Rövşanənin sözləri Manaf Ağayevi qıcıqlandırdı:

“Siz gözəl insansınız, amma sizin mahnılara qulaq asmıram. Çalışıram, efirimdə də bu tərz ifaları təbliğ etməyim”. Bu sözləri aparıcı Rövşanə Ağasəfqızı efirdə müğənni Manaf Ağayevin ünvanına səsləndirib.

BAKU.WS xəbər verir ki, Ağasəfqızı aparıcısı olduğu “Səhər-səhər” verilişində qonaq olan ifaçının oxumaq tərzini tənqid edib:

“Mən sizin xətrinizi çox istəyirəm, gözəl səsiniz var, ləyaqətli dostsunuz, amma yalan nə deyim, sizin ifa etdiyiniz janrı bəyənmirəm”.

Aparıcının sözlərindən kefi pozulan sənətçinin cavabı belə oldu:

“Mənim sənətimi bəyənmirsiniz. Bu janrda oxuyanlardan soruşacam, görüm onlar sizi bəyənirlərmi? Zövqlər müxtəlifdir. Özümdən başqa oxuyan tanımıram”.

Загрузка...