“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

****

“Sədərək” ticarət mərkəzində baş verən yanğın məhdudlaşdırılıb. 

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi üçün işlər davam etdirilir.

****

“Sədərək” ticarət mərkəzində yanğın hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Загрузка...