İstanbulda bir dilənçi qadın ehtiyacı olanlar üçün qoyulmuş “İstifadə olunmuş geyim və ayaqqabı qutusu”ndakı əşyaları götürüb.
BAKU.WS DHA-ya istinadla xəbər verir ki, həmin anlar ətrafdakı bir şəxs tərəfindən kameraya çəkilib.
İnanılmaz bir metoddan istifadə edən qadın uşağını qutunun içərisinə salıb. Qutunun içərisindəki uşaq əşyaları ötürüb, anası isə həmin geyimləri götürərək torbasına doldurub.
Sonda uşaq qutudan çölə çıxıb. Qadın torbasını doldurduqdan sonra belinə şəlləyib yoluna davam edib.