Azərbaycanda “Lider” telekanalının yayımı dayandırılıb.
Medianews.az Axşam.az-a istinadən xəbər verir ki, telekanal fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil.
Qeyd edək ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir.
***
Saat 22:01-də “Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.
Qeyd edək ki, uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı.