Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantı keçirir.
APA-nın Türkiyə bürosunun NTV televiziyasına istinadla verdiyi xəbərə görə, toplantıda Türkiyənin Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.
Qeyd edək ki, NTV-nin məlumatına görə, Türkiyə ordusu İdlib bölgəsində 9 şəhid verib.
***
Türk Silahlı Qüvvələrinin əsgərləri İdlibdə rejim qüvvələrinin hava hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib. Vali hücum nəticəsində 9 türk əsgərinin şəhid olduğunu bildirib.
“Ağır yaralılarımız var. Yaralıları sərhəd qapısından Türkiyəyə keçirdik, hazırda müalicə olunurlar. Yaralılar üçün qana ehtiyac yoxdur, bütün tədbirlər alınıb. Sağlıq işçilərimiz lazimi müdaxiləni edirlər”, – Rahmi Doğan bildirib.
***
Rahmi Doğanın mətbuat nümayəndələrinə verdiyi son açıqlamaya görə, Türkiyə ordusu İdlibdə rejim qüvvələrinin təşkil etdiyi hava hücumu nəticəsində 22 şəhid verib.