Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizəd Mütəllim Rəhimovun müraciətinə baxılıb.
“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK Ramiz İbrahimov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, dairə üzrə nəticələrin ləğv edilməsini qeyd edib:
“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb”.
MSK üzvü bildirib ki, sosial şəbəkələrdə olan görüntülər çox ciddi şəkildə araşıdırlır.
O qeyd edib ki, MSK-da araşdırma zamanı dairə üzrə 1 seçki məntəqəsində pozuntu aşkarlanıb.
İclasda daha sonra həmin dairənin 1 seçki (21 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.