Beynəlxalq Cinayət Polisi İdarəsi – İnterpol azərbaycanlı qadını beynəlxalq axtarışa verib.
BAKU.WS xəbər verir ki, bu barədə təşkilat rəsmi saytında məlumat yayıb.
Saytda 1986-cı ildə Bakıda anadan olan Alina Balaqadaşovanın beynəlxalq axtarışa verilməsi barədə elan yazılıb.
Elanda bildirilir ki, A.Balaqadaşova qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.
Onun barəsində Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb.
Rusiya polisi onu tapa bilmədiyi üçün onun barəsində İnterpola müraciət edib və qadın dövlətlərarası axtarışa verilib.