Türkiyədə azərbaycanlı qız üstündə dava düşdü - VİDEO

Türkiyənin İstanbul şəhərində azərbaycanlı qız üstündə dava düşüb.

Msn.com-un yaydığı xəbərə görə, hadisə Esenyurtda baş verib.

Belə ki, Türkiyə vətəndaşı Caner K. azərbaycanlı sevgili Gülsurə A. və bir neçə dostu ilə kafeyə gedib.

Bu zaman Gülsurə A.-nın keçmiş sevgilisi Sərdar A. orada olub və onların arasında dava düşüb. Kafedə başlanan dava çöldə də davam edib.

Nəticədə, Caner K. Sərdar A.-nı yumruqla döyüb və dostlarından aldığı tapança ilə yaralayıb. Bundan sonra o, havaya da atəş açıb.

Polis Caner K. və Gülsurə A.-nı nəzarətə götürüb. Məhkəmə istintaqın onların həbs edilmədən davam etdirilməsinə və sərbəst buraxılmasına qərar verib.

Загрузка...