də gedə və heç bir şey içə bilmərəm”.
İtalyan tibb bacısının bu fikirləri 500 mindən çox insan tərəfindən bəyənilib və bir çox insan ona dəstək olub.
Turan Oruc
Musavat.com