Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu, Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, 1988-ci təvəllüdlü Əliyeva Gülnar Qabil qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya gətirilib. Müayinə zamanı onun bədənində çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.
Yaralı dərhal əməliyyat olunub, vəziyyəti ağırdır.
Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır.