Çevrəsində olan insanlar Natəvan Həbibiyə xəyanət ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə müğənni “ATV Maqazin Onlarla” verilişində danışıb.
Natəvan bildirib ki, həmkarlarından biri onun ideyalarını oğurlayıb:
“Bu yaxınlarda oğurluq aşkarladım. Həyatımda böyük hadisə baş verdi. İşimlə, malımla bağlı… Mənə yaxın olan insanlar məni əməlli-başlı pula satdılar. Təsadüf nəticəsində aşkarladım. Mən bunu aşkarladım və açıqladım. Hamısının üzünə də dedim. İnsanın pərt olması, yerin dibinə girmək istəməsi məni pis hala saldı.
Məni kimə satdılarsa, onunla bağlı təəccüblənmirəm. Həyatı boyu mənimlə məşğul olub. Ondan hər şey gözləyirəm. Ən axırıncı yollardadır. Çox tanınmış bir Xalq artistidir. Bilmir, artıq nə etsin, hər şeyə əl atır ki, ideyalarıma, adamlarıma nail olsun. Bununla hansısa uğuru qazana bilməzsən. Sən o işdən xeyir görməyəcəksən. Burada oğurluq varsa, sən batdın. Natəvanın susduğu günlər keçdi. İndi hamısını adla deyəcəm. Onların həyatı ilə maraqlanmıram, çünki onlar mənə şəxsiyyət kimi maraqlı deyillər. Durduğum yerdə mənə hücum edirlər, mən cavab verəndə aqresiv oluram”.