Bakıda xanım sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə paylaşılıb.
Görüntülər Tbilisi prospektində çəkilib. 90-EJ-122 dövlət nömrə nişanlı, “Nissan” markalı təlim avtomobilinin sürücüsü əvvəlcə ara məsafəsini saxlamadan sol zolaqdan sağa keçib, daha sonra isə dönmə işıqlarından istifadə etmədən manevr edib.
Xanım sürücü digər avtomobili idarə edən şəxsin iradlarına təhqirlə cavab verib.
Həmin görüntüləri təqdim edirik: