Bakıda generalın qohumu niyə öldürülüb? – Şok kadrlar yayıldı (VİDEO)

Bakıda baş vermiş dəhşətli qətlin video görüntüsü yayılıb.

“Minval.info” xəbər verir ki, Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğlu Fərid Məmmədzadənin qətlinin videosu yayılıb.

Kriminal verilişində qətlin təfərrüatı ilə bağlı məlumat verilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyadzadə saxlanılıblar.

Məlum olub ki, mütəşəkkil dəstənin üzvləri hadisə zamanı F.Məmmədzadənin dostu Ravin Rəhimliyə də xəsarət yetiriblər.

Belə ki, H.Babaverdiyev avtomobillə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədzadə ona yol verməsini istəyib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə sonda kütləvi dava ilə nəticələnib və qanlı cinayətlə yekunlaşıb.

Hadisənin videosunu və təfərrüatını təqdim edirik:

Загрузка...