Əməkdar artist Aybəniz Haşımova yıxılıb.
BAKU.WS xəbər verir ki, xanım sənətçi bu barədə “İnstagram” səhifəsində yazıb.
O, qızı Aynişanın toyundan bəri ikinci dəfə başına belə bir hadisənin gəldiyini deyir:
“Allah üçüncüdən saxlasın. Bu gün də asfalta necə dəydimsə, qolum, başım qırılacaqdı. Şükür.
Bilmirəm, bu, nə işdir? Elə bil məni götürüb yerə çırpırlar. Necə dəydimsə, bütün bədənim ağrıyır, canınızdan uzaq. Yaxşı ki, Kənan, Aynişan yanımda idilər, yoxsa elə yerdə də qalacaqdım”.
İzləyicilər ifaçının nəzərə gəldiyini yazıblar.