Azərbaycanlı tələbənin intihar xəbərini eşidən babası infarktdan öldü

Rusiyada azərbaycanlı tələbə Cəmil Verdiyev intihar edib.

Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, 21 yaşlı gənc Moskva Ali İqtisad Məktəbinin II kursunda oxuyurmuş.

Yaxınlarının məlumatına görə, o, özünü 11-ci mərtəbədən ataraq həyatına son qoyub.

Bildirilir ki, təhlükəsizlik kameralarına düşən kadrlarda Cəmil Verdiyevin özünü yataqxananın balkonundan atmazdan öncə telefonla danışdığı məlum olub. Ekspertizanın ilkin rəyinə əsasən, onun qanında spirt və narkotik maddə aşkar edilməyib.

Baş vermiş faciəvi hadisədən xəbər tutan Cəmilin babası Bakıdan Rusiyaya uçmaq üçün Heydər Əliyev adına Beynəlxalq Hava limanına gedib, lakin aeroportda ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, C. Verdiyevin fevralın 13-də 21 yaşı tamam olub.

Загрузка...