Rusiyanın məşhur ifaçısı Alsu Kseniya Sobçaka müsahibəsində Xalq artisti Brilliant Dadaşovanı tərifləyib.

BAKU.WS xəbər verir ki, ifaçı həyat yoldaşı Yan Abramoviçin ona evlilik təklifindən söz açarkən bunları deyib:
“Cibindən üzük çıxartdı və evlilik təklifi etdi. Dedi ki, üzüyü qəbul etsən, həyatım boyu yanımda olacaqsan, qulaq asdığım mahnılara qulaq asacaqsan. Çünki Yan Bakıda böyüyüb, xalq mahnılarını dinləyirdi. Həmin mahnılara konsertdə qulaq asmaq olur, maşında çətindir. O dinləyəndə, əsəbiləşirdim. Ona görə də bu sözü vurğuladı. İndi mən də xalq mahnılarını sevirəm. Hətta onları dinləməyi, oxumağı, rəqs etməyi də bacarıram.

Sevdiyim ifaçılardan biri də Brilliant Dadaşovadır. Ona böyük hörmətim var”.

Sobçak B.Dadaşovanın mahnısını internetdən taparaq səsləndirib. Alsu və aparıcı Azərbaycan rəqsini etməyə başlayıblar.

Загрузка...