23 yaşlı iranlı futbolçu qız Elham Şeyxi koronovirusa (COVİD – 19) yoluxaraq həyatını itirib.

Virtualaz.org xəbər verir ki, bu barədə Çinin beynəlxalq CGTN televiziyası məlumat yayıb. Bildirilir ki, idmançı on günə yaxın virusla mübarizə aparsa da, həyatını xilas etmək mümkün olmayıb.

O, qadın futzalçılardan ibarət İran millisinin üzvü olub. Həmçinin İsfahanın “Sepahan” klubunun  formasını geyinib.

23 yaşlı iranlı futbolçu qız koronavirusdan öldü - FOTO

E. Şeyxi dünyada koronavirusdan ölən ilk futbolçudur. Daha əvvəl isə İtaliyada futbolçunun bu virusa yoluxduğu bildirilirdi.

Qeyd edək ki, son məlumata əsasən, İranda koronavirusdan ölənlərin sayı 34-ə çatıb. İnfeksiya daşıyıcılarının sayı isə 388 nəfərdir. Eyni zamanda 73 nəfər koronavirusdan sağalıb.

Загрузка...