Hər zaman iddialı fotosessiya etdirib bədəninin müxtəlif nahiyələrini nümayiş etdirən Dilarə Kazımova həmcinslərinə açıq-saçıqlığı təbliğ etmədiyini deyir.

BAKU.WS xəbər verir ki, ifaçı Muz TV Azərbaycan-a müsahibəsində bu barədə danışıb:
“Fotosessiya edəndə bizim məqsədimiz o deyil. Hətta deyirlər ki, bu, açıq-saçıq şəkildir, halbuki bizdə ondan da açıq şəkil var. Hər şeyi məqsədə uyğun etməyə çalışırıq. Mənim şüarım budur, qadınlar öz gözəlliklərini göstərməyə çəkinməsinlər, amma heç kimi açıq-saçıqlığa çağırmıram”.

İfaçı keçmiş həyat yoldaşı – türkiyəli iş adamı Mert Aslandan şiddət görmədiyini də deyir:

“Şiddət görməmişəm, amma ayrılanda bir-birimizi incitməyə çalışmışıq”.

Загрузка...