Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, hadisə zamanı iki “VAZ 2107” markalı avtomobil toqquşub.

Hadisə həmin yolla hərəkətdə olan avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub.

Videodan görünür ki, qəzada iştirak edən “Jiquli”lərdən biri işıqforun yaşıl işığı yanan kimi yolayrıcına daxil olub. Bu zaman digər yolda hərəkət edən “VAZ 2107” də işıqforun qadağanedici nişanına baxmayaraq, yüksək sürətlə yolayrıcından keçməyə çalışıb və qəza baş verib.

Qəza zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.

Загрузка...