Medianews.az azxeber.com-un “Nazimlə Tez-bazar” rubrikasının qonağı tanınmış aktrisa, teleaparıcı Xəyalə Quliyevadır. Rubrikada məşhur şəxslər onlara verilən qısa sözləri tamamlamalıdırlar.
Xəyalə qısa müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi. O şəxsi həyatından, sənətindən danışıb.
Həmin süjeti təqdim edirik:
– İndi “Çəkirəm ha” çəkməyə…
– Səbr yoxdur.
– Ona görə veriliş aparmıram ki…
– Çünki ürəyimə yatan veriliş yoxdur.
– İndi aktrisa olmaq…
– Asandır.
– Evli olsam da, yenə mənə sevgi etirafları…
– Olur.
– Rejissorların işi məni…
– Bəziləri məni qane edir, bəzilər yox.
– Azərbaycanda aktrisalar intim səhnəyə ona görə çəkilmir ki…
– Çünki insanlar bunu film kimi qəbul etmirlər.
– Kişilərin sevdiyi qadın obrazı…
– Ağıllı, sözəbaxan, başıaşağı.
– Açıq-saçıq geyim qadının…
– Öz güvənsizliyidir.
– Ona görə komediya janrı sevilir ki…
– Çünki camaatın gülməyə çox ehtiyacı var.
– Cəfər Cabbarlının nəvəsi ilə olan məhkəməm…
– Sülhlə bitdi.
– İndiki aparıcılar…
– Bərbaddır.
– Bədənimin əməliyyat olunan nahiyəsi…
– Arıqlamaq istərdim, amma buna da şükür.
– Həyat yoldaşımın mənə qadağası…
– Onun qısqanclığı başlayanda, mənim azadlığım bitir.
– Qadın xəyanət edirsə…
– Deməzdim, kişinin günahıdır. Bəlkə, yapısı belədir.
– Xarici aktrisalar bizdə
– Havalanarlar.
– O vaxtkı ATV ilə indiki arasında fərq…
– Çoxdur.
– “Çəkirəm ha”nın mənə ən böyük qazancı…
– Bu gün də məni görəndə “Çəkirəm ha” deyirlər. Ondan sonra 8 veriliş aparmışam, o qədər tanımırlar.
– “Maşın şou” həyatımda…
– Böyük dönəm olub. 18 gün başqa planetdə idim.
– Qayınanamın mənim üçün…
– Ürəyi gedir.
– Həyat yoldaşım…
– Əsl həyat yoldaşıdır.
– Övladlarımıza məsləhətim…
– Telefonla az oynasınlar.
– Qadın ona görə şiddətə məruz qalır ki…
– Keçinin əcəli çatanda buynuzunu çobanın çubuğuna sürtür. Hardasa, bəlkə, öz günahı var. Ancaq qadına şiddətə yox deyirəm.
– Qadını döyən kişi…
– Acizdir. Kişi zəifdirsə, özünü qadının üzərində göstərir.
– Boşanmış qadınlara məsləhətim…
– Boşanmış qadınlar birmənalı qarşılanmırlar. Sanki ikinci dərəcəli kimi baxırlar. Ailə həyatı qursalar da, kiminsə ailəsini dağıtmasınlar.
– Xəyanəti bağışlayan qadın…
– Deməli, çox sevir
– Evlilikdə xanım üçün bakirəlik…
– Mütləqdir.