Qızını nişanlayan Xalq artisti:

“Qızım Bakı Dövlət Universitetində təhsil alır, bitirdikdən sonra ikinci təhsil almasını istəyirəm”. Bu sözləri 2 gün əvvəl qızının “hə”sini verən Xalq artisti Nəzakət Teymurova deyib.

BAKU.WS xəbər verir ki, xanım sənətçi ARB TV-də yayımlanan “Show News” proqramında qızı Nigarın təhsilini başa vurduqdan sonra ailə quracağını deyib.

“Müğənni qız almaram” fikirlərinə də münasibət bildirib:

“Hər kəs öz ailəsinin tərbiyəsini göstərir. Bəzi ifaçılar gündəmdə qalmaq üçün bu sözü istifadə edirlər. Onların da ailələri var. Onda siz özünüz kimsiniz? Onların psixoloji problemi var, nəsə çatışmır. Belə şey danışmaq olmaz. Hərlənib öz ailəndən elə şey çıxar ki… Həyatda hər şey olur. Övladları xoşbəxt olmayan insanlar təkcə sənətçilərin ailələrində deyil. Sənət adamları övladlarını hər şeydən qoruyur. Şəxsən mən qızımın hər bir işinə ciddi yanaşıram”.

Загрузка...