ATV-də yayımlanacaq “Aldanmış hisslər” serialının rejissorunun adı seksual qalmaqalda hallanır.

BAKU.WS xəbər verir ki, Səbinə adlı gənc aktrisa sosial şəbəkədə serialın prodüseri vasitəsilə rejissor Faiq Nağıyev tərəfindən əxlaqsız təklif olunduğunu iddia edib:

“Siz necə murdar adamsınız?! Allah sizin kimi prodüserlərin, rejissorların kökünü kəssin! ATV-də yayımlanacaq “Aldanmış hisslər” serialında Faiq Nağıyev adlı şəxs rejisor olduğunu bildirərək mənə yazdı. Baş rollardan birinə getdim, danışdım. “Özümə güvənirəm, istədiyiniz obrazı yaratmağı bacaracam” dedim.

QALMAQAL: Səbinə:

Bir gün sonra bir xanım mənə zəng vurub dedi ki, əgər rejissorla yaxınlıq etsən, onunla sevgili olsan, səni qabağa çəkəcək. Yoxsa, onun ətrafında 18-20 yaşında qızlar çoxdur. O, səndən cavab gözləyir. Təbii ki, mən onun layiqli cavabını verdim. Bu paylaşımı ona görə edirəm ki, bir az utansınlar. Serial çəkib efirə verə bilir deyə, qızlardan görün necə istifadə edirlər. İyrənirəm sizdən də, gördüyünüz işlərdən də! Bu şərəfsizlər yox olub getmədikcə Azərbaycan incəsənəti düzəlməz!”

QALMAQAL: Səbinə:

Загрузка...