Türkiyənin Kocaeli vilayətinin Başiskele və İzmit rayonlarında 9 fərqli iş yerindən 100 min TL (27 min 711 AZN) dəyərində geyimləri oğurlamaqda ittiham olunan 6 xarici vətəndaş həbs olunub.
BAKU.WS xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.
Məlumata görə, 24 fevral-1 mart tarixlərində Başiskele və İzmit rayonlarındakı iş yerlərindən 9 fərqli oğurluq hadisəsi baş verib. Hadisədən sonra Kocaeli Təhlükəsizlik İdarəsində oğruların tutulması üçün istintaq başladılıb.
Keçirilən əməliyyat zamanı Azərbaycan vətəndaşları E.İ., N.İ., S.V., J.J., E.M. və Gürcüstan vətəndaşı V.K. saxlanılıb.