Bakıda 18 milyon manata villa satılır - FOTO

Bakıda satılan bəzi villaların qiymətləri dodaq uçuqladır, desək, yanılmarıq.

Oxu.Az xəbər verir ki, qiymətlər beş milyondan 18 milyon manata qədərdir.

Bakıda hazırda satılan ən baha villa 18 milyon manatadır. Əmlak Sabunçu rayonu Bilgəh bağları deyilən ərazidədir. Əmlakın ümumi sahəsi 1700 kv.m.-dir.

Bakıda 18 milyon manata villa satılır - FOTO

Bundan başqa, Bakının Səbail rayonu, Badamdar qəsəbində 10 milyon manata villa satılır. Villanı qeyri-adi edən onun xüsusi lahiyə əsasında tikilməsidir.

Bakıda 18 milyon manata villa satılır - FOTO

Paytaxtın mərkəzində Tbilisi prospektində 25 sot ərazidə tikilən dördmərtəbəli villa isə yeddi milyon manata satılır.

Bakıda 18 milyon manata villa satılır - FOTO

Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən villa isə 5 950 000 manata satılır.

Bakıda 18 milyon manata villa satılır - FOTO

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində isə 5,7 milyon manata villa satışa çıxarılıb.

Bakıda 18 milyon manata villa satılır - FOTO

Şəhərin Mərdəkan və Bilgəh qəsəbələrində, Nərimanov, Səbail və Nizami rayonlarında qiyməti beş milyon manat olan villalar satışa çıxarılıb.

Bakıda 18 milyon manata villa satılır - FOTOBakıda 18 milyon manata villa satılır - FOTOBakıda 18 milyon manata villa satılır - FOTOBakıda 18 milyon manata villa satılır - FOTOBakıda 18 milyon manata villa satılır - FOTOBakıda 18 milyon manata villa satılır - FOTO

Загрузка...